Vilayət Eyvazov rəisi müavin təyin etdi - ƏMR
18-10-2019 15:37
Baxış sayı:
6655

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.
Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. //Oxu.az