Axtarış

The search found 105700 results in 0.128 seconds.

Search results

  1. “Azərenerji”də yeni təyinatlar olub

    “Azərenerji” ASC-də iki yeni təyinat olub. “Report” xəbər verir ki, Ziyəddin Misir oğlu Quliyev qurumun vitse-prezidentinin müavini təyin edilib. Hazırda Z.Quliyev “Azərenerji”nin vitse-prezidentinin səlahiyyətlərini icra edir. Bundan başqa, “Azərişıq” ASC-nin Tədris Mərkəzinin direktoru Vüqar Əliyev “Azərenerji” prezidentinin müşaviri təyin olunub. Qeyd edək ki, Z.Quliyev bu vaxta qədər “Azərişıq” ASC-nin Texniki Departamentin direktoru vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci ildə ona “Əməkdar mühəndis” fəxri adı verib.

    Muxalifet - 20-10-2018

  2. "Reuters"-dən bomba “Qaşıqçı” iddiası: TÜRKLƏR İŞİ BİTİRMƏK ÜZRƏDİR

    Səudiyyə Ərəbistanı Konsulluğunda öldürülən Camal Qaşıqçı ilə bağlı son dəqiqə gəlişmə baş verib. “Reuters”, Türk polisinin Qaşıqçı-nın cəsədini tapmağa yaxın olduğunu bildirib. Polislər Yalova və Belqrad Meşə Massivində axtarış aparır, Belqrad Meşəliyindəki təhlükəsizlik kamerası qeydləri təhlil olunur.
     
    Bu xəbəri İngilis xəbər agentliyi “Reuters”-ə bir Türk səlahiyyətli də təsdiq edib və Camal Qaşıqçı-nın cəsədinin aqibətini öyrənməyə çox yaxınlaşdıqlarını bildirib.

    Muxalifet3 - 20-10-2018

  3. Смерть Хашогги — признак внутримусульманского раскола между османами и саудитами

    Предполагаемое убийство журналиста и его последствия стали последней битвой в трехвековой войне за ислам суннитского толка.
    ***

    Muxalifet4 - 20-10-2018

  4. Azərbaycanda eşşəklər azalır, ceyranlar artır...

    Azərbaycanda son bir ildə 4 min eşşək “yoxa çıxıb”. Yoxa çıxıb deyəndə bu fağır, amma zəhməteş və barəsində “qanmaz” imici formalaşmış (hərçənd canlılar arasında daha qanmazları var) bu heyvanlar heç yana qeyb olmayıblar. Onların sayında kəskin azalma var, özləri isə ya ət formasında qeyri-leqal kolbasa sexlərinə, ya da dönərxanalara yollanıblar. Yaxud çöldə canavarlara, çaqqallara tuş gəliblər. Hərçənd eşşəklərin bir qisminin xaricə daşındığı da ehtimal edilir.

    Muxalifet - 20-10-2018

  5. ​Təyyarə avtomobil yoluna məcburi eniş etdi - Video

    ABŞ-ın San-Dyeqo şəhərində yüngülmühərrikli təyyarə texniki nasazlıq səbəbindən avtomobil yoluna məcburi eniş edib.
    Muxalifet.az İHA-ya istinadən xəbər verir ki, 2 nəfərin olduğu təyyarə eniş etdikdən sonra bir qədər avtomobillərlə birlikdə hərəkət edib.
    Həmin an yolda hərəkət edən avtomobillərdən birinin kamerası ilə lentə alınıb.
    Görüntünü təqdim edirik:

    Muxalifet - 20-10-2018

  6. Kadırovdan inquş liderlərinə “ölüm” təhdidi: Əgər əsl kişisinizsə... - Video

    Çeçenistan rəhbəri Ramzan Kadırov İnquşetiyada baş verən etiraz aksiyalarına münasibət bildirib.
     
    Çeçenistan hökumətinin iclasında çıxış edən Kadırov sərhədlərin dəyişdirilməsiylə bağlı razılaşmanın artıq imzalandığını bildirib. O, İnquşetiyadakı etirazçıların liderlərini təhdid etməkdən də çəkinməyib:
    “Əgər siz əsl kişisinizsə, əgər siz xalqsınızsa, əgər bu ərazilər sizindirsə (müqavilə nəticəsində Çeçenistana verilən torpaqlar), burada mitinq edin. Əgər siz buradan sağ getsəniz, mən o zaman sizin adlandırdığınız adamam”.

    Muxalifet3 - 20-10-2018

  7. İrəvanın meri Moskvaya qaçdı

    İrəvanın keçmiş meri Taron Markaryan Ermənistanı tərk edib.
     
