Axtarış
The search found 105700 results in 0.103 seconds.
Search results
Pərvin Abıyevanın ağılları başdan alan rəqsi - VİDEO
Aktrisa Pərvin Abıyeva rəfiqələrini başına toplayaraq doğum gününü qeyd edib.
Muxalifet.az xəbər verir ki, səhərə qədər əylənən aktrisa gecə ərzində əsl rəqs şousu göstərib.
Rəqqasla Cənubi Amerika rəqsi ifa edən Abıyeva hərəkətləri ilə diqqətləri cəlb edib. Qırmızı geyimli libasda olan Pərvin bu rəqsini 4 günə hazırlayıb.
Aktrisanın ad günündən sözügedən görüntüləri təqdim edirik:Muxalifet - 19-10-2018
Bakıda ŞOK OLAY: Rəqqasəyə pul vermək istəyən sərxoş kişini arvadı döydü - VİDEO
Məşhur rəqqasə Aygün yenidən qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
A24.Az -a danışan rəqqasə həm iddialı, həm də atmacalı fikirlər səsləndirib. O, bu sənətdə lider olacağına dair söz də verib:
“Bu gün mən Aygün efirdə olan bütün rəqqasələri keçəcəm. Mən Fərhad Vəliyev məktəbi keçmişəm. Hansı rəqqasə belə bir məktəb keçib? Məni elə bir “canavar” hazırlayıb ki, “çaqqallar” mənə diş ata bilməz!”
Daha sonra Aygün toylarda başına gələn maraqlı hadisələrdən bəhs edib.Muxalifet - 19-10-2018
Əsgərlikdən gələn erməni gənci maşın vurub öldürdü
Ermənistanda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az Shamshyan.com saytına istinadən xəbər verir ki, hadisə İrəvanın Şiraz küçəsində baş verib.
Belə ki, “Mercedes” markaı avtomobil yolu keçən 22 yaşlı Albert Termelyanı vurub. Sürücü yaralı şəxsi xəstəxanaya aparıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd olunub ki, qəzada ölən 22 yaşlı Albert Termelyan həqiqi hərbi xidməti yeni keçib və evlərinə qayıdırmış.Muxalifet - 19-10-2018
ABŞ Qaşıqçı cinayətinin səs qeydləri ilə bağlı iddianı təkzib etdi
ABŞ-ın ABC televiziyasının bir Türk rəsmisinə əsaslandırdığı xəbərində, çərşənbə günü Ankaradakı təmasları zamanı, Səudiyyəli itkin düşən jurnalist Camal Qaşıqçı-nın öldürüldüyünə dair səs qeydlərinin ABŞ xarici işlər naziri Mayk Pompeo-ya Türk səlahiyyətliləri tərəfindən dinlənildiyi və səs qeydlərinin deşifrəsinin ona verildiyi irəli sürülüb.
Boğularaq "öldürülüb" iddiası
ABC-nin xəbərində, Qaşıqçı-nın Səudiyyənin Baş Konsulluğunda "8 dəqiqə müddətində boğularaq öldürüldüyü" iddia edilib.
Muxalifet3 - 19-10-2018
Qida Təhlükəsizliyi Agentliyinin səlahiyyətləri artırıldı
“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.
Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara görə, Azərbaycan ərazisində fitosanitar nəzarətində olan karantin obyektlərinin mühafizəsinə yönəldilmiş profilaktik tədbirlərin görülməsi, bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi və bitki karantininin tətbiq edilməsi qaydaları Qida Təhlükəsizliyi Agentliyinə həvalə edilir.Muxalifet - 19-10-2018
Məşhur aparıcı hamamda yıxıldı - Reanimasiyadadır
Məşhur aparıcı Mehmet Əli Ərbil İstanbulun Maslak səmtindəki bir xəstəxanaya aparılıb.
Bu barədə aparıcının qızı Sezin Ərbil məlumat verib. O, açıqlamasında bildirib ki, Mehmet Əli hamamda yıxılıb və vəziyyəti ağırdır.
Xəstəxanadan verilən məlumata görə sinə boşluğuna qan toplandığı üçün aparıcı əməliyyat edilib.Muxalifet - 19-10-2018
Bakı şəhər Baş Polis İdarəsində yeni təyinat
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov işdən çıxarılıb.
