Axtarış

The search found 105700 results in 0.09 seconds.

Search results

  1. Azərbaycan ordusunda silsilə tədbirlər - Müstəqillik günü

    Azərbaycan Respublikası Dövlət Müstəqilliyinin elan edilməsinin 27 illiyi münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.

    Muxalifet3 - 18-10-2018

  2. ​Deputatlarımız Gürcüstandakı seçkiləri müşahidə edəcək

    Mili Məclisin üzvləri oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərini müşahidə edəcəklər.
    Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə Milli Məclisin üzvü, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Əflatun Amaşov deyib.
    Onun sözlərinə görə, azərbaycanlı deputatların Gürcüstana müşahidəçi kimi göndərilməsi məsələsi ilə bağlı hazırda məsləhətləşmələr aparılır.
    Qeyd edək ki, qonşu ölkədəki prezident seçkilərini Azərbaycanın Mərkəzi Seçki Komissiyasının 4 nəfərdən ibarət nümayəndə heyəti də izləyəcək.
     

    Muxalifet3 - 18-10-2018

  3. ​Bolton və Cənubi Qafqaz: Pərdəarxası məqamlar...

    ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Cənubi Qafqaz ölkələrinə səfəri gözlənilir. O, buraya Rusiyadan gəlməlidir. Bu məqam əhəmiyyətsiz deyil. Ekspertlər hesab edirlər ki, Amerika tərəfi Rusiya ilə münasibətlərə müəyyən aydınlıq gətirəndən sonra Qafqaz dövlətlərinə nə deməyin lazım olduğunu dəqiqləşdirmək arzusundadır. Moskvada C.Boltonu ağır danışıqlar gözləyir. Onu həmkarı Nikolay Patruşev və xarici işlər naziri qəbul etməlidirlər. İstisna deyil ki, prezident Vladimir Putinlə də görüşsün.

    Muxalifet3 - 18-10-2018

  4. ​Pompeodan Qaşıqçı açıqlaması: Ərdoğan bizə dedi ki...

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qaşıqçı olayının istintaqı ilə bağlı bizə məlumat verəcəyini söylədi.
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.
    “Türklər və səudiyyəlilər Qaşıqçının yoxa çıxmasını ciddi qəbul edir. Qaşıqçı olayını ciddiyə aldığımızı həm səudiyyəlilərə, həm də türklərə bildirdik”, - deyə amerikalı rəsmi bildirib.
    Dövlət katibi Türkiyə və Səudiyyəyə etdiyi səfər barədə ABŞ prezidentini məlumatlandırdığını vurğulayıb:

    Muxalifet3 - 18-10-2018

  5. ​Nazirdən direktorlarla bağlı əmr...

    Təhsil naziri Ceyhun Bayramov “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.
    Təhsil Nazirliyindən bildiriblər ki, əmrə əsasən, “Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul və çalışmanın yaş həddinə çatmış direktorlarla əmək münasibətlərinin tənzimlənməsi Qaydaları” təsdiq edilib.
    Direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsi ilə əlaqədar Təhsil Nazirliyində müsabiqə və apelyasiya komissiyaları yaradılıb.

    Muxalifet3 - 18-10-2018

  6. Bacıların arxiv VİDEOları üzə çıxdı: utandılar - Əlində banan... - VİDEO

    Sevil-Sevinc bacılarının azyaşlı vaxtı evlərində bir yığıncaq zamanı çəkilmiş videoları "5/5"də tamaşaçılara təqdim edilib.
    Muxalifet.az xəbər verir ki, əkizlər həmin kadrları monitorda görüncə utandıqlarından əlləri ilə üzlərini tutublar.
    Sevil-Sevinc masadakı bananları mikrafon əvəzi istifadə ediblər.
    Həmin maraqlı kadrları təqdim edirik:
     

    Muxalifet3 - 18-10-2018

  7. ​Rusiyalı nazir: Mən yalnız Azərbaycan çayı içirəm

    Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri ildən-ilə möhkəmlənir, əmtəə dövriyyəsi durmadan artır. Moskva piştaxtalarına gündəlik formatda və iri həcmdə mallar daxil olur. Təcrübə göstərir ki, Moskvada Azərbaycan məhsullarını çox sevir və bəyənirlər. Ümid edirəm ki, bu malların miqdarı günü-gündən artacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə jurnalistlərə Moskva Hökumətinin naziri, Ticarət və Xidmətlər Departamentinin rəhbəri Aleksey Nemeryuk Moskvanın Tver meydanında Azərbaycan şəhərciyinin açılış mərasimində bildirib.

