12 İLDİR DAVAM EDƏN MƏZHƏKƏ... - Ombudsman, icra məmurları Konstitusiyanı “JEK”dən aşağıda tutur

Baxış sayı:
2842

“Əlillərin sosial müdafiəsi haqqında” 25.08.1992-ci il tarixli Azərbaycan Respublikası Qanununun 30-cu maddəsi  icra hakimiyyəti orqanlarını qeyri-yaşayış otaqları ayırmaq və xammalla təchiz etməklə  əlillərin sahibkarlıq fəaliyyətini və məşğulluğunu təmin etməyə görəvləndirib. Lakin icra hakimiyyəti orqanları nəinki qanunu icra edirlər, əksinə, hətta məhkəmə qərarını belə icra etməkdən imtina edirlər. Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev -10 A ünvanındakı əvvəl 25 saylı DSK (dairə seçki komissiyası) yerləşən otaqları 2008-ci ildən sahibkarlıq məqsədilə icarəsinə götürmək istəyən Qarabağ qazisinə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) balanssaxlayıcı  Nizami RİH-in razılığını istəyib və RİH  heç bir cavab vermədiyindən  Qarabağ qazisi Xətai rayon məhkəməsinə üz tutub. Məhkəmə 26.05.2009 tarixli 2 (011)-451/11  saylı qətnamə ilə cavabdeh ƏMDK və Nizami MKTB -ni Qarabağ əlilinə qeyri-yaşayış sahəsini ayırmağa borclu edib. Əsl məhkəmə - məzhəkə hoqqabazlığı şousu da bundan sonra başlayıb və 12 ildir sürür. Borclular dövlətin adından çıxarılan məhkəmə qərarını icra etmək əvəzinə, otaqların həmin B. Nuriyev -10-da yerləşən “Kapitalbank”ın Nizami filialının mülkiyyətində olduğunu bildirib , bank bunu rəsmi məktubla yalanlayanda isə 14 yaşlı uşağın adına saxta şəhadətnamə ilə qeydiyyat sənədi verməklə icraya qadağa qoyublar. Özbaşınalığa baxın, dövlətin adından çıxarılan məhkəmə qərarı “JEK”-in “qərarı”ndan , ƏMDK -nın saxta (-doğru) şəhadətnaməsindən aşağıda tutulur! (?) Tələbkar qazi Xətai məhkəməsinə icraya mane olan borclular  ƏMDK, Nizami RİH və Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələrinin barəsində xüsusi qərardadla prokurora xəbər verilməsi və icranın  B. Nuriyev -10A-dakı otaqlara yönəldilməsi haqqında iddia ərizəsi verib . Xətai məhkəməsi  21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnamə ilə iddianı qismən təmin edərək,  prokurora xəbər verilməsi hissəsində təmin etməyib. Bu qətnamənionun əsasında verilən icra sənədini Xətai məhkəməsi, borclular, Ədliyyə Nazirliyinin Nizami və Xətai icra şöbələri  3 il tələbkar qazidən gizlədiblər . DÖVLƏTİN ADINDAN ÇIXARILAN MƏHKƏMƏ QƏRARINI MƏHKƏMƏ, ƏDLİYYƏ NAZİRLİYİNİN İCRA BAŞ İDARƏSİ GİZLƏDİRSƏ, HANSI QANUN, HÜQUQ ALİLİYİNDƏN DANIŞMAQ OLAR? Qazinin üçillik çoxsaylı şikayətlərindən sonra 2014-cü ildə qətnamə və icra sənədi tələbkara göndərilib və. .. özbaşınalıq indi də  7 ildir sürür. Heç demə, məhkəmə qətnaməsinin gizlədilməsi otaqların rayon sakini və imtiyazı olmayan qondarma fiqurun adına sənədləşdirilməsi amacı ilə edilib. Məmur dələduzluğuna, mütəşəkkil özbaşınalığa , əlillərə qarşı ayrı-seçkiliyə baxın : QANUN, MƏHKƏMƏ İCRA ORQANLARINA QEYRİ-YAŞAYIŞ SAHƏSİNİ QARABAĞ ƏLİLİNƏ VERMƏYİ TƏLƏB EDİR, BORCLU İCRA ORQANLARI İSƏ OTAQLARI  QONDARMA ADLARLA ÖZLƏRİNƏ ÖZƏLLƏŞDİRİRLƏR . Bu dövləti cinayətin başında duranlar keçmiş ƏMDK -nın sədr müavini Rafiq Cəlilov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məsul şəxsləri, Nizami RİH başçısı və hüquq şöbəsinin məsul şəxsləri, Ədliyyə Nazirliyinin icra baş idarəsi, Nizami və Xətai icra şöbələrinin sədrləri və digər məmurlarıdır. Nəzarətedici baş prokurorluğun və yanındakı korrupsiya idarəsinin,  Nizami və Xətai rayon prokurorluqlarının  da , payı az deyil. Hətta Ombudsman və Aparatının da kobud insan hüquqları pozuntusundan qanuna zidd yararlanması 12 ildir heç bir tədbir görməməsində, hətta hüquq pozucularını müdafiə etməsində özünü göstərir. “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili  (ombudsman) haqqında” Konstitusiya  Qanununun 1.9 maddəsinə əsasən, müvəkkilin məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ olmasına baxmayaraq, Ombudsman və Aparatının rəhbəri  12 ildir icra olunmayan məhkəmə qərarını nəinki icra etdirir, əksinə, “JEK”-in, ƏMDK-nın Konstitusiyadan üstün olduğunu rəsmi məktublarla bildirir. (?) Belə “hüquqsuzluq bildirişi” müvəkkilliyinə görə on il qabaq məhkəmədə xüsusi ittiham qaydasında cavab verməyə çəkilən Aparat rəhbəri məhkəməyə də hörmətsizlik edərək  məhkəməyə “hörmətlə” gəlməyib  .  Belədə hansı konstitusion hüquqdan, müvəkkilikdən danışmaq olar?
 İqtisadiyyat Nazirliyi yanına verilən keçmiş ƏMDK , indi ƏMDX (Əmlak Məsələləri Dövlət Xidməti) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Nigar Alimova isə son bir ildə reyestrdə məhkəmə qərarının tapılmadığını (?), B.Nuriyev -10A-dakı otaqların qanunvericiliyin tələblərinə uyğun olaraq  başqa şəxsin adına qeydiyyata alındığını (?) bildirir. Məmur xanım, nədənsə , qeydiyyat tarixini və nömrəsini, “başqa şəxsin” adını açıqlamır. Yəqin, “dövlət sirri”ni yaymağın məsuliyyətə gətirəcəyi nədəni ilə ad və məhkəmə qərarları gizlədilir. (?) Dəhşətdir , məhkəmənin əlilə verdiyi otaqların məhkəmə qətnaməsindən 2 il sonra başqa şəxsin adına qeydiyyata alınması qanunvericiliyin tələblərinə uyğun sayılır! (?)
... Məhkəmə qərarlarının icra olunmaması və hətta sirr kimi  gizlədilməsi,  Konstitusiyaya görə, dövlətə qarşı ən ağır cinayətdir.

Məğrur BƏDƏLSOY