Axtarış

The search found 105700 results in 0.095 seconds.

Search results

  1. Paşinyan Kremlə MEYDAN OXUDU: “Eyni mövqedə deyilik...”

    Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı etibara əsaslanan əlaqənin qurulduğunu bildirib.
    Muxalifet.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
    “Artıq müttəfiqlərimizlə şəxsi əlaqələrimizdə qaranlıq məqam yoxdur. Rusiya Prezidenti Vladimir Putin də daxil olmaqla, bütün müttəfiqlərimizlə qarşılıqlı etimada əsaslanan əlaqələr var və bundan məmnunam. Lakin bu, bütün məsələlər üzərində eyni mövqedə dayandığımız mənasına gəlmir, yalnız bir sıra məsələlərdə həmfikirik”, deyə Nikol Paşinyan söyləyib.
     

    Muxalifet3 - 22-10-2018

  2. ​Bakıda caz festivalı: Azərbaycan musiqi axşamı...

    Oktyabrın 22-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində Azərbaycan musiqisi axşamı təşkil olunub.
    Muxalifet.az xəbər verir ki, bugünkü tədbirdə istedadlı cazmenlər Nurlan Abdullazadə, Əfqan Rəsulun triosu və Elvin Bəşirovun qrupu tamaşaçılar qarşısında çıxış ediblər. Onların ifasında populyar caz hitlərinin improvizələri və müəllif kompozisiyaları səslənib.
    Böyük maraqla qarşılanan konsertdən sonra jam-session olub.

    Muxalifet3 - 22-10-2018

  3. ​Qonşuda prezident seçkilərində kim qalib gələcək?

    Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Səsverməyə bir neçə gün qalmış ekspertlər 23 namizəddən kimin qalib gələcəyi barədə müxtəlif fikirlər irəli sürürlər.
    Muxalifet.az xəbər verir ki, ekspertlər əsas iki namizədin qələbə qazanacağına ümid edirlər.

    Muxalifet3 - 22-10-2018

  4. ​Paşinyan parlamenti sabotajda günahlandırdı

    Ermənistan parlamentinin seçki məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır.
    Muxalifet.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlətini icra edən Nikol Paşinyan deyib. 
    O, parlament çoxluğunu və onların tərəfdarlarını sabotaj siyasətini davam etdirməkdə günahlandırıb. 
    “Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”, - deyə o vurğulayıb. 
    Qeyd edək ki, Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün 63 səs tələb olunurdu. 
     

    Muxalifet3 - 22-10-2018

  5. ​Azərbaycanlı ərəb şeyxinin qızından evlilik təklifi aldı - Foto

    Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.
    Muxalifet.az saytına açıqlama verən model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:
    "Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".

    Muxalifet3 - 22-10-2018

  6. ​“Bu işlərin görülməsi 5000-dək yeni iş yerlərinin açılmasına şərait yaradacaq” — Nazir

    "Son 15 ildə ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi isə 2,6 dəfə artıb".
    Muxalifet.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.

    Muxalifet3 - 22-10-2018

  7. ​ABŞ-ın sanksiyaları ləğv etməsini gözləyirik - Türkiyə

    Keşiş Endryu Bransonla bağlı tətbiq edilən sanksiyaların ABŞ-dan ləğvini gözləyirik.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin sözçüsü İbrahim Qalın bildirib.
    Xatırladaq ki, Türkiyə FETÖ və PKK-ya casusluqda ittiham edilən keşiş Endryu Bransonu oktyabrın 12-də azadlığa buraxıb. Ancaq Bransonla bağlı ABŞ tərəfindən Türkiyəyə tətbiq edilən sanksiyalar hələ də qüvvədədir.
     

    Muxalifet3 - 22-10-2018

  8. Qaşıqçının ölümü ilə bağlı yeni iddia

    “Reyters” xəbər agentliyinin adını açıqlamadığı iki Səudiyyə rəhbərliyini istinad verərək yayımladığı xəbərdə, Qaşıqçı-nın öldürülməsindən sonra vəzifədən çıxarılan Kahtani, Səudiyyəli sui qəsd qrupuna internet üzərindən Skype vasitəsilə ünsiyyət halında olduğu iddia edilib.
     

