Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - XİN ÖLƏN VƏ YARALANANLAR HAQDA AÇIQLAMA YAYDI / YENİLƏNİB, VİDEO, FOTOLAR

Baxış sayı:
12075

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub".

Muxalifet.az xəbər verir ki bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

*** 10:26

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum - ÖLƏN VƏ YARALANANLAR VAR / VİDEO, FOTOLAR

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub.

Muxalifet.az “Caliber”ə istinadən xəbər verir ki, basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizəçisi Orxan Əsgərov həlak olub.

Hadisə nəticəsində bir nəfər yaralanıb.