Axtarış
The search found 105700 results in 0.12 seconds.
Search results
Krımdakı terrorda ölənlərin sayı 20-yə yüksəldi
Krımın Kerç şəhərindəki texnikumda baş verən terror hücumu zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
Bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirənlərdən 15-i tələbə, 5 nəfər texnikumun əməkdaşı olub. Yaralıların sayı isə 50 nəfərə yaxındır. Onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, ötən gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov tərəfindən törədilib.Muxalifet - 18-10-2018
Aşıq Zülfiyyənin oğlu Babək pul verdiyi şəxsi axtarır: “Sənin belini... ”
Aşıq Zülfiyyənin oğlu, müğənni Babək Quluzadə sosial şəbəkədə müzakirələrə səbəb olan status paylaşıb. İfaçının oğlu bildirib ki, tanımadığı şəxs onu aldadıb: “Məni hər yerdə görmək mümkündür. Məsələn, avtobusda, metroda, taksidə. Mən bəziləri kimi insanlardan qaçmıram. Amma bu o demək deyil ki, hər dəfə məni yolda görəndə əlində xəstə uşaq şəkli ilə gəlib məndən pul istəyəcəksiz. Belə şeylər etməyin, inandırıcı gəlmir. Keçən dəfə metroda bir ağsaqqal yaxınlaşdı və məni tərifləməyə başladı. Sonda dedi ki, rayona getməyə imkanım yoxdur, kömək elə. Mən də kömək etdim.
Muxalifet - 18-10-2018
Qaşıqçı cinayətini Türkiyənin üstünə yıxmaq istəyirlər
2 oktyabr tarixində itkin düşən və Səudiyyə Konsulluğunda öldürüldüyü demək olar dəqiqləşən jurnalist Camal Qaşıqçı haqqında aparılan istintaqda Səudiyyə Ərəbistanı məsum rolunu oynamağa davam edir.
“Vaşinqton Post”-un Səudiyyə Ərəbistanlı müəllifi jurnalist Camal Qaşıqçı, 2 oktyabr tarixində İstanbuldakı Səudiyyə Konsulluğuna nikah əməliyyatları üçün girmiş, bir daha da oradan çıxmayıb.Muxalifet3 - 18-10-2018
Azərbaycanın “İQLA” zenit-raket kompleksləri hədəfləri BELƏ VURDU - VİDEO
Muxalifet - 18-10-2018
Eldar Əzizov bu qurumun fəaliyyətini DAYANDIRDI
Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov quruma daxil olan idarələrdən birinin fəaliyyətini dayandırıb.
Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib.Muxalifet - 18-10-2018
Oqtay Şirəliyevdən yeni TƏYİNAT
Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi işdən çıxarılıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova Open.az-a açıqlamasında bildirib ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun yerinə Abbas Səhhət adına 1 saylı Gəncə şəhər Xəstəxanasının baş həkimi Nazim Məmməd oğlu Əhmədov təyin edilib.Muxalifet - 18-10-2018
Lirə bahalaşmaqda davam edir
Türkiyədə milli valyutanın bahalaşması tendensiyası davam edir.
“Report” xəbər verir ki, hazırda qonşu ölkədə ABŞ dollarının məzənnəsi 5,53-5,54 lirə civarında dəyişir.
Bu isə ötən günün yekunu ilə müqayisədə 5-6 lirə azdır.
Türkiyədə avro da ucuzlaşmaqdadır. Hazırda Avropa valyutasının məzənnəsi 6,39-6,4 lirə civarında dəyişir. Bu isə ötən günün yekununa nisbətən 4-5 lirə azdır.
Türkiyədə xarici valyutalar bu qiymətə sonuncu dəfə bu il avqustun əvvəllərində dəyişdirilib.Muxalifet - 18-10-2018
Səudiyyənin 7 klanı gizli toplandı: ŞAHZADƏ SALMAN DEVRİLİR
Jurnalist Camal Qaşıqçının itməsi ilə bağlı Ər-Riyada təzyiqlərin güclənməsi, kral ailəsini vəliəhd şahzadə Məhəmməd bin Salmanın xələfini axtarmağa məcbur edib.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Le Fiqaro” qəzeti etibarlı mənbəsinə istinadən yayıb. Məlumata görə, 7 əsas klanı birləşdirən Müdriklər Şurası artıq bir neçə gündür gizli iclas keçirir:
Muxalifet4 - 18-10-2018
“Könül Cabbarı yanımıza göndərdi ki...” – Coşqun Rəhimov
ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonaqları "Bu Şəhərdə” komandasının üzvləri ssenarist Müşviq Abbasov və əməkdar artistlər Coşqun Rəhimovla Rafael İsgəndərov olub.
Muxalifet.az xəbər verir ki, Coşqun Rəhimov parodiya edərkən ən çox neqativ enerji aldığı məşhurdan danışıb:Muxalifet - 18-10-2018
Çökən yol şirkət tərəfindən bərpa olunur
Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, bərpa işləri ötən gecədən başlayıb: “Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq”.
Muxalifet - 18-10-2018
Pult üstündə qardaşını öldürənə 17 il həbs verildi
Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevə hökm oxunub.
Muxalifet.az verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet - 18-10-2018
F-35 döyüş təyyarələrində daha bir böhran! Dayandırıldı
F-35 Birləşmiş Proqram Ofisi (Joint Proqram Office) Kral Hava Qüvvələrinə aid F-35b Lightning II təyyarələrində detallı bir araşdırma həyata keçirib. Bu yoxlama nəticəsində beş ədəd F-35b Lightning II-nin yanacaq balonu dəyişikliyi tələb etdiyi müəyyən edilib. Problem olmayan təyyarələrin uçuşlarının davamına qərar verilərkən problemli təyyarələrin uçuşları isə dayandırılıb.
Birləşmiş Krallıq, F-35b Lightning II təyyarələrində aparılan araşdırmalarda problem aşkar edildiyini açıqlayıb.Muxalifet3 - 18-10-2018
Müsəlman türk uşaqları ailələrindən zorla alınaraq… – SİNCAN CƏHƏNNƏMİ
Beynəlxalq İnsan Haqlarını Müşahidə Missiyası (HRW) Şərqi Türküstanla bağlı yeni hesabatını yayımlayıb. Hesabatda Çinin bölgədə yaşayan uyğurlara qarşı həyata keçirdiyi yeni irqçi proqramı haqda məlumat yer alıb.
Təhsil düşərgələrindəki uyğur uşaqların zorla dövlət yetimxanalarına yerləşdirildiyi məlum olub.Muxalifet - 18-10-2018
İrandan Camal Qaşıqçı açıqlaması!
İran Məclisinin sədri Əli Laricaninin müavini Hüseyn Əmir Abdullahiyan, itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı ilə bağlı açıqlama verib.
İran Məclisinin sədr müavini Hüseyn Əmir Abdullahiyan, Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın öldürüldüyü iddialarının gözləntilərdən uzaq olmadığını, ancaq bu məsələdə Türkiyənin hadisəylə bağlı araşdırmasının nəticəsini gözləyəcəklərini söyləyib.Muxalifet3 - 18-10-2018
Ebru Gündeş Azərbaycanın Müstəqillik Gününü belə təbrik etdi - VİDEO
Türkiyənin məşhur müğənnisi Ebru Gündeş Azərbaycanın Mütəqillik Gününü təbrik edib.
Muxalifet.az xəbər verir ki, noyabrın 3-də ölkəmizdə solo konsert verməyə hazırlaşan sənətçi "İnstagram" heabında səsləndirdiyi Azərbaycan xalq mahnısının videosunu paylaşıb və bu sözləri yazıb: "Qardaş ölkə Azərbaycan, 27-ci Müstəqillik Günün mübarək olsun. Noyabrın 3-də görüşərik".
Qeyd edək ki, uzun illərdən sonra Bakıda konsert verəcək E.Gündeş gecədə repertuarında yer alan sevilən mahnılarını səsləndirəcək.
Gülnar Qafarlı
Muxalifet4 - 18-10-2018
Hüseyn Abdullayevin anası ilə bağlı daha bir qərar: EV DUSTAQLIĞININ VAXTI UZADILDI
Milli Məclisin sabiq deputatı, sonradan Almaniyaya mühacirətə gedən və Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha iki ay uzadılıb.
Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının ev dustaqlığının uzaldılaması ilə bağlı təqdimatına baxılıb.
Məhkəmə təqdimatı təmin edib və Zeynəb Abdullayevanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri daha iki ay uzadılıb.Muxalifet - 18-10-2018
“ABŞ-ın bəyanatları Ermənistanda çox böyük təsirə malikdir” – ELDAR NAMAZOV
Ermənistanda diplomatik missiyasını başa vuran amerikalı səfir Riçard Millsin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı çıxışı son günlər erməni mətbuatını zəbt edib. Bundan əvvəl də ATƏT-in Misk Qrupunun həmsədri kimi fəaliyyətinin son günündə Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 6 elementi ictimaiyyətə açıqlamışdı.
Maraqlıdır ki, ABŞ diplomatları Qarabağ münaqişəsinin həlli ilə bağlı xüsusi əhəmiyyət kəsb edən ədalətli bəyanatları adətən öz fəaliyyətlərinin son günlərində səsləndirirlər.Muxalifet4 - 18-10-2018
Gədəbəydə at oğrusu tutuldu
Gədəbəydə at oğrusu saxlanılıb.
DİN-dən Muxalifet.az-a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 18-də rayon sakini Tural Nəsibovun 1 baş inəyini oğurlamaqda şübhəli bilinən Aslan Tağıyev saxlanılıb.
Saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2017-ci ilin iyun-iyul aylarında daha 3 nəfərə məxsus 5 baş atı kəndin otlaq sahəsindən oğurlaması da müəyyən edilib.Muxalifet - 18-10-2018
Rəis maşını aşırdı, ÖZÜ ÖLDÜ: içkili imiş və... - ŞOK TƏFƏRRÜAT
Dünən Cəlilabad rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Muxalifet - 18-10-2018
Meyvezer Həbiblə döyüşə razılaşdı: indi nə olacaq? - FOTO
5 çəki dərəcəsində 12 qat dünya çempionu, əfsanəvi amerikalı boksçu Floyd Meyvezer dağıstanlı Həbib Nurməhəmmədovla döyüşə razılıq verib. Lakin "Məğlubedilməz Floyd"un şərtləri var.
Muxalifet.az ABC-yə istinadən bildirir ki, Meyvezerin sözlərinə görə, UFC çempionu Həbib Nurməhəmmədovla görüşməyə hazırdır, lakin bu qarşılaşma boks qaydaları əsasında olmalıdır.Muxalifet - 18-10-2018