Axtarış
The search found 105739 results in 0.124 seconds.
Search results
Sərnişinlərin NƏZƏRİNƏ: Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdirilir
Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar 19.10.2018-ci il saat 00-00-dan etibarən 31.10.2018-ci il (daxil olmaqla) saat 00-00-dək "Texniki fasilə” verilir.
Unikal.org xəbər verir ki, bununla əlaqədar olaraq 22.10.2018-ci il tarixdən etibarən 31.10.2018-ci il (daxil olmaqla) tarixinədək həftənin I-V günləri Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli dəyişdirilir.
20, 21, 27, 28/10-2018-ci il tarixlərində Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.Muxalifet - 19-10-2018
Zağulba prospektində hərəkət məhdudlaşdırılacaq
Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Avtomobil Yolları Dövlət Agentliyindən Muxalifet.az-a verilən məlumata görə, 20 oktyabr 2018-ci il tarixdə saat 8-00-dan 20-00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci km-də (Mərdəkan körpüsündən Zağulba istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıacaq.Muxalifet - 19-10-2018
Rusiya millisinin futbolçusu məhkəmədə ağladı – “Mən təhlükəli cinayətkar deyiləm…”
Bu yaxınlarda eyni gündə Moskvadakı kafelərin birində və küçədə xuliqanlıq edən və bir neçə nəfərə ağır bədən xəsarətləri yetirən Rusiya millisinin iki sabiq futbolçusu məhkəmə qarşısına çıxarılıb.
Muxalifet - 19-10-2018
MTRŞ bu şirkətin lisenziyasına XİTAM VERDİ
Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.
Muxalifet.az MTRŞ-nın rəsmi saytına istinadən məlumat verir ki, iclasda teleradio yayımı sahəsində qanunverciliyin tələblərinə teleradio yayımçıları tərəfindən əməl edilib-edilməməsi müzakirə edilib.Muxalifet - 19-10-2018
Dollar yeni həftəyə belə başlayacaq
Oktyabrın 22-ə manatın məzənnəsi açıqlanıb.
Mərkəzi Bankdan Muxalifet.az-a verilən məlumata görə, 22.10.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7000 manat səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, 2018-ci il oktyabrın 19-da da USD/AZN rəsmi məzənnəsi 1,7000 manat təşkil edib.Muxalifet - 19-10-2018
Həkim səhlənkarlığı daha bir can aldı: “Anama müdaxilə etmədilər, meyiti də ortalıqda qaldı”
Bakı şəhər sakini Nazilə Əhmədova həkim laqeydliyi səbəbindən Respublika Klinik Xəstəxanasında dünyasını dəyişib.
Muxalifet.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya mərhumun qızı Nərmin Əhmədovaməlumat verib.Muxalifet - 19-10-2018
"Pul verirdim ki, orada atama yaxşı baxsınlar" - Narkoloji Mərkəzi yandırmaqda təqsirləndirilən şəxsin oğlu
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə iclası davam etdirilib.
Muxalifet.az məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş qismində Eldəniz Cavadov ifadə verib.Muxalifet - 19-10-2018
Bakıda yeraltı qaz xəttində sızma aşkarlandı, qazın verilişi dayandırıldı
Bakıda qaz xəttində qəza hadisəsi baş verib.
Muxalifet.az Trend-ə istinadən bildirir ki, , Xətai rayonu ərazisində 160 mm-lik yeraltı polietilin qaz xəttində bir-neçə yerdə qaz sızması aşkarlanıb.
Hadisə nəticəsində Xətai rayonunun Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, İnqilab İsmayılov küçələri və "Neapol" dairəsinə qaz verilişi dayandırılıb.
Hazırda sızmanın qarşısının alınması ilə bağlı tədbirlər görülür.
Bildirilib ki, təmir işləri başa çatandan sonra gün ərzində həmin ərazilərə təbii qazın verilişi bərpa ediləcək.Muxalifet - 19-10-2018
“Putin və Tramp arasında isti münasibətlər…” – Peskov şəxsi əlaqələri açıqladı
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov federasiya başçısı Vladimir Putinin digər ölkələrin siyasi liderləri ilə şəxsi əlaqələrindən danışıb.
Muxalifet.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib:
“Dövlət başçıları arasında əlaqələrin nə qədər sıx olduğunu bilmirəm, bunun dərəcəsini ölçmək çətindir. Lakin deyə bilərəm ki, prezident heç kəsi öz milli maraqlarından imtina etməyə məcbur etmir.Muxalifet - 19-10-2018
Öldürdü, kanala atdı, sonra... - İki nəfəri güllələyən çobanla bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun Mətbuat xidmətləri Sabirabad rayonunda baş vermiş qətllə bağlı birgə məlumat yayıb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, bu il oktyabrın 14-də saat 23 radələrində Saatlı rayonu ərazisində Sərxan Mirzəyevin odlu silahdan açılmış atəş nəticəsində əlindən aldığı xəsarətlə xəstəxanaya gətirilməsi barədə daxil olmuş məlumat əsasında müvafiq tədbirlər həyata keçirilib.Muxalifet - 19-10-2018
Ermənilər ayağa qalxdı: əhali istefa tələb edir
Ermənistanın Sünik vilayətinin sakinləri etiraz aksiyalarına başlayıblar.