    Muxalifet3 - 23-10-2018

  9. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Türkiyəyə gəlir

    MKİ direktoru Gina Haspel, bazar ertəsi günü rəsmi görüşlər keçirmək üçün Ankaraya gələcək.
     
    MKİ direktoru Gina Haspelin, Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının qətlilə bağlı istintaq çərçivəsində Türkiyəyə gələcəyi bildirilib.
    Müxalifət.az
    tı əsnasında Kahtani, Qaşıqçını söyüşlərlə alçaltmağa başladığı və təhqir etdiyi də iddialar arasında yer alıb.

    Muxalifet3 - 23-10-2018

  10. ABŞ diplomatından Qarabağa gələcək “sülhməramlılar” ANONSU

    Keçmiş amerikalı həmsədr işğal zonasına neytral ölkələrin sülhməramlılarının yerləşdiriləcəyindən danışdı

    Son zamanlar ABŞ diplomatlarının Qarabağla bağlı davamlı açıqlamalar verməsi diqqəti cəlb edir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kentin Azərbaycana səfəri zamanı BMT qətnamələrini xatırlatması, Vaşinqtonun Ermənistandakı elçisi Riçard Millsin İrəvana torpaqları azad etmək zərurəti barədə mesaj verməsinin ardınca digər amerikalı diplomatın dedikləri də böyük marağa səbəb olub.

    Muxalifet - 23-10-2018

  11. Trampdan “Qaşıqçı” açıqlaması

    ABŞ rezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının, jurnalist Camal Qaşıqçı-nın öldürülməsi ilə bağlı araşdırmaya dair verdiyi açıqlamadan razı olmadığını bildirib.
     
    Tramp, Ər-Riyad rəhbərliyinin istintaq üçün bir aylıq müddət istədiyini bildirərək, "Bu çox uzun bir müddətdir, buna ehtiyac yoxdur" deyib.
    Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının Camal Qaşıqçı-nın öldürülməsinə dair verdiyi açıqlamanın "etibarlı" olduğunu bildirən Tramp, bu dəfəki açıqlamadan razı qalmadığını bildirib.

    Muxalifet3 - 23-10-2018

  12. ​Adnan Oktar tərəfdarlarına ikinci ƏMƏLİYYAT: 14 nəfər saxlanıldı

    Müxtəlif cinayətlərlə ittiham edilən Adnan Oktarın tərəfdarlarına qarşı növbəti əməliyyat keçirilib.
    Muxalifet.az “Ahaber”ə istinadən xəbər verir ki, aralarında Adnan Oktarın qardaşı Kənan Oktarın da olduğu 33 nəfər haqqında saxlanılma qərarı verilib.
    11 müxtəlif şəhər və rayonda aparılan əməliyyatlar zamanı 14 nəfər yaxalanıb. Hazırda 19 nəfərin axtarışı davam etdirilir.

    Muxalifet - 23-10-2018

  13. Acun bu azərbaycanlı uşaqları axtarır - VİDEO

    Türkiyənin məşhur TV aparıcısı, TV8 kanalının rəhbəri Acun İlıcalı videosu internetdə izlənmə rekordu qıran azərbaycanlı uşaqları axtarır.
    Muxalifet.az xəbər verir ki, kənd uşaqları videoda “O səs Türkiyə”ni təqlid edirlər. Acun bu videonu "İnstaqram" hesabında paylaşaraq “İlk işim sizi tapmaq olacaq” qeydini yazıb.

