Sürücülərin başına bəla olan 2 başlıca əlamət - Diqqətli olun

Baxış sayı:
7432

“Son 25 ilin yol-nəqliyyat hadisələrini araşdıranda daha bir sabit əlamət görünür: şənbə və bazar günləri ağır nəticəli hadisələr daha çox olur”. Muxalifet.az xəbər verir ki, bu sözləri yol-nəqliyyat eksperti Ərşad Hüseynov bildirib. O, qəzaların həftənin istirahət günlərində baş verməsinin səbəblərini belə izah edib: “Həftə boyu baş verən hadisələrin təxminən 30 faizi bu iki günün payına düşür. Məhz həmin günlər yollarda daha diqqətli olmaq lazımdır. Həmin iki gün hadisələrin daha çox olmasını şərtləndirən 2 başlıca əlamət var: 1. Bakıda və Bakı ətrafında, eləcə də Sumqayıtda, Gəncədə və bəzi digər şəhərlərimizdə tıxac və sıxlıq, demək olar ki, olmur. Ona görə də küçə və prospektlərdə nisbətən yüksək sürətlə hərəkət mükün olur. 2. Şəhərlərarası yollarda hərəkətlilik artır, çünki istirahət günləri rayonlara gedənlər daha çox olur”.