​“İSRAİL HÜCUMLARI DAYANDIRMASA…” - İran böyük müharibə ilə hədələyir

Baxış sayı:
28330

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İsrailin Qəzza zolağına hücumları ilə bağlı Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Josep Borrell ilə danışıb.
Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Abdollahiyan xüsusilə “İsrailin Qəzza zolağına hücumları davam edərsə, müharibə genişlənərək bölgənin qalan hissəsinə yayıla bilər” deyə hədələyib.
İran rəsmisi Borrell ilə telefon söhbətində “sionist rejimin Qəzza xalqına qarşı həyata keçirdiyi hərbi hücumların dərhal dayandırmalıdır”, - deyə vurğulayıb və Qəzza zolağına humanitar yardım göndərilməsi üçün lazımi vasitələrin təmin edilməsinin vacibliyini qeyd edib.
Borrell də öz növbəsində Qəzza zolağı və İordan çayının qərb sahilində gərginliyin tez bir zamanda azaldılmasının vacibliyini vurğulayıb. O, İran diplomatiyası rəhbərinin fikirləri ilə razılaşıb ki, “davamlı hərbi hücumlar böhranın genişlənməsinə səbəb olacaq”.