    Muxalifet - 23-10-2018

  14. ​"Ərdoğanla Putinin hüzurunda elə bir müqavilə imzaladıq ki..." - Qriqori İvliyev

    Türkiyənin Rusiyadan alacağı hər cür qabaqcıl texnologiya məhsullarının müəlliflik hüquqları qorunacaq.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Federal Mülkiyyət Xidmətinin rəhbəri Qriqori İvliyev çıxış edib.
    Rusiya ilə Türkiyə arasında aparılan S-400 havadan müdafiə raket sistemi razılaşmasını dəyərləndirən İvliyev bu yeni rus sistemlərinin müəlliflik hüquqlarının qorunması məsələsinə toxunub:

    Muxalifet - 23-10-2018

  15. ​İstanbulda DƏHŞƏTLİ GECƏ: Qarşısına çıxanı bıçaqladı - ANBAAN VİDEO

    Türkiyənin İstanbul şəhərində həbsxanadan qaçmış şəxs 11 nəfəri bıçaqla yaralayıb.
    Muxalifet.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə Kadıköy rayonunda baş verib. Xəsarət alanlar xəsatəxanaya yerləşdrilib, onlardan 2-ninvəziyyəti ağırdır.
    Məlumata əsasən, hücum edən şəxs polislər tərəfindən saxlanılıb. İlkin açıqlamaya görə, onun qisas zəminində qəssab dükanına gəldiyi və orada çalışanlara hücum etdiyi bildirilir.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet - 23-10-2018

  16. İngiltərədən “Qaşıqçı” açıqlaması: Buna inanmadıq!

    İngiltərənin xarici işlər naziri Ceremi Hunt, Səudiyyə Ərəbistanının jurnalist Camal Qaşıqçı-nın qalmaqal zamanı öldüyü istiqamətindəki iddiasının inandırıcı olmadığını deyib.
     
    İngiliz parlamentində Qaşıqçı-nın öldürülməsi ilə bağlı keçirilən xüsusi iclasda Hunt, Səudiyyəli jurnalistin öldürülməsini ən güclü şəkildə pislədiklərini bildirərək, “İşlə bağlı hər kəsdən hesab sorulmalıdır” deyib.

    Muxalifet3 - 23-10-2018

  17. ​ABŞ-da telekanalda ATIŞMA olub, xəsarət alan var

    ABŞ-ın paytaxtı Vaşinqtonda, "Fox-5" telekanalında atışma olub.
    Muxalifet.az "Report"a istinadən bildirir ki, buna səbəb binaya icazəsiz daxil olma cəhdi olub.
    Hadisə zamanı bir nəfər yaralanıb. Həmin şəxsin kişi olduğu bildirilir. Onun səhhəti barədə məlumat verilmir.
    Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

    Muxalifet - 23-10-2018

  18. Bakıda ilk eşşək ferması yaradıldı: Yarım litr uzunqulaq südünün qiyməti...

    Məsələyə münasibət birmənalı deyil; Eyyub Hüseynovun fikrincə, bu, elmi və dini baxımdan doğru sayıla bilməz; həkim Seyfəddin Əsəd deyir ki, eşşək südünün faydası misilsizdir; rəsmi qurumlar isə məlumatsızdır

    Muxalifet - 23-10-2018

  19. ​Qəbələdə zəlzələ olub

    Xınalıq stansiyasından 17 km cənub-qərbdə Qəbələ ərazisində zəlzələ qeydə alınıb.
    Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 06:32-də baş vermiş yeraltı təkanların gücü 3,1 bal təşkil edib. Ocağı 9 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

    Muxalifet - 23-10-2018

  20. ​Fransa XİN: Qondarma "DQR”-i tanımır, "Dostluq Xartiyasını”nı qəbul etmirik

    Fransa dövləti Sent-Etyen şəhər bələdiyyəsi ilə qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı erməni separatçıları arasında imzalanan “Dostluq xartiyası”nı qəbul etmir.
    Bu barədə Fransa Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
    “Fransa dövlətinin bu məsələdə mövqeyi aydındır. Fransa “Dağlıq Qarabağ Respublikası”nı tanımır və Sent-Etyen şəhəri ilə "DQR" arasında imzalanan “Dostluq Xartiyasını”-nı qəbul etmir, - deyə XİN-dən əlavə olunub. (report)

    Muxalifet - 23-10-2018

Pages