Axtarış

The search found 105700 results in 0.143 seconds.

Search results

  1. Ermənistanda 4 müxalif deputat müdafiə naziri ilə görüşüb Qarabağa dair plan təqdim etdi

    Ermənistan Milli Məclisinin Respublika partiyasından olan dörd deputatı-Karen Bekaryan, Miqran Akopyan, Samvel Farmanyan və Arman Saqatelyan ötən gün oktyabrın 20-də müdafiə naziinin səlahiyyətlərini icra edən David Tonoyanla görüşərək Qarabağa dair plan təqdim ediblər.
     
    Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Karen Bekaryan özünün Facebook səhifəsində məlumat verib.
     

    Muxalifet4 - 21-10-2018

  2. İstintaq başa çatır, TÜRKİYƏ BÜTÜN SÜBUTLARI DÜNYAYA TƏQDİM EDƏCƏK

    Türkiyənin Ədalət və İnkişaf partiyası sədrinin müavini Numan Kurtulmuş səudiyyəli jurnalist Camal Xaşoginin (Camal Kaşıkçı) Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda yoxa çıxması ilə əlaqədar aparılan araşdırmanı şərh edib.
    Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Kurtulmuş Türkiyənin heç zaman Camal Xaşoginin qətlində müqəssirləri və sübutları gizlətməyəcəyini bəyan edib: “Səudiyyə Ərəbistanı administrasiyası, günahı sübut olunacağı təqdirdə, yaxasını kənara çəkə bilməyəcək”.

    Muxalifet4 - 21-10-2018

  3. Qaydaları pozan əxlaqsız qadın tutuldu - MAŞINDAN DÜŞÜRÜLDÜ - FOTO

    Türkiyənin Mersin şəhərində çox qəribə hadisə baş verib. Belə ki, özünə müştəri axtaran yüngül əxlaqlı qadın, maşınları avtostop işarəsi ilə saxlayaraq, yol hərəkəti qaydalarını pozub.

    Publika.az xəbər verir ki, polis işçiləri artıq uzun müddət ki, yollarda müşahidələr aparıb.
    Növbəti saxlanılan şəxs şəhərin bulvar yolu üzərində maşınları avtostop işarəsi ilə saxlayan qadın olub. Aparılan əməliyyatda sonra qadın və onun havadarları nəzarət altına alınıblar.

    Muxalifet4 - 21-10-2018

  4. Seks-robot 2 saat ərzində yüzlərlə kişi ilə tanış oldu - EKSPERİMENT - FOTO

    Robotla maraqlanan kişilərin əksəriyyəti onunla sekslə məşğul olmağa hazır olduqlarını bildiriblər. Milli.Az xəbər verir ki, "Tinder" tanışlıq əlavəsində qeydiyyatdan keçən robot bir gecəyə yüzlərlə kişi ilə tanış olub. "Harmony" adlı seks-robot üçün profili seks-sənayesinin gələcəyi haqqında sənədli filmin çəkilişlərinə hazırlaşan amerikalı rejissor Cimmi Mehil açıb. Sınaq çərçivəsində robota tanışlıq göndərən çoxsaylı kişilər arasında sorğu da keçirilib. Onlar robotla sekslə məşğul olmağa hazır olduqlarını etiraf etməli idilər.

    Muxalifet4 - 21-10-2018

  5. "Yerli şou-biznesdə çoxları şöhrət və asan pul qazanmaq dalınca gedir" - GƏNC MÜĞƏNNİ

    "Yerli şou-biznesdə çoxları şöhrət və asan pul qazanma dalınca gedir, bir-birini təkrarlayır, tamaşaçı və dinləyicini bir sürrealist zülmətə salırlar". 

    Muxalifet.az bildirir ki, bu fikirləri oxu.az-a müsahibəsində gənc azərbaycanlı müğənni, "Səs Azərbaycan" televiziya layihəsinin birinci və yeganə mövsümünün ulduzu Nərmin Kərimbəyova deyib. 

    Muxalifet4 - 21-10-2018

  6. “Belə görünür ki, aldatmalar olub, yalanlar söylənib” – TRAMP VƏLİƏHDİ MÜDAFİƏ ETDİ

    ABŞ Prezident Administrasiyasında heç kim Qaşıqçının ölümü ilə bağlı vəliəhd Məhəmməd bin Salmanı günahlandırmır.
     
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Vaşinqton Post”a müsahibəsi zamanı danışıb.
     
    “Belə görünür ki, aldatmalar olub, yalanlar söylənib. Salman çox güclü nəzarətə sahib, vətənini sevən bir şəxsdir”, - Tramp bildirib.

    Muxalifet4 - 21-10-2018

  7. Bu uşaq izləyənləri dəhşətə gətirir – VİDEO

    Çində azyaşlı uşağın qorxmadan ilanları tutmasının görüntüləri yayılıb.
     
    Qaynarinfo.az xəbər verir ki, uşağın bu görüntüləri sosial şəbəkələrdə izlənmə rekordu qırıb.
     
