Devid Bekhem Kraliça II Elizabetlə vidalaşmaq üçün növbə çəkir - FOTO

Baxış sayı:
78235

Futbol üzrə İngiltərə milli komandasının keçmiş kapitanı Devid Bekhem Kraliça II Elizabetlə vidalaşmaq uçun növbədə dayananlar arasındadır.

Futbolçu kraliçanın tabutunun yerləşdiyi Vestminster sarayına daxil olmaq üçün 12 saatdır növbə çəkir.

Bekhem jurnalistlərə II Elizabetlə vidalaşmaq üçün 12 saat növbədə dayandığını bildirib. Keçmiş futbolçu Böyük Britaniyanın “xüsusi” kraliçasına baş əyməyə gəldiyini qeyd edib.

Onun üzərində qalstuklu klassik kostyum və papaq olub.

“Fikirlərimiz [kral] ailəsinin yanındadır, bütün bu hekayələri burada olan insanlardan eşitmək çox gözəldir”, - deyə Devid Bekhem vurğulayıb.

Onun sözlərinə görə, II Elizabetlə bağlı ən yaddaqalan məqam ona Britaniya İmperiyasının ordeninin təqdim edilməsi olub. “Həyatımda Əlahəzrətin yanında olduğum bir çox məqamlar yaşadım və mən bunun üçün çox şanslıyam. Bugün kədərli gündür, lakin yaddaşa həkk ediləcək bir gündür”, - deyə Bekhem əlavə edib.

Mənbə: Gazeta.ru