Tramp və Putin arasında görüş hazırlıqları davam edir – SAMMİT NƏ VAXT KEÇİRİLƏCƏK?
22-06-2018 17:52
Baxış sayı:
4945

Ağ Ev rəsmisinin verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında zirvə toplantısının planlaşdırılması işləri davam edir.
Mətbuat özünü təqdim etməyən mənbəyə əsasən bildirib ki, görüşün Trampın növbəti ay Avropaya səfəri zamanı keçiriləcəyi ehtimal edilir.
Bu ayın əvvəli Putin görüşün keçirilməsi fikrini dəstəklədiyini bildirmişdi.
Rusiya prezidenti Vladimir Putin: “Amerika prezidenti özü dəfələrlə deyib ki, belə bir görüşün keçirilməsi çox faydalı ola bilərdi. Mən bunu təsdiq edə bilərəm. Bu həqiqətdir.”
Hər iki lider arasında görüş 11-12 iyul tarixlərində Brüsseldə keçiriləcək NATO sammitindən öncə, ya da ki, daha sonra Trampın iki günlük Britaniya səfərindən sonra keçirilə bilər.