    Azyaşlı nəhəng ilanları bir-bir tutaraq, gətirib atasına verir.

    Muxalifet4 - 21-10-2018

  8. "Götürmüşəm, yapışdırmışam, bir gözəl mahnı çıxıb" - "Səni deyirlər" mahnısının ifaçısı

    "Səni deyirlər" mahnısına oynayan və bu videoları sosial mediaya yükləyənləri xatırlayırsınız?

    O mahnının ifaçısı Bakıya gəlib və burada keçirilən festivalda uğurlarına görə mükafatlandırılıb.

    Əsasən toylarda çıxış etdiyini deyən İbrahim Əlizadə Urmiya şəhərində doğulub.

    Deyir ki, 10-12 ildir musiqi sahəsində çalışır.

    İbrahim Əlizadə "Səni deyirlər" mahnısının Azərbaycanda məşhurlaşmasına sevindiyini deyir.

    Muxalifet4 - 21-10-2018

  9. Bolton Rusiyaya gedir - Gündəmdə önəmli məsələlər var

    Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton 22 oktyabrda görüşəcəklər.

    “Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

    Onun sözlərinə görə, Bolton Rusiyaya səfər çərçivəsində prezident Vladimir Putin və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşəcək.

    Muxalifet4 - 21-10-2018

  10. Krımda kollecə girib 21 nəfəri güllələyən şəxsin DƏHŞƏTLİ GÖRÜNTÜLƏRİ - VİDEO

    Krım Muxtar Respublikasının Kerç şəhərində kollecə hücum edərək 21 nəfəri öldürən Vladislav Roslyakov cinayəti təhlükəsizlik kamerilarına düşüb.

    “Rossiya 1” telekanalı cinayəti anban əks etdirən görüntüləri yayımlayıb.

    Kadrlardan görünür ki, Vladislav Roslyakov əvvəlcə şagirdlərin çox olduğu dəhlizdə partlayıcı qurğunu yerləşdirir.

    Partlayış baş verəndən sonra cinayətkar silahla qarşısına çıxan hər kəsi güllələyərək öldürür.

    Hadisə zamanı ölənlərdən 16-sı tələbə, 5-i isə, kollecin əməkdaşıdır. Atışma və partlayış nəticəsində 50-dən çox insan isə, yaralanıb.

    Muxalifet4 - 21-10-2018

  11. “Məni o şəhərə dəfn edin” – QAŞIQÇININ VƏSİYYƏTİ ORTAYA ÇIXDI

    Ötən gecə Səudiyyə Ərəbistanından verilən rəsmi açıqlamada Camal Qaşıqçının öldürülüdüyü etiraf edildi.
    Muxalifet.az xəbər verir ki, buna rəğmən, hələ də cəsədin aqibəti ilə bağlı müəmmalar qalır.
    Bütün dünya jurnalistin cəsədinin harda olduğunu sual edərkən isə, bu arada Camal Qaşıqçının vəsiyyəti ortaya çıxıb.
    Belə ki, o, “məni Mədinədə dəfn edin” – deyə vəsiyyət edib.
     
    Muxalifet.az
     

    Muxalifet4 - 21-10-2018

  12. Əlil bacısını zorlayan şəxsi tapıb amansızlıqla öldürdü

    Türkiyənin Bursa şəhərində eşitmə məhdudiyyətli bacısını zorlayan gənci öldürən Yusuf adlı şəxs məhkəmə qarşısına çıxarılıb. Mərhumun atası cinayətkara ömürlük həbs cəzası tələb etsə də, əlini qana bulayan Yusuf bacısının namusunu təmizlədiyini bildirib.

    Publika.az xəbər verir ki, dünyasını dəyişən Mehmet Kocadoğanın atası isə qızın oğlunu daim sosial şəbəklərədə narahat etdiyini və bu hadisənin üstünü açacağını bildirib.

    Muxalifet4 - 21-10-2018

  13. Qaşıqçı cinayətində YENİ İDDİA - Boğulub və xalçaya bükülərək...

    Jurnalist Camal Qaşıqçının ölümü ilə bağlı yeni iddia ortaya atılıb.

    Bu barədə “Röyter”ə adının açıqlanmasını istəməyən bir Səudiyyə Ərəbistanı rəsmisi danışıb.

    Onun sözlərinə görə, dindirilmə zamanı Qaşıqçı qışqırmağa başlayıb. Ona mane olmaq istəyənlər ağzını tutmağa məcbur olub. Belə olan halda isə Qaşıqçı boğularaq dünyasını dəyişib. Onun cəsədi yerli əməkdaşlardan biri tərəfindən xalçaya bükülərək ərazidən uzaqlaşdırılıb və parçalanıb.

    Muxalifet4 - 21-10-2018

  14. ​“Sumqayıt” - “Sabah” matçı bitdi: 1 qırmızı, 1 qol...

