Son 11 gün: "Qarabağ"ın matçına neçə min bilet satılıb?
14-10-2018 19:51
Baxış sayı:
1336

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək “Qarabağ” - “Vorskla” matçında 5 min bilet satılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə "Qarabağ" klubunun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.
Biletləri Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Malldan və onlayn olaraq iTicket.az saytından ala bilərsiniz. Biletlərin qiymətləri 2, 4, 8, 10 və 50 (VİP) manat arasında dəyişir.
Qeyd edək ki, “Qarabağ” - “Vorskla” matçı oktyabrın 25-i saat 20:55-də Bakı Olimpiya Stadionunda start götürəcək.