“Report”un məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Q.Rəhimov yaş həddi ilə əlaqədar tutduğu vəzifədən azad edilib.
Nazirin digər əmri ilə BŞBPİ-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Elşad Hacıyev təyin edilib.
E.Hacıyev bu təyinata qədər BŞBPİ mətbuat xidmətinin əməkdaşı olub.Muxalifet - 19-10-2018
Helikopter təyyarədaşıyanının göyərtəsinə düşdü – TƏHLÜKƏLİ ANLAR
Filippin dənizində “MH-60 Seahawk” helikopteri ABŞ-ın “Ronald Reyqan” təyyarədaşıyanının göyərtəsinə düşüb.
Bu haqda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinə istinadən “Stars and Stripes” nəşri yazıb.
Hadibə oktyabrın 19-da səhər saatlarında baş verib. Helikopter havaya qalxandan dərhal sonra düşdü. Hadisə nəticəsində zərərçəkənlərin olduğu bildirilir.
Təyyarədaşıyan adi rejimdə məsələlərin icrasını davam etdirdiyi xəbər verilir.Muxalifet - 19-10-2018
“SSRİ vaxtı Azərbaycanda eşşək əti yeməli ətlər siyahısında olub” – Eyyub Hüseynov
Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib. Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib. R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb: “2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.
Muxalifet - 19-10-2018
PKK-lı qadın uşaqlara cinsəl təcavüzü etiraf etdi
Terror Təşkilatı PKK-dan qaçaraq təhlükəsizlik qüvvələrinə 12 sentyabrda təslim olan G.C. adlı terrorçu qadın, təşkilata Avropadan gələrək qoşulan Fərat kod adlı terrorçunun Hakurk bölgəsində, uşaq yaşdakı bir terrorçu ilə yaşadığı sapıq intim münasibətə öz gözləri ilə şahid olduğunu qeyd edib.
Muxalifet3 - 19-10-2018
İlham Əliyev Ərdoğanla görüşəcək
Türkiyənin İzmir şəhərində inşa edilən "Star” Neft Emalı Zavodunun açılış mərasimi bu gün Bakı vaxtilə saat 15:30-da keçiriləcək.
Bu barədə Türkiyə Prezidentinin rəsmi saytında məlumat yerləşdirilib.
Qeyd edilib ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.
Mərasimdən sonra saat 17:00-da İlham Əliyevlə Ərdoğan arasında görüş olacaq.Muxalifet - 19-10-2018
İran və Rusiya Hələbdə QARŞI-QARŞIYA GƏLDİ: 85 ölü, 110 yaralı
Suriyanın Hələb şəhərində rejimə bağlı “Şebbiha” gücləri ilə İran tərəfindən nəzarət edilən şiə döyüşçülər arasında silahlı qarşıdurma baş verib.
Muxalifet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, qarət və təsir sahələrinin bölüşdürülməsi məsələləri üzrə anlaşılmazlıqla başlayan qarşıdurmada hər iki tərəfdən 85 nəfər ölüb, 110 nəfər yaralanıb.Muxalifet - 19-10-2018
“Biz şəhid olub cənnətə düşəcəyik, onlar isə sadəcə gəbərəcəklər...”
Rusiya prezidenti Vladimir Putin nüvə müharibəsi zamanı nələrin baş verəcəyi haqda danışıb və rusiyalıların yerinin “cənnət olacağını” proqnozlaşdırıb. Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, Putin “Valday” diskussiya klubunun yığıncağında çıxışı zamanı Rusiyaya qarşı nüvə silahının tətbiq edilməsi ehtimalından bəhs edib. O deyib ki, Rusiyanın nüvə doktrinasında preventiv nüvə zərbəsi nəzərdə tutulmayıb. Ona görə də bu cür silahlar ancaq cavab zərbəsi kimi istifadə edilə bilər.
Muxalifet - 19-10-2018
Trampa gözdağı, Türkiyəyə dəstək!