    Muxalifet3 - 18-10-2018

  8. ​İki Koreya dövləti arasında növbəti danışıqlar

    Şimali Koreya ilə Cənubi Koreya arasında danışıqların növbəti raundu keçiriləcək.
    Muxalifet.az xəbər verir ki, tərəflərin danışığı gələn həftəyə planlaşdırılır. Cənubi Koreyanın rəsmi dövlət orqanı bildirib ki, danışıqlar cümə günü Keson sərhədyanı şəhərində keçirilə bilər. Tərəflər Kesondakı rabitə ofisinə toplaşacaqlar.
    Nazirliyin rəsmisi əlavə edib ki, görüş təklifini Seul irəli sürüb. Hazırda Şimali Koreya tərəfinin cavabı gözlənilir.

    Muxalifet3 - 18-10-2018

  9. ​Ramanada maşın qaz borusuna çırpıldı — Ölən var

    Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
    DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 3 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində qəsəbə sakini Tehran Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub və nəticədə o, hadisə yerində ölüb.
     

    Muxalifet3 - 18-10-2018

  10. ​Sürüşmə sahəsində vəziyyət necədir?

    Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar sürüşmə sahəsindəki son vəziyyəti açıqlayıb.
    Qərargahdan daxil olan məlumata görə, saat 21:00-a olan monitorinqin nəticəsinə əsasən aktivlik dinamikası dəyişməz olaraq qalıb. Sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib. İndiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.
     

    Muxalifet3 - 18-10-2018

  11. ​Avropa Birliyindən "Breksit" açıqlaması...

    Avropa Birliyinin (AB) 27 üzvü olaraq “Breksit” müzakirələrini müsbət sferada davam etdirməyi qərara aldıq. Muxalifet.az xəbər verir ki, bu sözləri AB Şurasının rəhbəri Donald Tusk deyib. “Hazırda “Breksit” müzakirələrində ciddi irəliləyiş yoxdur”, - şura rəhbəri bildirib.

    Muxalifet3 - 18-10-2018

  12. Azərbaycanın sabiq məmurunun kürəkəninin güllələnmə anı – VİDEO

    Xəbər verdiyimiz kimi, Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.
    İş adamı İstanbulda lüks avtomobili ilə hərəkət edərkən naməlum şəxslər tərəfindən güllə atəşinə tutulub.
    Atəş nəticəsində 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
    Hadisəni törədən A.Ç və M.A.M saxlanılıb. Onlar 1 tapança və 2 ov tüfəngi ilə saat 04.00 sıralarında tutulub.

    Muxalifet3 - 18-10-2018

  13. ​ABŞ Suriyada dinc əhalini bombaladı

    ABŞ koalisiyası Suriyanın Deyr əz-Zor bölgəsində yaşayış sahələrinə aviazərbələr endirib.
    Muxalifet.az xəbər verir ki, hücumda mülki şəxslərin öldüyü və yaralandığı deyilir.
    Əlavə məlumat verilmir.
     

    Muxalifet3 - 18-10-2018

  14. ​Ukrayna Saakaşvilinin yolu ilə gedir - Putindən xəbərdarlıq

    Ukraynanın mövcud hakimiyyəti Gürcüstan torpaqlarını itirən keşmiş prezident Mixail Saakaşvilinin yolu ilə gedir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin “Valday” klubunda çıxışı zamanı deyib.

    Muxalifet3 - 18-10-2018

  15. Aksiyada saxlanılanlar var

    Bu gün ölkənin ictimai-siyasi təşkilatlarının gəncləri və bir sıra gənclər təşkilatlarının təşkilatçılığı ilə orduda əsgər ölümlərinə etiraz əlaməti olaraq keçirilən yürüş-mitinq insidentsiz ötüşsə də, yürüş-mitinqdən sonra aksiya iştirakçıları dağılışdığı zaman hakimiyyət əleyhinə şüarlar səsləndirməsi polis qüvvələrini sözün əsl mənasında qəzəbləndirib. Kütləyə hücum edən polis və mülki geyimli qoçu dəstələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.

    Muxalifet4 - 4-04-2016

  16. ​Müxalifətçi fəal başına gələnləri danışıb

    Dünən xəstəxanada peyda olan ADP-çi gənc Mirzəka Osmanlı başına gələnləri danışıb. Onun dediyinə görə Milli Şuranın 28 oktyabr 2017-ci il tarixində keçirdiyi mitinqdə iştirak etdikdən sonra polis və mülki geyimli şəxslər tərəfindən saxlanılaraq tanımadığı yerə aparılıb. Həmin yerdə 3 gün saxlanılaraq amansızcasına döyülərək işgəncələrə məruz qalıb. Huşunu itirdiyini deyən M.Osmanlı dünən xəstəxanada olduğunu görüb. Məlum olub ki, onu Yeni Günəşli tərəfdə köməksiz vəziyyətdə görən insanların köməyi ilə xəstəxanaya gətirilib.

    Muxalifet4 - 3-11-2017

  17. ​Ölkəyə qayıdan siyasi fəal saxlanılıb

    Redaksiyamıza müxalifətçi fəalın H.Əliyev adına Beynəlxalq Hava Limanında saxlanıldığı barədə məlumat daxil olub. Apardığımız araşdırma zamanı məlum olub ki, bir neçə günlüyə ölkə xaricində səyahətdə olan ADP-çi gənc Mirzəka Osmanlı 18 mart 2017-ci il tarixində axşam saatlarında H.Əliyev adına Beynəlxalq Hava Limanından polis və təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq Xəzər Rayon Polis İdarəsinə aparılıb.

    Muxalifet4 - 22-03-2017

  18. ​Fləşmob keçirmək istəyən gənclər basqına məruz qalıb

    Bir qrup müxalifətçi gənc fəalın Bakı şəhərinin mərkəzində təşkil etmək istədikləri fləşmobun qarşısı alınıb. Belə ki, ADP-çi gənclər Cavad İsmayılov, Coşğun Qurbanov, Füzuli Babaşov və Mirzəka Osmanlı fləşmob keçirmək üçün hazırlıq işləri görərkən onların olduğu mənzilə mülki geyimli şəxslər tərəfindən basqın olub.

    Muxalifet4 - 21-11-2017

  19. ​Rusiyada qırıcı suya düşdü: Pilotlar axtarılır...

    Rusiyanın Krasnodar vilayətində təlim uçuşu zamanı L-39 qırıcısı qəzaya uğrayıb.
    Muxalifet.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin İnformasiya və Kütləvi Kommunikasiya Departamenti məlumat yayıb.
    Bildirilib ki, qırıcı Doljanskaya yaşayış sahəsi yaxınlığında suya düşüb.
    Hazırda xilasedicilər pilotların axtarışı ilə məşğuldur.
    İlkin ehtimala görə, qəzaya səbəb texniki nazaslıq olub.
     

    Muxalifet3 - 18-10-2018

  20. ​İran narahatdır: Təhlükəli şərtlərin içindəyik...

    İran qarmaqarışıq, çox səpkili və təhlükəli şərtlər içindədir.
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran prezidentinin birinci müşaviri İshaq Cahangiri deyib.
    O bildirib ki, ölkədə mövcud olan problemləri sırf iqtisadi əsaslarla əlaqələndirmək doğru deyil:
    “İstər daxildə, istər xaricdə millət və dövlətə qarşı təxribat törətmək istəyən qüvvələr var”.
     

    Muxalifet3 - 18-10-2018

Pages