Rusiya bu dəfə də Gürcüstanın hava məkanını pozdu
10-12-2015 16:48

Gürcüstan Rusiya aviasiyasının ölkə sərhədlərini pozduğunu bildirib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi Rusiya qırıcılarının bir neçə dəqiqə ərzində separatçı Abxaziya respublikasının ərazisindən Gürcüstanın hava məkanına daxil olduğunu bildiriblər.
Rəsmi Tbilisi faktla bağlı İnsidentlərin qarşısının alıması üzrə beynəlxalq komitəyə müraciət ünvanlayıb.
Son aylarda Gürcüstan Rusiya təyyarələrinin tez-tez hava məkanını pozduğunu xəbər verirlər.