Axtarış

The search found 105700 results in 0.086 seconds.

Search results

  1. ​"Beşiktaş" məğlub olaraq beşinci sıraya düşdü

    Oktyabrın 21-də futbol üzrə Türkiyə Superliqasının IX turunun növbəti görüşündə dördüncü sıradakı "Beşiktaş" səfərdə "Göztəpə" ilə qarşılaşıb.
    Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, oyunun 20-ci dəqiqəsində İstanbul komandası hesabı açmağa yaxın olub. Lakin "Beşiktaş" rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilməyib. Qonaq komandanın futbolçusu Oğuzhan Özyakupun zərbəsini qapıçı dəf edib.

    Muxalifet - 22-10-2018

  2. Vəliəhd şahzadənin Qaşıqçı cinayəti ilə əlaqəli olduğuna dair yeni gəlişmə

    Jurnalist Kaşıkçı istintaqında əldə edilən hər bir yeni məlumat, cinayətin Səudiyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın məlumatı daxilində işləndiyini göstərir. İstanbula gələn 15 nəfərlik sui-qəsd qrupunun rəhbəri Maher Abdulaziz Mütrebin, qətldən sonra 4 dəfə vəliəhd şahzadənin ofis müdiri Bədr əl Asakir-ə zəng etdiyi müəyyən olunub.
     
    Asakir, vəliəhd şahzadənin ən yaxın adamlarından biri olaraq bilinir. Twitterdə 1.3 milyon təqibçisi olan Asakir, kral ailəsi haqqında məlumat və fotoşəkillər paylaşır.

    Muxalifet3 - 22-10-2018

  3. Ermənistan üçün kritik həftə – əks-inqilab və yeni çaxnaşmalar...

    Parlament bir həftəyə ya özünün siyasi “ölümü”nə qərar verməlidir, ya da...; ölkə yeni çaxnaşma ərəfəsində; Putin Paşinyanın demokratiya oyununa hara kimi dözüm göstərəcək – politoloq rəyləri... 

    Oktyabrın 22-dən etibarən Ermənistan üçün növbəti gərgin dönəm başlayır. Bu gün hökumətin təşəbbüsü ilə çağırılacaq parlament iclasında gündəlikdə bir məsələ olacaq: yeni baş nazir seçkisi. Vəziyyəti intriqalı edən də bu özəllikdir.

    Muxalifet - 22-10-2018

  4. ​Şabranda AĞIR YOL QƏZASI: Sürücü öldü

    Şabran rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, “VAZ” markalı minik avtomobilinin beton maneəyə çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.

    Muxalifet - 22-10-2018

  5. Məşhur aktrisa qəzada həlak oldu - FOTO - VİDEO

    Ukraynanın məşhur yumoristlərindən və aktrisalarından biri, "Dizel Şou" yumoristik proqramının iştirakçısı Marina Poplavskaya qəzada həlak olub.
    "Dizel Şou"nun kollektivi Lvov şəhərindəki konsertdən qayıdarkən avtobus Kiyev vilayətində qəzaya düşüb. Qarşı hərəkət zolağına çıxan yük maşını "Dizel Şou" kollektivinin olduğu avtobusa çarpılıb.
    Ön oturacaqlardan birində əyləşmiş M.Poplavskaya hadisə yerində həlak olub.

    Muxalifet - 22-10-2018

  6. Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT: çoxlu yeni çatlar yaranıb

    Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.
    Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.
    Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

    Muxalifet - 22-10-2018

  7. ​“Çukur”un bu məşhur aktyoru azərbaycanlı imiş - VİDEO

    Türkiyənin ən reytinqli serialı “Çukur”da fındık obrazını yaradan aktyor haqda maraqlı məlumat yayılıb.
    Sözügedən obrazın ifaçısı aktyor Ramin Nəzirin azərbaycanlı olduğu ortaya çıxıb.
    Əldə etdiyimiz məlumata görə, Ramin uzun illərdir Türkiyə teatrlarında çalışır.
    Aktyor serialda lal obrazı yaratsa da, görünüşü və hərəkətləri ilə izləyicilərinin sevgisini qazana bilib.
    Serialda Raminin çəkildiyi serialdan bir hissəni təqdim edirik:

    Muxalifet - 22-10-2018

  8. Terrorçu ABŞ-İŞİD əməkdaşlığını etiraf etdi

    İstanbulda, ələ keçirilən 26 yaşındakı terrorçu Ö.T. bəzi qalmaqal etiraflar edib.
     
    Etirafçı olan 26 yaşındakı Ö.T. İŞİD təşkilatı ilə bəzi məqamları açıqlayıb. Əbu Hənzala kod adlı Halis Bayancuk-un mədrəsəsində 2008-2011-ci illərdə təhsil alan Ö.T., “2015-ci ildə Əbu Hanzala ilə görüşdüm və İŞİD-ə qoşulmaq istədiyini söylədim. Sonra təşkilata qatılmaq üçün Suriyaya getdim” deyə bunları söylədyib:

    Muxalifet3 - 22-10-2018

  9. Cəbhədə atəşkəs rejimi 22 dəfə pozulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.
    Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

    Muxalifet - 22-10-2018

  10. Ajda Pekkanın 46 il əvvələ aid YARIÇILPAQ - Fotosu

    Muxalifet.az xəbər verir ki, 46 il əvvəl bir jurnal üçün çəkilmiş foto sosial şəbəkədə böyük marağa səbəb olub.
    72 yaşı olsa da, gözəl bədən quruluşu ilə tanınan Ajdanın fotosuna İnstaqramda bir çox rəy yazılıb. Bəziləri  “Ajda Pekkan gənc olanda daha yaşlı imiş” rəyini yazıblar. Bəziləri isə “Superstar adına layiqdir, həqiqətən də şərab kimi qadındır” rəyini yazıb.

    Muxalifet - 22-10-2018

  11. ​Məşhur milyarder Bakıda Mikayıl Müşfiqin qalıqlarını aşkarladı - SENSASİON FAKT

    Bunu virtualaz.org-a açıqlamasında məşhur Rusiya milyarderi Fərhad Əhmədov deyib.
    Xatırladaq, hələ bir neçə il əvvəl Fərhad Əhmədov Göyçayda kombinat direktoru olmuş və 1970-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun qalıqlarlarının axtarışının aparılması üçün Azərbaycan hakimiyyətindən icazə almışdı.

    Muxalifet - 22-10-2018

  12. 15 yaşlı terrorçu danışdı: PKK-da cinsəl təcavüz...

    Terror təşkilatı PKK-dan qaçan 3 terrorçu təşkilatın aldadaraq dağa çıxardığı uşaqların zorakılığa məruz qaldığını söyləyib.
     
    Türkiyənin təhlükəsizlik qüvvələrinin apardığı əməliyyatlarla ölkə içi və sərhəd xaricində ağır itkilər verən terror təşkilatı PKK-dan qaçaraq təhlükəsizlik qüvvələrinə təslim olan terrorçuların etirafları separatçı təşkilatın iyrənc üzünü bir daha nümayiş etdirib.
     
    CİNSİ İSTİSMAR
     

    Muxalifet3 - 22-10-2018

  13. Bakıda ABŞ səfirliyi əməkdaşının avtomobili AVTOBUSLA TOQQUŞDU

    Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin əməkdaşı Bakıda qəza törədib.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.

    Muxalifet - 22-10-2018

  14. SON DƏQİQƏ: Sabiq nazir VƏFAT etdi - FOTO

    Bu barədə Azərbaycanın sabiq Maliyə naziri Fikrət Yusifov sosial şəbəkədə məlumat yazıb. Azərbaycanın keçmiş Mənzil-Kommunal Təsərrufatı naziri, Milli Azadlıq Hərəkatının fəallarından olan Sucəddin Mustafa oğlu Abdullayev vəfat edib. O, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında dünyasını dəyişib.
    Qeyd edək ki, S.Abdullayev 1992-1999-cu illərdə Azərbaycan Respublikasının Mənzil-Kommunal Təssərrufatı naziri vəzifəsində çalışıb.

    Muxalifet - 22-10-2018

  15. Kaşıkçını öldürən 15 nəfərlik sui qəsd qrupunu VƏLİƏHD ŞAHZADƏNİN OFİS MÜDİRİ TƏŞKİL EDİB

    Səudiyyə rəsmiləri, Qaşıqçının qətlindən sonra vəzifədən alınan Kəşfiyyat qurumunun sədr müavini Əhməd Asiri ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Məlumata görə, İstanbula gələn 15 nəfərlik sui qəsd qrupunu Asiri yaradıb. Ancaq Səudiyyə, sui qəsd qrupunun vəzifəsinin yalnız məşhur jurnalistin ölkəsinə qayıtmağa inandırmaq olduğunu iddia edib.
     

    Muxalifet3 - 22-10-2018

  16. “Tovuzdan gəlib seks-simvol oldun”

    Əməkdar artist Tünzalə Ağayevanın  Bakı Konqres Mərkəzində “Şərhsiz” adlı solo konserti baş tutub. 
    “Qafqazinfo” xəbər verir ki, təbdir deyilən vaxtdan gec başlasa da, maraqlı məqamlarla yadda qalıb.  

    Belə ki, konsertdə qonaq olan xalq artisti, aparıcı Murad Dadaşov Ağayeva haqqında müzakirələrə səbəb olan açıqlama verib. 

    "Tünzalə, Tovuzdan gəlib seks-simvol oldun. Bunu hər kəs bacarmır"- deməsi zalda əyləşən hər kəsin alqışına və gülüşünə səbəb olub. 

    Muxalifet - 22-10-2018

  17. Almaniya Səudiyyə Ərəbistanına silah satışını dayandırdı

    Almaniyanın kansleri Angela Merkel, indiki şərtlər altında Səudiyyə Ərəbistanına silah ixracı etmələrinin mümkün olmadığını açıqlayıb.
     
    Angela Merkel, jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul Baş Konsulluğunda öldürülməsini qınadığını, cinayətin tez aydınlanması və vəzifəlilərdən hesabat verilməsi lazım olduğunu söyləyib.
    Merkel, indiki şərtlər altında Səudiyyə Ərəbistanına silah satmalarının mümkün olmadığını açıqlayıb.
    Müxalifət.az

    Muxalifet3 - 22-10-2018

  18. Efirdə DAVA: Meyxanaçı studiyanı tərk etdi - VİDEO

    ARB TV-də yayımlanan “Sayqa ilə” verilişində qalmaqal yaşanıb.
    Muxalifet.az A24.Az-a istinadən xəbər verir ki, verilişdə qonaq olan gənc meyxanaçı Orxan Eşqin və müğənni Rasim Mustafazadə arasıda mübahisə düşüb. Mübahisəyə səbəb Rasim Mustafazadənin meyxanaçının ifa etdiyi mahnını bəyənməməsi olub. Oxuduğu meyxananın tənqid olunması isə Orxan Eşqini özündən çıxarıb. Daha sonra gənc meyxanaçı studiyanı tərk edib.

    Həmin görüntüləri sizə təqdim edirik:

    Muxalifet - 22-10-2018

  19. ​Əmisinin gəlinini qaçırdığı üçün döyülən kişi ÖLDÜ - (VİDEO)

    Qubada ailəli qadını qaçıran kişi döyülərək öldürülüb.
    Muxalifet.az "Report”a istinadən xəbər verir ki, 25 yaşlı Aynur Əsədova həyat yoldaşının əmisi oğlu 26 yaşlı Elşad Əsədov tərəfindən qaçırılıb. Məlumata görə, qadın öz razılığı ilə E.Əsədovla birgə gedib.
    Hadisədən sonra qızın atası Sadıq Dadaşov, qohumları Elman Muradov və Mətləb Muradov E.Əsədovu döyərək ona ağır bədən xəsarəti yetiriblər. Hadisədən sonra E.Əsədov aldığı xəsarətlərdən dünyasını dəyişib.
    Hər üç şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.
     

    Muxalifet - 22-10-2018

  20. XƏBƏRDARLIQ: Bu şəxsləri 10 min manatadək cərimə gözləyir

    Açıq məkanda reklam yayımlayan sahibkarlar onları tez bir zamanda qeydiyyatdan keçirməlidirlər. Əks təqdirdə həmin sahibkarlara qarşı qanunvericilik çərçıvəsində müvafiq addımlar atılacaq.
    Bu barədə Azərbaycan Dövlət Reklam Agentliyinin məlumatında bildirilib. Qeyd olunub ki, tələblərə əməl etməyən reklam yayıcılarını 10 000 manatadək cərimə gözləyir. Artıq bəzi ərazilərdə icazəsiz reklamların söküntüsünə başlanılıb. 

    Muxalifet - 22-10-2018

Pages