Saleh Səmədov məhkəmədə ifadə verdi

Baxış sayı:
206

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə DTX tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

APA-nın xəbərinə görə, təqsirləndirilən şəxs Saleh Səmədov ifadə verib.

    O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti proses iyulun 1-nə təyin olunub.

    Xatırladaq ki, Saleh Səmədov Cinayət Məcəlləsinin 179.3.2 və 308.1-ci maddələri ilə ittiham olunur. O, ötən il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib.