"Ramiz Mehdiyev ermənilərlə bağlı çəkdiyim verilişi bağladı" - XALQ ARTİSTİNDƏN ŞOK İDDİA

“İllərdir kinonu niyə bu günə qoyular? Bütün MDB ölkələrində Kinostudiyanı bərpa ediblər. Peşəkar kino ilə məşğul olan insanlar var, prosesdəki problemləri bilirlər, niyə onlar kənarda qalıb?”
Bu sözləri Lent.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudov deyib.
Onun sözlərinə görə, aidiyyəti olmayan insanlar kinoya rəhbərlik edirlər:
“Ömrünü kinoya verən adamlar haradadır? 81 illik ömrünün 64 ilini kinoya sərf edən, Şeyx Əbdül kimi xahiş edirəm, məsul şəxslər bu işlə məşğul olsun. Bu gün kino ictimaiyyətində olanlar var, onlar yığılmalıdır. Yaltaqlar, məddahlar, kino ilə özünə karyera quranlar, uşaqlarına vəzifə alanlar yox, kino eşqiylə yaşayanlar yığılıb kinoya bir gün ağlamalıdır. Kimsə qohum-əqrəbasına yer tapmır, gətirib atırlar Kinostudiyaya. Artistlər kino adamı deyil. Nə Rasim Balayevin, nə Şəfiqə Məmmədovanın kinoya dəxli var. Onlar kinonun daxili problemlərini bilmirlər. Gəlib filmlərinə çəkilib gedirlər. Şəfiqə xanım 40 ildir Kinostudiyanın qapısın tanımır”.
Xalq artisti həmçinin Prezident Aparatının sabiq rəhbəri Ramiz Mehdiyevlə arasındakı konflikdən də danışıb.
Növbəti məsələ də yenə mənə dəydi. Evimi uçurub yerində park salıblar. Hacıbala Abutalıbov kimi bir şoumen mənə dedi ki, Ramiz Mehdiyevlə aranı düzəltməsən, onun dediklərini eləməsən, sənin evini verə bilmərəm. Dedim, əlimdə məhkəmə qətnaməsi var. Dedi, məhkəmə qətnaməsi mənim üçün kağız parçasıdır. Ramiz Mehdiyev nə desə, onu edəcəm. Amma bu gün bunların yox, kinonun davasını edirəm”.
Qeyd edək ki, Xalq artisti səhhətində yaranan ciddi problemlər səbəbilə xəstəxanaya yerləşdirilib. Sənətkarın səhhəti həkim nəzarəti altındadır.




















