Ukrayna Radası erməni əsilli DİN rəhbərinin istefasını qəbul etdi

Baxış sayı:
3682

Ukrayna Ali Radası ölkənin daxili işlər naziri Arsen Avakovun istefasını dəstəkləyib.

“İnterfaks-Ukrayna” xəbər verir ki, 291 millət vəkili müvafiq qərarı plenar iclasda səs çoxluğu ilə qəbul ediblər.

Avakov çərşənbə axşamı daxili işlər naziri vəzifəsində yeddi ildən çox işlədikdən sonra istefa ərizəsi yazdığını bildirib.

Qeyd edək ki, A.Avakov əslən ermənidir.