Belçikalı diplomatın Gürcüstana girişinə icazə verilmədi... - Aİ MÜDAXİLƏ ETDİ, TİFLİS ÜZR İSTƏDİ
23-05-2025 13:51
Baxış sayı:
273

Avropa İttifaqının Gürcüstandakı nümayəndəliyinin üzvünün may ayının 21-də Tiflis hava limanından ölkəyə girişinə icazə verilməyib.
Bu barədə “TvPirveli” kanalı məlumat yayıb.
Avropa İttifaqının Gürcüstandakı səfirliyi tərəfindən “Tvpirveli” kanalına göndərilən yazılı şərhdə bildirilib ki, belçikalı diplomat Saymon Vanderbroekin Gürcüstana girişinə icazə verilməməsi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasına və digər müvafiq normalara ziddir.
Avropa İttifaqı Nümayəndəliyindən verilən məlumata görə, məsələ ilə bağlı Gürcüstan Xarici İşlər Nazirliyinə şifahi nota göndərilib.
“Gürcüstan hökuməti baş vermiş xoşagəlməz hadisəyə görə şifahi üzr istəyib”, - deyə səfirliyin məlumatında qeyd edilib.