Axtarış

The search found 105700 results in 0.148 seconds.

Search results

  1. ​Həbibovu maşın vurdu - vəziyyəti isə...

    Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    DİN-dən verilən məlumata görə, oktyabrın 20-də saat 20 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Sumqayıt şəhər sakini Malik Həbibov vurulub. Xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta-ağırdır.
    Abşeron RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

    Muxalifet - 22-10-2018

  2. ​Bu da hələ son deyil, çünki “Star” zavodunun... - Deputat

    Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividentlər vəd edir. Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir.

    Muxalifet3 - 22-10-2018

  3. ​Trampın kürəkənindən Qaşıqçı açıqlaması: Sübutlar toplanır

    ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner yaxın münasibətdə olduğu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmanın da adının keçdiyi Camal Qaşıqçı olayı ilə bağlı bəyanat verib.
    Muxalifet.az xəbər verir ki, Kuşner hələ sözügedən olayla bağlı sübutların toplanma mərhələsində olduğunu bəyan edib.
    "Faktları çox yerdən alırıq. Daha sonra məsələni Prezident Donald Tramp və Dövlət katibi Mayk Pompeo ilə müzakirə edib qərar verəcəyik", - Kuşner söyləyib.
     

    Muxalifet3 - 22-10-2018

  4. ​Qəhrəmanlarımızla bağlı "Vikipediya"da xarici dillərdə məqalələr

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Dünya Azərbaycanlıları Gəncləri Təşkilatının nəzdində fəaliyyət göstərən “Way Wiki Team”ın birgə əməkdaşlığı çərçivəsində italyan və Ukrayna dillərində olan “Vikipediya”larda milli qəhrəmanlarımız İsgəndər Aznaurov və Mehdi Abbasov haqqında məqalələr yaradılıb.
    MEK-dən bildiriblər ki, məqalələrdə Milli qəhrəmanların həyatı və keçdiyi döyüş yolu barədə məlumat verilir. Məqalələrlə daha ətraflı bu linklərdə tanış olmaq mümkündür:

    Muxalifet3 - 22-10-2018

  5. ​Naxçıvanda 9 ayda 2024 iş yeri yaradılıb

    Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada 2024 yeni iş yeri yaradılıb ki, bunun da 1989-u və ya 98,3 faizi daimi iş yerləridir.

    Muxalifet3 - 22-10-2018

  6. ​AFFA klublara xəbərdarlıq etdi

    AFFA Region Liqasının son turunda baş verən davalarla bağlı klub nümayəndələri, məşqçilər, futbolçular və inzibati heyətin üzvlərinə müraciət edib.
    Muxalifet.az xəbər verir ki, müraciətdə deyilir:

    Muxalifet3 - 22-10-2018

  7. ​Putin bu ölkəyə sanksiya tətbiqi barədə fərman imzaladı

    Rusiya Prezidenti Vladimir Putin Kiyevin Rusiya vətəndaşlarına qarşı dostcasına olmayan davranışları səbəbindən ukraynalı şəxs və qurumlara qarşı xüsusi iqtisadi sanksiyaların tətbiqi barədə fərman imzalayıb.
    Muxalifet.az xəbər verir ki, Kremlin rəsmi saytında dərc edilən fərmana əsasən, Rusiya hökumətinə iqtisadi tədbirlərin görülməsi üçün Ukraynanın şəxs və qurumlarının yer aldığı siyahı yaratmaq və məhdudiyyətlərin detallarının müəyyən edilməsi tapşırığı verilib.
    Sonda qeyd edilir ki, Ukrayna Rusiya vətəndaşlarına qarşı addımlarından əl çəkərsə, sanksiyalar ləğv ediləcək.

    Muxalifet3 - 22-10-2018

  8. ​Əhaliyə Şad XƏBƏR: Qiymətlər endirilir - RƏSMİ QƏRAR

    Prezident yağın qiyməti ilə bağlı tapşırıq verdi Azərbaycana idxal edilən kərə yağı üçün tətbiq edilən gömrük idxal rüsumlarının 3 dəfə azaldılması bu məhsulun pərakəndə satış qiymətinə də təsirsiz ötüşməyəcək. Muxalifet.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəisi Mirqasım Vahabov bildirib. “Bilirsiniz ki, Nazirlər Kabineti “Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

    Muxalifet3 - 22-10-2018

  9. ​Bakıda avtomobil oğruları saxlanıldı

    Bakı şəhər sakini Abbas Cəfərov Xətai Rayon Polis İdarəsinə müraciət edərək ona məxsus “VAZ 2104” markalı avtomobilin naməlum şəraitdə qaçırıldığını bildirib. İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakini Samir Əsgərov və İsmayıllı rayon sakini Haldun Səfərəliyev saxlanılıblar.

    Muxalifet3 - 22-10-2018

  10. ​Məscidə zərbə endirməkdən razı qaldıq - ABŞ generalı

    Suriyanın Sosa şəhərində məscidə endirilən hava zərbəsi nəticəsində içərsində terrorçuların məhv olunmasından razı qaldıq.
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ-ın Mərkəzi Qüvvələr komandiri, ordu-generalı Cozef Votel deyib.
    "İŞİD-in qərargah kimi istifadə etdiyi məscidə zərbə endirmək qərarı düşünülmüş şəkildə və qanuni əsasla verilib, mülki sakinlərin həlak olması isə bu kimi hallarda labüd və məqbul sayılır", - Votel bildirib.
    Qeyd edək ki, sözügedən məscidə ABŞ ordusunun hava zərbəsi nəticəsində 62 mülki şəxs ölüb.
     

    Muxalifet3 - 22-10-2018

  11. ​"Real"ın kapitanı yoldaşını topla vurdu - Video

    İspaniyanın "Real Madrid" klubunun futbolçusu Serxio Ramos komanda yoldaşını topla vurub.
    Muxalifet.az-ın məlumatına görə, insident Çexiya "Viktoriya"sı ilə Çempionlar Liqasının III tur matçından öncə məşq zamanı baş verib. Təcrübəli müdafiəçi gənc oyunçu Serxio Regilonun oyunundan narazı olduğu üçün bu addımı atıb. O, belə davranışa məşqdən sonra da yol verib.
    Qeyd edək ki, oktyabrın 23-də Madriddəki "Santyaqo Bernabeu" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
     

    Muxalifet3 - 22-10-2018

  12. ​ABŞ mediası Kayseridəki Xocalı abidəsindən yazdı

    Amerikanın “Foreign Policy News” xəbər portalında Türkiyənin Kayseri şəhərində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş parkın və abidənin açılış mərasimindən bəhs edən xəbər yerləşdirilib.
    Muxalifet.az xəbər verir ki, materialda qeyd olunur ki, açılış mərasimində Türkiyə və Azərbaycanın yüksəkvəzifəli rəsmi şəxsləri, həmçinin Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev iştirak edib.

    Muxalifet3 - 22-10-2018

  13. "Ruhani ilə əldə edilən razılaşma nəticəsində saziş imzalandı"

    Azərbaycan ta qədimdən suvarma əkinçiliyi tətbiq olunan ölkə olsa da, XX əsrin əvvəllərində ilk meliorasiya tədbirləri Azərbaycanda aparılsa da, amma meliorasiya, su təsərrüfatı sahəsində böyük və hərtərəfli inkişaf ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrə təsadüf edir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Araz çayının yeni qol-kanalının açılışına həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib.

    Muxalifet3 - 22-10-2018

  14. ​Azərbaycanlı “avtoritet”in Moskvada amansız qətli – VİDEO 18+

    Moskvanın cənubunda əslən azərbaycanlı olan, kriminal aləmdə “Maqa Ağcabədili” kimi tanınan Məhəmməd Əli qətlə yetirilib.
    Muxalifet.az-ın xəbərinə görə, hadisənin görüntüləri müşahidə kameralına düşüb.
    Rusiya İstintaq Komitəsinin məlumatına əsasən, hadisə oktyabrın 20-də Moskvanın cənubunda Azovski küçəsində baş verib.
    Kadrlarda skamyada iki kişinin söhbət etdiyi görünür. Onların söhbəti bir anda mübahisəyə çevrilir və tərəflərdən biri digərinə bıçaqla çoxsaylı zərbələr endirir.