    Bu məlumatı “Qraparak” qəzeti yayıb.
    Bildirilib ki, Markaryan ailəsi ilə birgə Moskvaya köçüb. Onun övladlarının Moskvanın müxtəlif təhsil müəssisələrində təhsil aldığı vurğulanıb.
    Qeyd edək ki, Markaryan bundan öncə Ermənistanın yeni hökumətinin təzyiqləri ilə istefaya gedib.

    Muxalifet3 - 20-10-2018

  8. Səudiyyəni Qaşıqçı cinayətini etiraf etməyə nə məcbur etdi?

    Səudiyyə Ərəbistanı jurnalist Camal Qaşıqçının İstanbuldakı baş konsulluqda öldürüldüyünü etiraf edib. Oktyabrın 2-də Səudiyyənin İstanbuldakı baş konsulluğuna gələn Qaşıqçının yoxa çıxması bütün diqqəti Ər-Riyadın üzərinə yönəltsə də, kral ailəsi hadisə ilə əlaqəsinin olduğunu təkzib edirdi. Təxminən 18 gün sonra Ər-Riyaddan etiraf gəldi və hər kəs bu etirafın niyə edildiyi sualı üzərinə düşünür.
     
    Türkiyənin atdığı addımlar Səudiyyənin cinayəti etiraf etməsinə səbəb olub.

    Muxalifet3 - 20-10-2018

  9. ABŞ-dan Ermənistana “Əraziləri Qaytar” mesajı

    ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills səfir postunu tərk etməyə hazırlaşdığı vaxtda Dağlıq Qarabağla bağlı İrəvanı çalxalayan açıqlama verdi. Amerikalı diplomat bildirdi ki, “münaqişənin nizama salınması üzrə istənilən variant işğal altındakı ərazilərin bir qisminin Azərbaycana qaytarılması ilə nəticələnəcək”.
     

    Muxalifet3 - 20-10-2018

  10. Əfqanıstanda seçki günü dəhşətli terror aktı törədildi: 15 ölü, 110 yaralı

    Əfqanıstan parlamentinin Aşağı Palatasına keçirilən seçkilər zamanı terror aktı törədilib.
    Muxalifet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Kabildə bir neçə seçki məntəqəsində partlayışlar baş verib.
    Terror aktı nəticəsində 15 nəfər həlak olub, 110 nəfər yaralanıb.
    Əfqanıstan Mərkəzi Seçki Komissiyası partlayış törədilən seçki məntəqələrində səsvermə prosesini sabaha qədər təxirə salıb.

    Muxalifet - 20-10-2018

  11. ​Qoşqar Hacıyev müalicə üçün Türkiyəyə göndərilir

    Polkovnik Həsənov: “Qoşqar Hacıyev yaralandığı gündən məhz Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicəyə üstünlük verib”

    Muxalifet - 20-10-2018

  12. Dünyanın sonunu gətirəcək FƏLAKƏT SSENARİSİ qapıda: Buzlaqlar üzərində döyüşlər BAŞLAYIR

    Dünya böyük təhlükə ilə üz-üzədir. Bir tərəfdən iqlim dəyişiklikləri, digər tərəfdən bu dəyişikliyi sürətləndirəcək Arktika müharibəsi hər keçən gün qızışır.
    BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (İPCC) yaydığı son hesabatda dünyada havaların 1 dərəcə isindiyi və kritik nöqtə olan 1,5 dərəcə isinməyə doğru irəlilədiyi qeyd olunur. Əgər bunun qarşısı alınmasa, dünya 2030-cu ildən etibarən böyük fəlakətlər dövrünə qədəm qoyacaq. Əgər bu isinmə 5 dərəcəyə qədər qalxarsa, 2100-cü ildə bəşəriyyətin sonu olacaq.

    Muxalifet - 20-10-2018

  13. ​Hazal Kayadan "Aşk-ı Memnu" ilə bağlı etiraf

    Hazal Kaya məzunu olduğu İtaliya Litseyində keçirilən tədbirdə tələbələrlə görüşüb. Muxalifet.az axşam.az-a istinadən bildirir ki, suallara cavab verən aktrisa səmimi açıqlamalar verib. Oxuduğu ərəfədə "Aşk-ı Memnu"da rol aldığını deyən Hazal "Ekrən yaşımda sənət aləminə atılmışam. Sizi xoşbəxt edəcək işi görün. Məktəbin sondan ikincisi idim. Buna təəccüblənmədik. Həmin ərəfədə "Aşk-ı Memnu"ya çəkilirdim. Heç yuxu yatmırdım. Gecələr özəl dərs alırdım. Məktəbdə yatırdım. Heç asan deyildi" bildirib.