Muxalifet.az bildirir ki, əhali vilayətin yeni rəhbəri Hunan Poğosyanın istefasını tələb edirlər. Etirazçılar dövlətlərarsı yolu bağlayaraq, istefa çağırışları ediblər.
Qeyd edək ki, Ermənistanın sabiq polis rəisinin müavini Hunan Poğosyan Sünik vilayətinə üç gün əvvəl-oktyabrın 16-da rəhbər təyin edilib.
Muxalifet3 - 19-10-2018
Türkiyə bir erməniyə görə 700 ŞƏHİD VERDİ - ŞOK FAKT
Türkiyənin “Qurtuluş savaşı” apardığı dövrlərdə ermənilərin türk əsgərlərini yunanlara satdığı ilə bağlı tarixi faktlar ortaya çıxıb.
Muxalifet.az xəbər verir ki, türk əsgərlər yunanlıları məğlub etmək üçün Ayfonkarahisar bölgəsindəki Düztaşda mövqe tutaraq, tələ qurur. Lakin bunu öyrənən erməni kəndli məlumatı yunanlılara çatdırır.
Yunanlılar hər tərəfdən türk əsgərlərinin mövqeyinə güllə yağdırmağa başlayır. Həmin gülləbaranda 700 türk əsgəri şəhid olur. Bu gün həmin bölgədə torpağı qazarkən insan sümükləri çıxmaqdadır.
Muxalifet3 - 19-10-2018
Prezident: Dünyada mövqeyi nəzərə alınan gücə çevrilirik
Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunub, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurub. Güclü potensialımız bizə imkan verir ki, beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürüdək. Azərbaycan regionun aparıcı ölkəsi olmaqla yanaşı, dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir, qlobal məsələlərin həllinə cəlb olunur.
Muxalifet3 - 19-10-2018
Tarix İnstitutunun saytı yeni versiyada təqdim edildi
Oktyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurasının iclasında institutun veb-saytı yeni versiyada (www.tarixinstitutu.az) təqdim edilib.
Muxalifet3 - 19-10-2018
Bu ölkədə qatar relsdən çıxdı: 50-dən çox ölən var
Hindistanının Amritsar şəhərində "Dussehra" festivalını izləmək üçün toplaşan insanları qatar əzib.
Muxalifet.az xəbər verir ki, relsdən çıxan qatar 50-dən çox insanın həyatına son qoyub.
Ölü və yaralıların sayı barədə dəqiq məlumat verilməsə də, xilasetmə əməliyyatlar davam etdirilir.
Muxalifet3 - 19-10-2018
Albaniyada TAP-ın dəniz hissəsinin tikintisinə başlanıldı
Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Trans-Adriatik” (TAP) boru kəmərinin dəniz hissəsinin inşası üzrə tikinti işlərinə başlanılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, bununla bağlı keçirilən mərasimdə Albaniyanın Baş naziri Edi Rama, infrastruktur və energetika naziri Damian Gjiknuri, TAP-ın icraçı direktoru Luca Schieppati və digər rəsmi şəxslər iştirak edib.Muxalifet3 - 19-10-2018
Əsəd Putinin adamları ilə görüşdü: Təzyiq göstərirlər
Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev və xarici işlər nazirinin müavini Sergey Verşinlə görüşüb.
Muxalifet.az xəbər verir ki, tərəflər Suriyadakı vəziyyəti, həll prosesini, konstitusiya komitəsinin yaradılması və qaçqınların geri qayıdışı məsələlərini müzakirə edib.
Əsəd bəzi region ölkələrinin və bir çox Qərb ölkəsinin siyasi gedişə müdaxilə etməyi və öz istəklərini qəbul etdirmək üçün təzyiq göstərməyi davam etdirdiklərini bildirib.
Muxalifet3 - 19-10-2018
Klopp Millətlər Liqasını yenə tənqid etdi: Onlar da insandır
"Liverpul"un baş məşqçisi Yurqen Klopp UEFA Millətlər Liqası ilə bağlı növbəti açıqlama verib.
Muxalifet.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, İngiltərə Premyer Liqasında "Haddersfild"lə matç öncəsi Millətlər Liqası turniri ilə bağlı bundan əvvəl dediklərini xatırladılmasından sonra deyib:Muxalifet3 - 19-10-2018
ABŞ Putinin sözlərini təsdiqləmədi: Xəbərimiz yoxdur
İŞİD-in Suriyanın Deyr əz-Zor şəhərində çox sayda insanı girov götürməsi barədə hər hansı bir məlumata malik deyilik.
Muxalifet.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Şon Robertson deyib.
Rusiya Prezidenti Vladimir Putinin açıqlaması barədə danışan Robertson bunları deyib:Muxalifet3 - 19-10-2018
“Virtual Qarabağ”ın yeni versiyası təqdim edildi - Foto
Oktyabrın 19-da “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “virtualkarabakh.az” portalının yeni versiyasını ictimaiyyətə təqdim edib.
Muxalifet.az xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin nümayəndələri, ictimai qurumların və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.Muxalifet3 - 19-10-2018