Rusiya və Azərbaycan XİN rəhbərləri 10 noyabr sazişini müzakirə etdilər
15-11-2020 18:22
Baxış sayı:
897

Bu gün Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, tərəflər bölgədə mövcud olan son durumu, 10 noyabr tarixli üçtərəfli bəyanatın icrasını, razılaşmadan irəli gələn bir sıra məsələlərin, o cümlədən humanitar xarakterli tədbirlərin reallaşmasında əlaqələndirmənin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.