​İRANIN DAHA BİR ŞƏHƏRİNDƏ HÖKUMƏT QÜVVƏLƏRİ İLƏ QARŞIDURMA – Polis etirazçılara atəş açıb

Baxış sayı:
16669

Meşginşəhrdə etirazçılarla hökumət qüvvələri arasında qarşıdurma yaşanıb.
Muxalifet.az
xəbər verir ki, 22 yaşlı günahsız qızın hicab bəhanəsi ilə İranın “Əxlaq” polisi tərəfindən qətlə yetirilməsinə qarşı ümumxalq etirazları artıq 10-cu gündür ki, ölkənin hər tərəfində davam edir.
Məlumata əsasən, bu gecə Meşginşəhrdə hökumət qüvvələri etirazçılara atəş açıb. Hazırda ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur.