Axtarış
The search found 105700 results in 0.187 seconds.
Search results
"Həbsimlə bağlı xəbəri Azərbaycan TV-sində gördüm... Məhkəməyə verəcəm"
Türkiyədə ictimai media hesablarından mahnı söyləyərək videolar paylaşan və bunun hesabına məşhurlaşan 23 yaşlı Simge Barankoğlu polis tərəfindən saxlanılması xəbərlərinə reaksiya verib.
Muxalifet4 - 19-10-2018
Azərbaycanda vəzifəli şəxslər qəzaya düşdü
Baləkən rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Report-a istinadən xəbər verir ki, Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 145-ci kilometirliyində qeydə alınıb.
Belə ki, Zaqatala rayonunun Bəhmətli kənd sakini, 1978-ci il təvəllüdlü Şamil Ramazan oğlu Xasməmmədov idarə etdiyi "Mercedes" markalı, 10-RE-496 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobil yolun kənarındakı ağaca çırpılıb.Muxalifet - 19-10-2018
Baş nazirin işdən çıxardığı məmurlar - DOSYE
Novruz Məmmədovun işdən çıxardıqlarından biri 1994-cü ildən NK-nın hüquq şöbəsinin müdiri olan Günəş Vəliyevadır; onların dövlət qulluğuna da xitam verilib, bəs bu hansı hallarda mümkündür?
Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.
Bu haqda baş nazir Novruz Məmmədov qərar imzalayıb.
Qərara əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.Muxalifet4 - 19-10-2018
Azərbaycanda yaşayış minimumu ARTIRILDI - 180 manat
Azərbaycanda 2019-cu il üçün yaşayış minimumunun məbləği açıqlanıb.
Bu barədə " 2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsində qeyd edilib.
Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub.
Xatırladaq ki, 2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat olub.Muxalifet - 19-10-2018
Vidadi Zeynalovun məhkəməsi yenidən təxirə salındı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə məhkəmə prosesi baş tutmayıb.
Muxalifet - 19-10-2018
Bakıda evli qadının Feysbuk macərası: "İntim şəklini göndər..." – Cinayət işi
Bakıda evli qadını şantajla pul tələb etməkdə təqsirləndirilən Astan Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Astan Əzizov 8 il azadlıqdan məhrum edilib.
İttihama görə, Astan Əzizov Sevinc Əliyevanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib.Muxalifet - 19-10-2018
Sabirabadda öldürülüb kanala atıldı - 5 gündən sonra...
Sabirabadda öldürülərək kanala atılan meyit tapılıb.
Daxili İşlər Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat tədbirləri nəticəsində oktyabrın 14-də Sabirabad rayonunun Xəlfəli kəndi ərazisində İmişli rayon sakini Aqşin Astanovun onunla birgə işləyən Bakı şəhər sakini Natiq Gülbalayevlə aralarında baş vermiş münaqişə zəminində tüfəngdən açdığı atəşlə sonuncunu qətlə yetirməsi, meyitini isə həmin kəndin ərazisindən keçən kanala atması müəyyən edilib.Muxalifet - 19-10-2018
Pompeo, Səudiyyə Vəliəhdini xilas edə biləcəkmi?
ABŞ-ın dövlət katibi Mayk Pompeo, Ər-Riyad səfərindən sonra Ankaranı ziyarət etdi.
Muxalifet3 - 19-10-2018
İran həyəcan təbili çalır
Tehranda mədəniyyət sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri ilə bir araya gələn İran prezidentinin birinci müavini Cahangiri, İranın mövcud vəziyyəti ilə bağlı çıxış edib.
Bəzi təbəqələrin israrla ölkədəki problemləri yalnız iqtisadi amillərə bağladığına diqqəti çəkən Cahangiri, bunun doğru olmadığını, İranın "mürəkkəb, çox ölçülü və təhlükəli" şərtlər içində olduğunu qeyd edib.Muxalifet3 - 19-10-2018
4 liderin İstanbul görüşünün tarixi bəlli oldu
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın, Suriya mövzusunda dördlü Zirvə görüşünün, Ərdoğanın ev sahibliyində Putin, Makron və Merkelin iştirakı ilə oktyabrın 27-də İstanbulda keçiriləcəyini bildirib.
Müxalifət.azMuxalifet3 - 19-10-2018
Terrorçubaşı Karayılanı əyləndirmək üçün gələn Alman müğənni həbs edildi
Almaniya vətəndaşı olan və Hozan Cana kod adını istifadə edən müğənni Səidə İnaç, 24 iyunda keçirilən prezident və parlament seçkiləri ilə bağlı PKK-nın siyasi qolu olan HDP-yə dəstək vermək məqsədilə Türkiyənin Ədirnə şəhərinə gəlib.
Şəhər mərkəzindəki çalışmalarından sonra Enez rayonuna gedən Səidə İnaç, qayıdış yolunda Ədirnə Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən sosial mediadakı bölgülərində terror təşkilatı PKK-nın təbliğatını apardığı iddiası ilə saxlanılıb.Muxalifet3 - 19-10-2018
Generaldan İNANILMAZ SÖZLƏR: Rusiya tezliklə SSRİ-nin...
“Rusiya Sovet İttifaqının dağılmasına gətirib çıxaran durğunluq mərhələsinə daxil olub. Düşünürəm ki, əgər prezident Vladimir Putinin belə siyasəti davam edərsə, onda Rusiyanı çətin zamanlar gözləyir Rusiya tezliklə SSRİ-nin taelyini təkrarlayacaq”.
Bunu Ukraynanın “Apostrof” nəşrinə təhlükəsizlik məsələləri üzrə ekspert, xarici kəşfiyyat veteranı, general-leytenant Vasiliy Boqdan bildirib.Muxalifet - 19-10-2018
QAŞIQÇININ ÖLÜMÜ GENERALA “YÜKLƏNİR” – ABŞ və İsrail şahzadəni xilas etmək istəyir
ABŞ-ın “The New York Times” qəzeti Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğundan vəhşicəsinə öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı yeni məlumat yayıb. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, səudiyyəli rəsmilər bu qətldən general Əhməd Əl Assirini məsul tutmağa hazırlaşırlar.
Muxalifet - 19-10-2018
Ermənistanda etiraz aksiyası - İstefa tələb edirlər
Ermənistanın Sünik vilayətinin sakinləri etiraz aksiyalarına başlayıb.
Muxalifet.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yerli əhali vilayətin yeni rəhbəri Hunan Poğosyanın istefasını tələb edir. Etirazçılar dövlətlərarsı yolu bağlayaraq, istefa çağırışları ediblər.
Qeyd edək ki, Ermənistanın sabiq polis rəisinin müavini Hunan Poğosyan oktyabrın 16-da Sünik vilayətinə rəhbər təyin edilib.Muxalifet - 19-10-2018
“Heç kimə səsyazma qeydi verməmişik” – Çavuşoğlu açıqladı
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Qaşıqçı araşdırması ilə bağlı olaraq "Araşdırmanın nəticələrini gözləyirik. Ortaya çıxan nəticələri şəffaf bir şəkildə bütün dünya ilə bölüşəcəyik. Türkiyə heç kimə səs yazısı verməmişdir. Ortada itkin düşən bir şəxs var, Türkiyədə yoxa çıxmışdır, ancaq bu, Səudiyyə Ərəbistanı konsulluğunda olmuşdur. Necə olmuşdur, nə olmuşdur, bunları araşdırmanın nəticəsində açıqlayacağıq" deyib.
Müxalifət.azMuxalifet3 - 19-10-2018
ARVADINI 150 manata satan kişilər saxlanıldı -ŞOK MESAJLAR ORTAYA ÇIXDI - FOTOLAR
Türkiyə Balıkesir şəhəri polis bölmələrinin apardığı əməliyyat nəticəsində qadın alveri ilə məşğul olan böyük dəstə üzvləri yaxalanıb.
Muxalifet - 19-10-2018
İlham Əliyev Türkiyəyə gedib
Prezident İlham Əliyev İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində iştirak etmək üçün Türkiyəyə işgüzar səfərə gedib.
Muxalifet.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İzmir şəhərinin Adnan Menderes adına hava limanında dövlətimizin başçısını yüksək vəzifəli rəsmi şəxslər qarşılayıblar.
Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Dövlətimizin başçısı türk əsgərlərini salamlayıb.Muxalifet - 19-10-2018
Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"
"Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir".
Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.
Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.Muxalifet - 19-10-2018
“TAMAM” MTK-nın NATAMAM İŞİ … – Tikinti şirkəti sakinləri çıxılmaz vəziyyətə salıb
Bakı şəhəri Şəfayət Mehtiyev küçəsi 1054 ünvanında yerləşən 18 mərtəbəli yaşayış kompleksinin sakinləri “Tamam” MTK tərəfindən çətin duruma salındıqlarını bildirirlər.
Sakinlər tərəfindən ölkə başçısına və mətbuata ünvanlanan müraciətdən görünür ki, “Tamam” MTK işini natamam görüb və sakinləri cidi problemlə üz-üzə qoyub.Muxalifet - 19-10-2018
Trampın vəkili Ermənistana gedir
ABŞ prezidenti Donald Trampın müşaviri, Nyu-Yorkun keçmiş meri Rudolf Culiani Ermənistana səfərə gedəcək. Virtualaz.org Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə özünün “Facebook” səhifəsində politoloq Suren Sarkisyan yazıb.
Politoloq onu da qeyd edib ki, Rudolf Culiani Trampın tərəfdaşı, dostu və müşaviri olmaqla yanaşı, həm də şəxsi vəkilidir.
“Yeri gəlmişkən, bu yaxınlarda Culiani Corc Sorosu “antixrist” adlandırıb. Buna görə də, təkrar edirəm ki, Soros və ABŞ bir-biri ilə qətiyyən bağlı deyillər”, - Sarkisyan əlavə edib.Muxalifet - 19-10-2018