Axtarış

The search found 105700 results in 0.14 seconds.

Search results

  1. Camal Qaşıqçı-nın ölümündə yeni detal! Səudiyyə Ərəbistanından paltar oyunu

     Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın, konsulluq binasından çıxdığını isbat etmək üçün, içəri girişindən iki saat sonra paltarlarını bir başqa konsulluq nümayəndəsinə geyindirib, ətrafdakı təhlükəsizlik kameralarına iz buraxmaq kimi dəlilləri qaraltmağa çalışdığı ortaya çıxıb.
     

    Muxalifet3 - 20-10-2018

  2. ​Bərdədə 600 kq at əti aşkarlandı

    Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Muxalifet.az-a verilən məklumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə, Baş İctimai Təhlükəsizlik idarələri və Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə oktyabrın 19-da Bərdə rayonu ərazisində keçirilib.

    Muxalifet - 20-10-2018

  3. İstirahət gününə olan hava proqnozu

    Sabah, oktyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman müşahidə ediləcək, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 15-17°, gündüz 20-25° isti təşkil edəcək. Bakıda gecə 15-17°, gündüz 23-25° isti olacaq.
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 55-60% olacaq. 

    Muxalifet - 20-10-2018

  4. “Səudiyyə vəliəhdi zaman qazanmağa çalışır” – ABŞ Senatoru

    ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanının jurnalisti Camal Qaşıqçı-nın "ölümü" ilə bağlı açıqlamasının "etibarlı" olduğunu desə də, Senat və Nümayəndələr Palatasının nüfuzlu şəxsləri sözügedən bəyanatı "şübhəli" sayır. Bundan başqa, bəzi senatorlar Trampa Magnitsky Qanunu çərçivəsində bir istintaq açılması çağırışını da təkrarlayıb.
     

    Muxalifet3 - 20-10-2018

  5. Arda Turana daha bir zərbə QAYINATASINDAN GƏLDİ - Hamilə xanımını...

    Muxalifet.az Türkiyə mediasına istinadən xəbər verir ki, qayınatası Sabri Doğan yaxın zamanda uşaq dünyaya gətirəcək qızı Aslıhanın pis olmaması üçün onu evinə aparıb. İddiaya görə, qızını öz evinə aparan atası Arda Turana “Övladı dünyaya gələnə qədər qızım burada qalacaq”-deyib. Qeyd edək ki, müğənni B.Şahinin həyat yoldaşına söz atdığına görə baş verən davada Arda Turan müğənninin burnunu sındırmışdı. Daha sonra onun silahla xəstəxanaya gəlməsi vəziyyəti daha da çətinləşdirdi.

    Muxalifet - 20-10-2018

  6. Avropa Parlamentindən “Camal Qaşıqçı” çağırışı

    Avropa Parlamentinin sədri Tajani, "Açıqlanan Camal Qaşıqçı-nın ölümünə dair sübutların araşdırılmasını təmin edəcək bir beynəlxalq istintaq başlanılmalıdır" deyib.
    Müxalifət.az

    Muxalifet3 - 20-10-2018

  7. “Hizbullah”a yüksək dəqiqlikli raketlər üçün avadanlıq aparan təyyarə Livana enib

    Amerika kəşfiyyatı İranın Livanda fəaliyyət göstərən “Hizbullah” qruplaşmasına gizli yolla yüksək dəqiqlikli raketlər üçün avadanlıqlar ötürdüyünü bildirir. Virtualaz.org xəbər verir ki, bu haqda “ Fox News” telekanalı bildirir.

    Muxalifet - 20-10-2018

  8. ​DƏHŞƏTLİ QƏZA: Avtobus piyadaları vuraraq öldürdü

    Bakı və Sumqayıt şəhərlərində marşrut avtobusu piyadaları vuraraq öldürüb.
    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Belə ki, oktyabrın 19-da saat 11 radələrində Sabunçu qəsəbəsi ərazisində Maştağa qəsəbə sakini Zaur Quliyev idarə etdiyi "Daewoo” markalı 131 saylı xətt avtobusu ilə yolu keçən Zabrat qəsəbə sakini Aysel Məmmədovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

    Muxalifet - 20-10-2018

  9. 4 kişi 4 qadını götürüb restorana gəldi, sonra polislər və... - Azərbaycanda ŞOK HADİSƏ

    Siyəzən rayonunda restoranda kütləvi dava salmaqda ittiham olunan 1962-ci il təvəllüdlü Vaqif Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Vaqif Babayev 22 noyabr 2017-ci il tarixdə, saat 14.30-da Nurəli Məmmədovun adına rəsmiləşdirilmiş Siyəzən rayonu, Qara Siyəzən kəndi ərazisində yerləşən “Qafqaz” restoranında ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurub.

    Restorana basqın

    Muxalifet - 20-10-2018

  10. RÜFƏT ASLANLI FRANSADA HEKTARLARLA TORPAQ ALIB – FOTOLAR

    Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin keçmiş sədri və Maliyyə Bazarlarına Nəzarət Palatanın sabiq başçısı Rüfət Aslanlının Fransada çoxmilyonlu mülkiyyətə sahib olduğu üzə çıxıb. Virtualaz.org-ın verdiyi məlumata görə, R.Aslanlı dövlət qulluğunda işlədiyi dövrdə elit şərab istehsalı ilə məşğul olub. Məmur Fransada Jironda vadisində, Qaronna çayının kənarında üzümlüklər və bahalı torpaq sahələri alıb.

