“UKRAYNA HƏR CÜR TƏXRİBATA CAVAB VERMƏYƏ HAZIRDIR” - Zelenski Donbasda vəziyyətin kəskinləşməsi haqda

Baxış sayı:
2632

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanı Donbasda "əzələ nümayişində" günahlandırıb.

Bu barədə Zelenski sosial şəbəkə hesabında yazıb.

Dövlət başçısı bəyan edib ki, Donbasda münaqişə vəziyyəti kəskinləşib. Onun fikrincə, Rusiya danışıqlarda təzyiq atmosferi yaradır: "Hərbi təlimlər və sərhəd boyunca mümkün təxribatlar formatında olan əzələ oyunu Rusiyada ənənəvi bir haldır".

Bundan başqa, Zelenski Ukraynanın hər cür təxribata cavab verməyə hazır olduğunu əlavə edib.