Azərbaycan ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutuldu - MÜDAFİƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

Baxış sayı:
879

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələri tərəfindən iyulun 13-də saat 21:34-də və saat 21:45-də Şuşa şəhəri ətrafındakı Azərbaycan Ordusunun mövqeləri pulemyot və avtomatlardan atəşə tutulub.

Muxalifet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bildirir.

Məlumata görə  bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.