    Rüfət Aslanlının Fransanın cənub-qərbində enoloqların və dequstatorların daimi ştatda olduğu üzümlükləri və müasir çaxır zavodu var.

    Muxalifet - 20-10-2018

  11. ​Bakıda əməliyyat - Heroin satanlar tutuldu

    Bakıda külli miqdarda heroin satan şəxs yaxalanıb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki "Göyəzən" restoranında baş verib.
    Bakı şəhər sakini Mirzəyev Fərid Misir oğlunun 1 kiloqram heroini satmaq istəməsi barədə Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə məlumat daxil olub.

    Muxalifet - 20-10-2018

  12. Canlı yayında ŞOK ETİRAF: "Həyat yoldaşım ən yaxın rəfiqəmi 5 dəqiqədə...."

    Canlı yayına qoşulan qadın izləyicinin etirafı hamıənı şoka salıb.
    Türkiyənin Beyaz T kanalında yayımlanan 'Hayatta Her Şey Var' verilişində canlı yayına qoşulan qadın "Ərim ən yaxın rəfiqmi 5 dəqiqədə hamilə qoydu” deyib.
    Qadın 13 ildir evli olduğunu və 3 uşağının olduğunu dilə gətirib. Adını açıqlamaq istəməyən qadın sözlərinə belə davam edib:

    Muxalifet - 20-10-2018

  13. Branson və Heys vaqiəsi – ABŞ casusuna və narkotacirinə necə sahib çıxdı?

    2 kilo həşişlə tutulan gəncin həyatı film olub “Oskar” aldığı kimi, keşişin başına gələnlər də, yəqin ki, filmə çəkiləcək

    Heç demə, amerikalı yevangelist keşiş Endryu Bransonun Türkiyədə həbs edilməsi və ABŞ dövlətinin onun azadlığa buraxılması üçün böyük bir təzyiq kampaniyası başlatması bu iki ölkənin tarixində ilk vaqiə deyilmiş.

    Muxalifet - 20-10-2018

  14. Vaşinqton Ermənistanı niyə qorxudur –Qarabağ savaşında sülh əvəzinə işğal edilmiş ərazilər? – Təhlil

    İrina Corbenadze

    rosbalt.ru, 19.10.2018

     

    Muxalifet - 20-10-2018

  15. ​Səfail Əliyevə Prezidentin fərdi təqaüdü verilib

    Prezident İlham Əliyev Səfail Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
    Muxalifet.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi münasibətilə və dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə Səfail Məhrəməli oğlu Əliyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilir.
    Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

    Muxalifet - 20-10-2018

  16. ​Balakən xəstəxanasının gənc işçisi küçədə qəfildən ölüb

    Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.
    "Report"un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib.
    Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşrut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb.
    Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb.

    Muxalifet - 20-10-2018

  17. ​İstanbulda əməliyyat: 8 PKK üzvü yaxalandı

    İstanbulda PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
    Muxalifet.az xəbər verir ki, səhər saatlarında başlayan əməliyyat şəhərin üç müxtəlif bölgəsini əhatə edib.
    Çoxsaylı ünvanlarda əməliyyat nəticəsində PKK-nın ideoloji fəaliyyətində iştirak edən və təşkilatın adından tədbirlər həyata keçirən 8 nəfər saxlanılıb.
    Axtarış zamanı çoxsaylı ideoloji materiallar, sənədlər ələ keçirilib.

    Muxalifet - 20-10-2018

  18. Saakaşvilidən dəyənək kimi istifadə edirlər - Nino Burcanadze

    Gürcüstanda siyasi böhran hökm sürür.
    Muxalifet.az xəbər verir ki, bunu “Sputnik Gürcüstan”a açıqlamasında Gürcüstan parlamentinin eks-spikeri Nino Burcanadze deyib.
    “Hökumət bizə gördüklərimizin əslində böhran olmadığını deyir. Lakin bir neçə ay əvvəl hökumət istefaya getdi, bu isə ölkədə çox ciddi böhranın olduğunu göstərir.
    Xalqın hökumətə inamı itib. Hökumət və Gürcü Arzusu Partiyası fəlakət vəziyyətindədir. Onlar bunu anlayırlar və indi hər şeyi edirlər ki, situasiyadan çıxa bilsinlər.

    Muxalifet - 20-10-2018

  19. Ərdoğan bu gün futbol oynayacaq

    Diyarbəkir İcra Hakimiyyəti, Oxatanlar Fondu, Gənclər və İdman Nazirliyi, Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Türk Telekom-un dəstəyi, region gənclərinin incəsənət, idman və əyləncə maraqlarını təmin etmək məqsədilə futbol matçı təşkil olunacaq.
     
    Hakim Cüneyd Çakırın idarə edəcəyi futbol qarşılaşması bu gün 15.00-da başlayacaq. Keçmiş futbolçularla yanaşı, prezident Ərdoğan da matçda forma geyinəcək.
    Oyunda forma geyinəcək məşhur futbolçuların adları:

    Muxalifet3 - 20-10-2018

  20. ​Şəmkirdə ağır yol qəzası baş verib

    Şəmkir rayonunun yol qəzası baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
    Belə ki, "VAZ-2106" və "Lada Priora" markalı minik avtomobilləri toqquşub. Nəticədə Şəmkir rayonunun Zəyəm kənd sakini, 1931-ci il təvəllüdlü Hacı Musayev və Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Gülnar Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, H.Musayevin həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır. (Report)

    Muxalifet - 20-10-2018

Pages