​Qaşıqçı ilə bağlı növbəti xəbər: 38 nəfər...

Baxış sayı:
2902

Səudiyyəli jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı aparılan istintaq çərçivəsində 38 konsulluq əməkdaşının ifadəsi alınıb.
Muxalifet.az xəbər verir ki, bu barədə “Yeniakit.com.tr” məlumat yayıb.
Sözügedən əməkdaşlara cinayətin baş verdiyi gün konsulluqda xüsusi vəziyyətin olub-olmadığı, Qaşıqçını öldürməkdə ittiham olunan 15 nəfərlik dəstəni görüb-görmədikləri, Səudiyyə konsulluğunda nə zamandan bəri çalışdıqları ilə bağlı suallar verilib.
Xatırladaq ki, C.Qaşıqçı 2 oktyabr tarixində Səudiyyənin İstanbul konsulluğunda xüsusi işgəncə ilə öldürülüb.
20 oktyabrda rəsmi Ər-Riyad jurnalistin konsulluqda yaşanan qarşıdurma nəticəsində öldürüldüyünü bildirib.