Rəşad Dağlı Lotu Qulinin azadlıq ziyafətində - VIDEO
26-10-2017 15:30

Xəbər verdiyimiz kimi, uzun müddətdir həbsdə yatan qanuni oğru, Lotu Quli ləqəbli Nadir Səlifov azadlığa buraxılıb.
Unikal.org-un xəbərinə görə, artıq bir neçə gündür N.Səlifovun həbsdən çıxması böyük coşqu ilə qeyd edilir. Onun şəninə ziyafət də təşkil edilib.
Həmin ziyafətlərin birində məşhur meyxanaçılar Rəşad Dağlı, Orxan Lökbatanlı, Vasif Əzimov və digərləri də iştirak ediblər.
Rəşad Dağlı məşur avtoritetlə bağlı belə bir qafiyə deyib: "Quli də bizimdi, Namiq də bizimdi...”.
Qeyd edək ki, Lotu Quli nin qardaşı Lotu Namiq də azadlığa çıxıb.