    Muxalifet3 - 22-10-2018

  15. ​İrandan Qaşıqçı ilə bağlı sərt: Şöhrət ardındakı gənc...

    Səudiyyə Ərəbistanı əvvəl Qərbin köməyi ilə hadisəni ört-basdır etməyə çalışdı, sonra etiraf etməyə məcbur qaldı.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran parlamentinin sədri Əli Laricani deyib.
    "Qaşıqçının faciəvi şəkildə öldürülməsi günahsız insanların qanını tökən Səudiyyə Ərəbistanı rejimi və şöhrət ardındakı gəncin (vəliəhd Məhəmməd ibn Salman) mahiyyətini açıq-aydın ortaya qoyur", - Laricani söyləyib.
     

    Muxalifet3 - 22-10-2018

  16. ​Məşhur robot İlham Əliyevə təqdim olundu - Foto

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də İmişli rayonuna səfəri çərçivəsində “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
    Muxalifet.az xəbər verir ki, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
    Komplekslə tanışlıq zamanı Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev dövlət başçısına görülən işlər barədə məlumat verdilər.

    Muxalifet3 - 22-10-2018

  17. İordaniya kralı İsraildən torpaq tələb etdi

    İordaniya hökuməti İsraillə 1994-cü ildə imzalanan sazişin bəzi müddəalarını uzatmaq niyyətində deyil. 
    Muxalifet.az xəbər verir ki, artıq bu haqda qarşı tərəf məlumatlandırılıb. 
    Söhbət 25 il əvvəl İordaniya tərəfindən İsrailə icarəyə verilən iki torpaq sahəsindən gedir.
    Məsələ ilə bağlı açıqlama verən İordaniya kralı II Abdulla bildirib ki, Əl-Bakur və Əl-Qumar əraziləri İordaniyaya məxsusdur və bu, həmişə belə olacaq.   

    Muxalifet3 - 22-10-2018

  18. ​Rusiyada sərnişin təyyarəsi atəşə tutuldu

    Rusiyada sərnişin təyyarəsi atəşə tutulub. Muxalifet.az Ren.TV-yə istinadən xəbər verir ki, hadisə oktyabrın 17-də Xabarovsk vilayətində baş verib. An-24 təyyarəsi havada olarkən yerdən naməlum şəxslər tərəfindən atıcı silahdan atəşə tutulub. Təyyarə eniş etdikdən sonra baxış keçirilib və güllə izi aşkarlanıb.

    Muxalifet3 - 22-10-2018

  19. ​Güləşçimiz finalda amerikalıya uduzdu

    Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın ilk medalının əyarı müəyyənləşib.
    Muxalifet.az xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Cəbrayıl Həsənov ilk dəfə mübarizə apardığı dünya çempionatının finalında amerikalı Kayl Duqlas Deyklə üz-üzə gəlib.
    Lakin ikiqat Avropa çempionu, ikiqat dünya üçüncüsü olan idmançımız tapşırığın öhdəsindən gələ bilməyib. O, rəqibinə 0:2 uduzaraq gümüş medalla kifayətlənib.
     

    Muxalifet3 - 22-10-2018

  20. ​Qaşıqçının qətli İrana hədiyyədir - Senator

    Camal Qaşıqçının öldürülməsi ABŞ Prezidenti Donald Trampa hörmətsizlikdir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın Florida Senatoru Marko Rubio Tvitter hesabında bildirib.
    "Qaşıqçının öldürülməsi şərəfsizcəsinədir. Eyni zamanda Səudiyyə Ərəbistanı ilə strateji ittifaqı dəstəkləyən bizlərə və Trampa hörmətsizlikdir. Qaşıqçının öldürülməsi ABŞ prezidentinin və Konqresdəki müttəfiqlərinin bərbad bir vəziyyətə düşdüyünü və İrana hədiyyə verildiyi göstərir", - Rubio deyib.
     

    Muxalifet3 - 22-10-2018

Pages