"ABŞ-ın İrana qarşı müharibəni gözə ala bilməz" - Ekspert
25-05-2019 18:07
Baxış sayı:
2932

İran ilə ABŞ arasında yaşanan qarşılıqlı sərt polemikanı qiymətləndirən Beynəlxalq Əlaqələr Mütəxəssisi Barış Adıbelli, "Trampın məqsədi İrana qarşı bir müharibə başlatmaq deyil. ABŞ sərt mesajlar verərək İranı daha karlı bir bazarlıqla masaya oturtmaq istəyir. İran -ABŞ gərginliyindən də bir müharibə çıxmaz. Bu günkü şərtlərdə ABŞ-ın İrana qarşı bir müharibəni gözə alması mümkün deyil" deyib.
ABŞ və İran arasında yaşanan gərginlikdə Rusiyanın səssiz qalmasına da toxunan Adıbelli, "İki ölkə arasında sərt çıxışlar edilərkən, Rusiya niyə səssiz qalır? Mövzuyla bağlı Rusiya niyə çıxıb bir açıqlama vermir? Rusiyanın bu mövqeyi çox maraqlıdır" deyə söyləyib.
Müxalifət.az