    Muxalifet - 20-10-2018

  14. KTMT-nin erməni rəhbəri vəzifədən çıxarılır

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Yuri Xaçaturov başqası ilə əvəzlənəcək.
     
    Bu açıqlama ilə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan çıxış edib.
    O qeyd edib ki, ya KTMT baş katibinin namizədliyini irəli sürən ölkə yeni namizədi təklif etməli, yaxud da təşkilata sədrlik əlifba sırası ilə başqasına keçəcək.

    Muxalifet3 - 20-10-2018

  15. “Amnesty International”, Con Boltonu Azərbaycan rəsmiləri ilə insan haqları məsələsini müzakirə etməyə çağırır

    Oktyabrın 22-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik müşaviri Con Bolton ümumi təhlükəsizlik narahatlıqlarını müzakirə etmək üçün Azərbaycana səfər edəcək. Səfərdən öncə insan haqları təşkilatı Amnesty International USA Milli Təhlükəsizlik Şurasına məktub göndərib.

    Muxalifet3 - 20-10-2018

  16. ​BMT-yə ABŞ-dan şikayət edildi: İstintaq başlasın

    ABŞ-ın rəhbərlik etdiyi koalisiya mülki vətəndaşların ölümünə yol açan hücumlar təşkil edir, beynəlxalq hüquqları pozur.
    Muxalifet.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin Birləşmiş Millətlər Təşkilatına göndərdiyi məktubda bildirilib.
    Suriya XİN BMT-dən sözügedən hücumlarla bağlı istintaq işinin başlanmasını tələb edib:

    Muxalifet3 - 20-10-2018

  17. ​Qaşıqçının cəsədi tapılmaq üzrədir

    Türk polisi Səudiyyə Ərəbistanın İstanbuldakı konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçıının cəsədini tapmaq üzrədir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Röyter Türkiyəli polisindəki mənbəyə istinadla məlumat yayıb.
    Hazırda polislər Belqard və Yalova meşəsində axtarış aparır.
    Məlumata görə, həm meşədəki, həm də konsulluqdakı kamera görüntüləri raşdırılır. Qaşıqçının DNT analizləri türk polsində var. Səudiyyə Ərəbsitanından heç bir ekspertə ehtiyac duyulmur.
     

    Muxalifet3 - 20-10-2018

  18. ​Həbib azərbaycanlı müğənniyə hədiyyə göndərdi - Video

    Tanınmış azərbaycanlı müğənni Elnur Məmmədov fanatı olduğu rusiyalı döyüşçü Həbib Nurməhəmmədovdan hədiyyə alıb.
    Muxalifet.az-ın məlumatına görə, Həbib Elnura fotosunun yer aldığı avtoqraflı köynəyi hədiyyə edib.
    Bundan əlavə, rusiyalı döyüşçü müğənniyə video da ünvanlayıb:
    “Salam aleykum. Azarkeşlik etdiyin üçün təşəkkür edirəm. Sənə sağlamlıq və uğurlar arzu edirəm. Görüşənədək”.

    Muxalifet3 - 20-10-2018

  19. ​Sürüşmə zonasında son durum: uçqunlar baş verdi

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan qərargahın üzvlərinin Badamdar sürüşmə zonasında apardıqları monitorinqin saat 18:00-a olan nəticəsi açıqlanıb.
    Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, sürüşmə ərazisində aktivlik davam edir. Belə ki, sürüşmə kütləsi üzərində xırda hissəciklərin uçqun tipli hərəkəti qeydə alınıb və uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Buna baxmayaraq, fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik müşahidə edilməyib.
     

    Muxalifet3 - 20-10-2018

  20. ​Bu ölkədə 14 milyon insan ölə bilər

    Yəməndə vəziyyət dəyişməsə, gələcək aylarda 14 milyondan çox insan qida çatışmazlığı ucbatından ölüm riski ilə qarşı-qarşıya qala bilər.
    Muxalifet.az xəbər verir ki, bunu Anadolu Agentliyinə açıqlamasında Birləşmiş Millətlət Təşkilatının Humanitar Yardım üzrə Kordinasiya Ofisinin sözçüsü Yens Laerke deyib. O, vəziyyətə görə narahatlıq duyduqlarını bildirib.
    Laerke daxili müharibənin iştirakçıları olan Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə və husilərə çağırış edərək, humanitar yardımların insanlara çatdırılmasına icazə verilməsini istəyib.

    Muxalifet3 - 20-10-2018

Pages