İsraildə ehtiyatda olan 9 min nəfər orduya çağırıldı - SƏFƏRBƏRLİK

Baxış sayı:
849

İsrailin müdafiə naziri Beni Qantz təhlükəsizlik vəziyyətini qiymətləndirdikdən sonra müxtəlif hərbi bölmələrin gücləndirilməsi üçün ehtiyatda olan 9 min nəfərin orduya çağırılması barədə sərəncam verib.

Bu barədə ölkə televizisiyasının "Yeddinci Kanal"ı məlumat yayıb.

Bundan əvvəl İsrail ordusunun rəsmi nümayəndəsi, briqada generalı Xiday Zilberman qoşunların "hər an quru əməliyyatına başlamağa hazır olduğunu" bildirib.

“The Jerusalem Post” qəzetinin verdiyi məlumata görə, quru əməliyyatı planı baxılması üçün dünən gün ərzində Baş Qərargah rəisi Aviv Koxaviyə təqdim edilməli idi.