VƏKİLLƏR KOLLEGİYASINDA KORONAVİRUS ŞOKU! - Onlarla əməkdaş dəhşətli virusa yoluxub...
25-11-2020 10:58
Baxış sayı:
1398

“Hazırda ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı durmadan artmaqdadır”.
“Report”un xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
Onun sözlərinə görə, bu bəla vəkillərdən və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aparat əməkdaşlarından yan keçməyib:
“Hazırda koronavirusa yoluxan onlarla həmkarlarımız həkim nəzarəti altında müalicə olunurlar”.