“Hardandır Ermənistanda “İsgəndər-M” raketləri? Bu suala hələ cavab almamışıq...” - İLHAM ƏLİYEV

Baxış sayı:
241

“Ermənilər Şuşanı bu “İskəndər M” raketlərindən atəşə tutmuşdular. Hardandır bu raketlər Ermənistan ordusunda?! Bu raketlər olmamalı idi”.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edən zaman belə deyib. 

Dövlət başçısı bildirib ki, artıq bu, əyani sübutdur: “Ermənistanın hərbi cinayətinin sübutudur. Biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün Şuşanı qədim şəhərimizi Ermənistan “İskəndər M” raketləri ilə məhv etməyə çalışırdı. Biz Şuşanı azad edəndən sonra bundan istifadə etdilər.

Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”.