Rusiyada ağır qəza: Maşın piyadaların üzərinə çıxdı

Baxış sayı:
37414

Rusiyanın Sankt-Peterburq şəhərinin mərkəzində, Anuçkova körpüsünün üzərindəki yol kəsişməsində iki minik avtomobilinin toqquşması nəticəsində ağır qəza baş verib.
Muxalifet.az yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, Nevski prospektində baş verən qəza zamanı avtomobillərdən biri yoldan çıxaraq səkidə hərəkət edən 4 piyadanın üzərinə gedib. Piyadaların müxtəlif dərəcəli xəsarətlər aldığı deyilib.
Faktla bağlı araşdırma aparılır.