Qadın hərəkətdə olan avtobusdan yıxıldı - BAKIDA
31-10-2017 13:55

Bakıda 34 yaşlı qadın marşrut avtobusundan yıxılıb.
1983-cü il təvəllüdlü Əhmədova Aynur Səfər qızı 22 saylı marşrut avtobusunda sürücünün ehtiyatsızlığı nəticəsində yıxılıb. Qadına tibbi yardım göstərilib.
Polisə müraciət edən A.Əhmədova bildirib ki, hadisə Xətai rayonu Mingəçevir küçəsində baş verib.