​“REKET JURNALİST” MİLLİ ORDUNUN GENERALINI NECƏ “SINDIRIB”

Və yaxud Habil Vəliyevin Müdafiə Nazirliyində “sındırdığı” general kimdir?

Dekabrın 7-də axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində həbs olunan "Gündəlik Bakı” qəzetinin təsisçisi və baş redaktoru Habil Vəliyevin rəsmi şəxslərlə bağlantıları haqda yeni məlumatlar əldə etmişik.
Özəl mənbələrdən Turaninfo.az saytına daxil olan bilgiyə əsasən, Habil Vəliyevin Müdafiə Nazirliyində rəhbər vəzifədə təmsil olunan yüksək rütbəli hərbçilərdən biri ilə çox yaxın əlaqəsi olub. Məlumata əsasən, “reket jurnalist” general rütbəsi daşıyan həmin şəxslə onun barəsində əlində olan ciddi kompramatlar vasitəsilə əlaqə yarada bilib. İddia olunur ki, H.Vəliyev həmin kompramatlardan istifadə edərək generaldan istədiyini əldə etməklə kifayətlənməyərək, sonradan onun dəstəyi ilə çoxsaylı qanunsuz əməllərə imza atıb. Hətta o, bu əlaqələrdən istifadə edərək, öz oğlunun Bakıdakı Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət keçməsinə nail olub. Onun hazırda da hərbi xidmətdə olduğu vurğulanır.
Bununla belə, dekabr ayında H.Vəliyevin oğlunun paytaxtdan çıxarılaraq başqa hərbi hissəyə köçürüldüyü haqda məlumatlar da var. Deyilənə görə, onu ilk olaraq Şəmkirdəki N saylı hərbi hissəyə, daha sonra isə Qazaxdakı cəbhə bölgəsinə yaxın hərbi hissələrdən birinə köçürüblər.
Mənbə deyir ki, əslində Habil Vəliyevin oğlunun cəbhə bölgəsinə göndərilməsi atasının həbsindən sonra oğlundan qisas almaq məqsədi daşımır. Əksinə, bu prosesin Habil Vəliyevin Müdafiə Nazirliyindəki tanışı olan sözügedən generalın göstərişi ilə baş verdiyi bildirilir. Məlumata görə, məqsəd onu diqqət mərkəzindən kənarda saxlamaq olub. General belə qənaətə gəlib ki, “reket jurnalist”in oğlunun Bakıdakı Mərkəzi Ordu İdman Klubunda hərbi xidmət etdiyi aşkara çıxarsa və bu məlumat kimlərinsə diqqətini çəkərsə, onun Habil Vəliyevlə əlaqələri də üzə çıxa bilər. Odur ki, onun oğlunu “gözdən-könüldən uzaq” bir hərbi hissəyə göndərməklə, həm də özünü sığortalamaq niyyəti güdüb.
Turanifo.az
P.S. Mövuz ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə H.Vəliyevin “sındırdığı” generalın kimliyi və onların əlaqələri haqda sensasion faktları açıqlayacağıq. Bizi izləyin.