ABŞ-ın dövlət katibi və müdafiə naziri Avropaya gəlir - Gündəm Ukraynadır

Baxış sayı:
848

ABŞ-ın dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostin bu həftə Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

Bu barədə məlumatı “Reuters”ə ABŞ administrasiyasından bildiriblər.

Səfərdə məqsəd Avropa İttifaqının rəhbərliyi ilə Rusiyanın Ukraynaya qarşı fəaliyyətini, eləcə də İran və Əfqanıstandakı vəziyyəti müzakirə etməkdir.