PKK-ABŞ əməkdaşlığı alman kanalında - "PKK ilə ABŞ arasındakı “silah qardaşlığı” o dərəcədə irəli gedib ki..."

Almaniyanın ARD kanalında efirə gedən “Panorama” verilişində PKK terror təşkilatının Suriyadakı qolu YPG ilə ABŞ ordusu arasındakı yaxın münasibətdən bəhs edilib. Hurriyyet.org xəbər verir ki, proqramda Suriyadakı ABŞ qüvvələrinin ən yüksək səviyyədəki komanda mərkəzindəki şəxslərdən olan general Raymond Tomas ilə aparılan reportajda amerikalı general, PKK terror təşkilatı ilə “müttəfiq” olduqlarını qəbul edir. Amerika səlahiyyətliləri, YPG ilə SDQ kimi adlar altında olsalar da, bu qrupun hamısının PKK olduqlarını bildiklərini söyləyiblər.
Verilişdə bu sual verilir: “Necə olur ki, alman solçularının ən yaxşı dostu” adlandırılan PKK terror təşkilatı imperialist adlandırılan ABŞ ilə əməkdaşlıq edir?”
“ABŞ hamısının PKK olduğunu bilir”
Almaniyada efirə gedən verilişdə adları YPG və ya SDQ şəklində olduğu halda, bu təşkilatların hamısının PKK olması həqiqətinin ABŞ-a yaxşı məlum olduğu vurğulanıb. Deyilir ki, PKK ilə ABŞ arasındakı “silah qardaşlığı” o dərəcədə irəli gedib ki, ABŞ xüsusi təyinatlıları PKK rəmzlərini çiyinlərinə taxaraq mətbuat üçün fotolar çəkdirirlər.
Verilişdə Suriyadakı ABŞ generalı Raymond Tomas ilə aparılan müsahibəyə də yer verilib. General İŞİD-ə qarşı mübarizədə PKK ilə müttəfiq olduqlarını təsdiq edib.
Marksçı yox, demokratdırlar
Bir jurnalistin “PKK marksçı bir təşkilat deyilmi” sualına cavab verən general, PKK liderləri ilə keçirdikləri görüş zamanı onlara özlərinə yeni bir ad qoymalarını məsləhət verdiyini deyib və əlavə edib: “Mən onları marksçı yox, demokrat adlandırıram”.