Avropa Birliyi ölkələrini təmsil edən 30 lider və Asiyalı 21 tərəfdaşı iki ildən bir keçirilən sammitdə görüşüb. Sammitdə Çin dövlət şurasının partiya katibi Li Keçiang da iştirak edib.
51 lider, ABŞ prezidenti Donald Trampın ayrılacağı hədələdiyi Dünya Ticarət Təşkilatına tam dəstək verdiklərini nümayiş etdirib və həmçinin iqlim dəyişikliyi ilə bağlı məsələləri müzakirə edib.
Qlobal ticarət həcminin 55 faizini təmsil edən liderlər, azad ticarəti müdafiə və hər cür proteksionist siyasətə qarşı mübarizə məsələlərini vurğulayıb.Muxalifet3 - 19-10-2018
Barmaqlarınızdakı ölçülər fərqlənirsə, lezbiyanlıq əlamətidir - FOTO
Sol işarə barmağı ilə üzük barmağının uzunluğu arasında fərq olan qadınlar lezbiyanlığa daha çox meyillidir.
Muxlifet.az BBC-yə istinadla xəbər verir ki, Esseks Universitetinin araşdırmasına görə qadınlarda sol əlindəki işarə barmağı ilə üzük barmağının uzunluğu eynidirsə, bu bədəndə hormonların normal paylanıldığına işarədir. Əgər fərqlidirsə, lezbianlığa meyilliliyi göstərir. Belə ki, onlar kişi kimi davranırlar.
Barmağın uzunluğu isə ana bətnindəykən testosteron hormonunun paylanılması ilə əlaqəlidir.Muxalifet - 19-10-2018
5 min uzunqulaq hara yoxa çıxıb? - EKSPERTDƏN SENSASİON AÇIQLAMA
"Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib".
Bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib. R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb: “2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub”.Muxalifet4 - 19-10-2018
Sürüşmə zonası - tikintiyə icazələrin verilməsinə daha ciddi nəzarət edilməlidir
Son zamanlar ölkənin bəzi ərazilərində sürüşmə prossesində aktivlik müşahidə olunur. Oktyabrın 12-də Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə baş verib. Sözügedən sürüşmə sahəsində və istinad divarının 1,0-1,3 metr aşağıya doğru hərəkət etdiyi məlum olub. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən fərdi yaşayış evlərinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.
Muxalifet - 19-10-2018
Azərbaycanda qadınlar kişilərdən çox yaşayır
"Azərbaycanda əhalinin 25,4 faizi 14-29 yaşlı gənclərdir. Azərbaycan əhalisinin gənc olması çox müsbət haldır. Amma bu, özlüyündə çağırışlar da yaradır".
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.Muxalifet - 19-10-2018
Tofiq Heydərov məmurları TƏHQİR ETDİ - “Bu şərəfsizlər tezliklə cəzalarını alacaqlar”
Dünən axşam 05 saatlarında AAAF parkın rəhbəri Tofiq Heydərov öz sosial şəbəkə profilindən müraciət yayıb. Gundeminfo.az xəbər verir ki, Heydərov AAAF Park-da vəziyyətin acınacaqlı olduğunu dilə gətirib və yaranan böhrana görə, bəzi məmurları hədələyərək onları şərəfsiz adlandırıb. Tofiq Heydərov AAAF Park-da tikinti işlərinin yarımçıq qaldığını, binaları inşa edən podratçıların işiləri dayandıraraq getməsi səbəbindən yaranan problemdən şikayətlənib.
Muxalifet4 - 19-10-2018
BU GÜN SOCAR-ın TÜRKİYƏDƏKİ “STAR” ZAVODUNUN AÇILIŞIDIR – “Belə zavod Avropada hələ tikilməyib”
Bu gün Türkiyədə “Star” Neft Emalı Zavodunun açılış mərasimi keçirilir. Bu münasibətlə keçiriləcək mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinin də iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, zavod yüz faiz Azərbaycan kapitalı ilə inşa olunub və SOCAR-a məxsusdur. Azərbaycanın Türkiyədəki ən böyük yatırımı olan zavodun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Beləliklə, prezident İlham Əliyevin daha bir meqa-layihəsi bu gün işə düşür.Muxalifet - 19-10-2018