Rusiya Duması miqrantlar üçün rüsumları artıran qanunu qəbul edib

Baxış sayı:
223

Rusiya Dövlət Duması bu gün miqrantlar üçün dövlət rüsumlarını artıran qanunu, o cümlədən Rusiya vətəndaşlığını almaq üçün 12 dəfə artımı qəbul edib.
APA-nın Moskva bürosu xəbər verir ki, qəbul olunan qanuna görə, Rusiya vətəndaşlığı və vətəndaşlıqdan imtina 4 200 əvəzinə 50 000 rubl, yaşayış icazəsi (VNJ) isə 6 000 əvəzinə 30 000 rubla başa gələcək.
Miqrantlar üçün iş icazələrinin verilməsi üçün rüsum da 15 000 rubla qədər artacaq.