“ONLAR MƏNİ ASACAQLAR” - Putin nədən eskalasiyanı artırır?

Baxış sayı:
130

Ukraynadakı müharibəni daha da qızışdırmaq yolunu seçib və cəbhəyə daha bir neçə yüz min rusiyalını göndərməyə hazırlaşır.

Bunu Kremlə yaxın mənbələr "The Economist"ə bildiriblər.

Onlardan birinin sözlərinə görə, Putin, ehtimal ki, bütün Donbası ələ keçirmədən müharibəni bitirməyin onun həyatını təhlükəyə atacağına inanır. Mənbə iddia edir ki, o, ətrafındakılara buna nail olunmasa "məni asacaqlar" deyib.

Eyni zamanda, müharibənin hazırkı formatda davam etdirilməsi də Putin üçün problemlər yaradır, çünki onun ordusu bir neçə ildir ki, cəbhədə həlledici üstünlüyə və dönüşə nail ola bilməyib.

Rusiya elitasının üzvlərindən biri nəşrə deyib ki, "ətalətə əsaslanan ssenarilər Kreml üçün əlverişsizdir", çünki onlar sadəcə iqtisadi resursları və Putinin malik olduğu siyasi kapitalı israf edir. Nəşrin mənbələri qeyd edib ki, Putin məhz buna görə hərbi əməliyyatları gücləndirmək niyyətindədir.

Mənbələr onun cəbhəyə əlavə 300.000–400.000 nəfər göndərməyi planlaşdırdığını deyirlər, lakin bu, mütləq yeni səfərbərlik elan edilməsi demək deyil. Çünki bu barədə 2022-ci ilin sentyabr ayında qəbul edilən fərman hələ də qüvvədədir. Orduya qəbulun regional hakimiyyət orqanlarına həvalə ediləcəyi gözlənilir. Mənbələr əlavə ediblər ki, yeni sistem artıq Penza vilayətində sınaqdan keçirilir, burada kişilər küçələrdə saxlanılaraq zorla müharibəyə göndərilir.

Nəşrin məlumatına görə, digər bir eskalasiya Ukraynanın müttəfiqlərinə qarşı hibrid əməliyyatların intensivləşdirilməsi ola bilər. Qərb kəşfiyyat orqanları Rusiyanın Ukrayna Silahlı Qüvvələri üçün silah və hərbi texnika istehsal edən Avropa zavodlarına hücum edəcəyindən qorxurlar. Eyni zamanda, onlar hesab edirlər ki, Putin NATO ilə birbaşa hərbi toqquşma istəmir.

O da qeyd olunur ki, Putin Rusiya daxilində onun siyasətinin əleyhdarlarına qarşı repressiyaları gücləndirə bilər. Ona görə yox ki, onlar onun hakimiyyətinə təhlükə yaradırlar, ona görə ki, Putin daxildə güc nümayiş etdirməlidirlər.

Bir mənbəyə görə, Rusiya Prezidenti ABŞ MKİ direktorunun Moskvaya səfərini də zəiflik əlaməti kimi qəbul edib.

Nəşr yazır ki, Rusiya elitası arasında əhval-ruhiyyə tutqundur və əsas problem iqtisadiyyatın vəziyyəti və ya cəbhədə uğurun olmaması deyil. Əsas problem ölkənin müharibəyə itirdiyi vaxtdır. Mənbələrindən biri qeyd edir ki, nəticə nə olursa olsun, təxminən beş illik döyüşlər artıq uğursuzluq kimi görünür və yüksək vəzifəli şəxslər arasında "kral lütdür” kimi bir hiss artmaqdadır.

Buna baxmayaraq, sonda qeyd olunur ki, nə iqtisadi çətinliklər, nə də siyasi problemlər özlüyündə Putinin hakimiyyətdə qalmasına təhlükə yaratmır: onun hələ də müharibəni davam etdirmək üçün kifayət qədər resursları və repressiv vasitələri var.

C.Məmmədli