"Ulduz" stansiyasının önündən keçən yola asfalt çəkilir - FOTO

Baxış sayı:
100

“Bakı Metropoliteni” QSC-nin "Ulduz" stansiyasının qarşısından keçən yol sahəsində asfalt örtüyünün döşənməsi işləri aparılır.

Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, sözügedən hissə Həsən Əliyev küçəsindən "Koroğlu" metrostansiyası istiqamətində inşa edilən yeni avtomobil yolunun mühüm hissələrindən biridir.

İşlər "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, "Ulduz" stansiyasının qarşısından keçən avtomobil yolunun tikintisinə AAYDA-nın 10 saylı xüsusi təyinatlı idarəsinin layihə rəhbəri, təcrübəli mütəxəssis Rafael Paşayev nəzarət edir.

Muxalifet.az