ABŞ Azərbaycan və Ermənistana çağırış etdi - "XƏBƏRLƏRİ DİQQƏTLƏ İZLƏYİRİK..."

Baxış sayı:
935

ABŞ hökuməti rəsmi Bakı və Yerevana Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırır.

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays özünün tvitter hesabında yazıb.

“Ermənistan-Azərbaycan sərhədinin demarkasiya aparılmamış hissəsində gərginliyin artması barədə xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük, vəziyyəti gərginləşdirmək üçün təmkinli olmağa çağırırıq”-deyə, N.Prays bildirib.