“Prezident İlham Əliyevə təklif edirəm...” – TANINMIŞ VƏKİLDƏN AÇIQLAMA

“Bu təklifi vaxtilə mərhum Prezident Əbülfəq Elçibəyə verdim, nəzərə almadı. İndi Prezident İlham Əliyevə təklif edirəm...”
Hurriyyet.az xəbər verir ki, bu haqda tanınmış vəkil Qurban Məmmədov özünün Facebook səhifəsində yazıb.
Q.Məmmədov hesab edir ki, indiki şəraitdə üzürlü səbəblər istisna olmaqla, Azərbaycanı tərk edən və mayın 1-dək ölkəyə dönməyən vətəndaşlar haqqında ciddi qərarlar qəbul edilməlidir:
“Rəsmi müharibə vəziyyəti elan ediləcəyi gündən sonra üzürlü səbəblər ( müalicəsi Azərbaycanda olmayan xəstəliklərdən müalicə və təhsil) istisna olmaqla, Azərbaycanı tərk edən və 01 may 2016-cı ilədək Azərbaycana dönməyən Azərbaycan vətəndaşları 2046-cı ilədək Azərbaycanda:
daşınmaz əmlak əldə etmək,
prezident, parlament və bələdiyyə seçkilərində iştirak etmək,
istənilən səviyyədə dövlət qulluğunda olmaq,
iqtisadi-biznes fəaliyyətilə məşğul olmaq hüququndan
məhrum edilsinlər!”
Hurriyyet.az