    Topaz Premyer Liqasının 8-ci turunda “Sumqayıt” və “Sabah” klubları üz-üzə gəlib.
    Muxalifet.az xəbər verir ki, ön sıraları maraqlandıran matç "Sabah"ın minimal hesablı qələbəsi ilə başa çatıb: 1-0.
    Oyunda yeganə qolu 36-cı dəqiqədə Miloş Bosançiç vurub. “Sumqayıt”ın heytində Vurğun Hüseynov 15-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.
    Günün digər matçında saat 19:00-da “Keşlə” və “Zirə” komandaları qarşılaşacaq.
     

    Muxalifet3 - 21-10-2018

  15. ​Qaşıqçının cəsədi ondadır: polis HƏR YERDƏ AXTARIR - ŞOK İDDİA

    Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluqdan çıxarılan səudiyyəli jurnalist Camal Qaşıqçının cəsədi Sultanəhmədə aparılıb və Mardin vilayətində qeydiyyatda olan bir Türkiyə vətəndaşına təslim edilib.
    Muxalifet.az xəbər verir ki, bu haqda “Habertürk” yazıb.
    Cənazənin birbaşa hardasa basdırılmadığı, Səudiyyə konsulluğunun əlaqəyə keçdiyi bir Türkiyə vətəndaşının vasitəsilə yox edilməyə çalışıldığı bildirilir. Hazırda Türkiyə polisi həmin vətəndaşı axtarır.

    Muxalifet3 - 21-10-2018

  16. SON DƏQİQƏ: ​19-cu mikrorayonda partlayış: 12 nəfər yaralandı

    Gürcüstanın Rustavi şəhərində baş vermiş partlayış nəticəsində 12 nəfər yaralanıb. Onlardan 5-i azyaşlıdır.
    Muxalifet.az xəbər verir ki, oktyabrın 21-də Rustavi şəhəri 19-cu mikrorayon ünvanında qaynaq aparılan sexlərin birində ilkin məlumata görə, oksigen balonu partlayıb. Nəticədə 5-i uşaq olmaqla 12 nəfər yaralanıb, ətrafdakı binalara, ictimai-iaşə obyektlərinə xeyli ziyan dəyib. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
    Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
     

    Muxalifet3 - 21-10-2018

  17. ​Xanım prodüserin meyiti tapıldı - Foto

    Qazaxıstanın Hit TV telekanalının xanım prodüser və jurnalisti Almatıda ölü tapılıb.
    Muxalifet.az xəbər verir ki, Ayqerim Musayeva oktyabrın 19-da itkin düşüb.
    Bu barədə onun yaxınları sosial şəbəkələrdə yazıblar. Qızın ölüm faktı barədə həmkarları Feysbukda məlumat veriblər.
    Bildirilir ki, o sonuncu dəfə Altau rayon Əhaliyə Xidmət Mərkəzində olub. Bunu videomüşahidə kameraları qeydə alıb. Faciənin hansı şəraitdə baş verdiyi açıqlanmır.
    Bundan əvvəl Səudiyyə Ərəbistanından olan jurnalist Camal Qaşıqçının qətlə yetirildiyi məlum olub.
     

    Muxalifet3 - 21-10-2018

  18. ​İdlibdə avtomobil partladıldı: 6 ölü, 25 yaralı...

    Suriyanın İdlib şəhərində avtomobilin partladılması nəticəsində 6 nəfər ölüb, 25-i isə yaralanıb.
    Muxalifet.az xəbər verir ki, partlayış Kusur məhəlləsində, yardım paylama mərkəzinin yaxınlığında baş verib.
    “Minalanmış avtomobil insanların toplaşdığı vaxt partlayıb”, - deyə məlumatda bildirilib.
     

    Muxalifet3 - 21-10-2018

  19. ​Misir mətbuatı Azərbaycanın Fələstinə yardımından yazdı

    Azərbaycanın Fələstin xalqının çətin günlərində hər zaman yanında olduğunu və İslam həmrəyliyinə sadiqliyini nəzərə alaraq, hazırda ciddi maliyyə çətinlikləri ilə üzləşən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə 200 min ABŞ dolları məbləğində yardım etməsi Misirin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.

    Muxalifet3 - 21-10-2018

  20. ​Səudiyyə küncə qısılır - 3 ölkədən Qaşıqçı bəyanatı

    İngiltərə, Almaniya və Fransa Səudiyyə Ərəbistanının jurnalist Qaşıqçının ölümü ilə bağlı yaydığı açıqlama haqda bəyanat yayıb.
    Muxalifet.az xəbər verir ki, sözügedən üç ölkə bu açıqlamanın inandırıcı olması üçün faktların ortaya qoyulmalı olduğunu bildirib.
    Qeyd edək ki, Səudiyyə Ərəbistanının Baş prokuroru şeyx Səud əl-Muacib oktyabrın 2-dən yoxa çıxmış səudiyyəli jurnalist Camal Qaşıqçının ölkənin İstanbuldakı Baş Konsulluğunda yaranmış münaqişə zəminində öldüyünü təsdiqləyib.

    Muxalifet3 - 21-10-2018

Pages