Axtarış
The search found 105700 results in 0.144 seconds.
Search results
Novruz Məmmədov iki şöbə müdirini işdən çıxardı
Nazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.
Muxalifet.az "Report”a istinadən xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.
Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib.Muxalifet - 18-10-2018
Əfqanıstanda NATO-nun konvoyuna hücum edildi
Əfqanıstanın şimalında intiharçı-kamikadzenin NATO konvoyuna hücumu nəticəsində 2 mülki şəxs ölüb, 2 mülki şəxs və 3 hərbçi yaralanıb.
“Report” xəbər verir ki, bunu Pərvan rayonunun polis rəisi Mahfuz Vəlizadə deyib.
Bildirilib ki, hadisə konvoy NATO-nun Baqramdakı hərbi bazasının yaxınlığından keçərkən baş verib.
NATO rəsmiləri məsələ ilə bağlı açıqlama verməyiblər.
Hücumun məsuliyyətini üzərinə götürən “Taliban” isə hadisə nəticəsində ABŞ-ın 3 hərbçisinin öldüyünü bildirib.Muxalifet - 18-10-2018
Qərargah: Sürüşmə fərdi tikililərə doğru irəliləyir
Badamdarda sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Muxalifet.az-a verilən məlumata görə, sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur.
Bunun nəticəsində sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib.Muxalifet - 18-10-2018
Şəxsiyyət vəsiqəsini dəyişdi - Yeni deyil, köhnə verdilər
Daha bir vətəndaş yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı problemlə üzləşib.
O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bir neçə gün əvvəl 25 yaşı tamam olduğu üçün Yasamal "ASAN xidmət" mərkəzinə müraciət edərək şəxsiyyət vəsiqəsini dəyişmək istəyib. Vətəndaş 3 gün sonra vəsiqəsini alan zaman ona yeni nəsil yox, ənənəvi şəxsiyyət vəsiqəsini təqdim ediblər və 3 günə yeni nəsil vəsiqələrin hazır olmadığı qeyd edilib.Muxalifet - 18-10-2018
QAZİLƏRİN ŞƏHİDLİYİ - Etimad bundan sonra ruhu ilə döyüş səngərində öz yerini tutacaq
(Nekroloq əvəzi elegiya)
Hər işi yaxşı başlamaq asan, amma hər işi yaxşı qurtarmaq çətindir. Həyat da bir işdir, həm də insanın bu dünyada gördüyü bütün işlərin məcmusudur. Bir insanın necə yaşadığını - milləti, xalqı, dövləti üçün nələr etdiyini aydınlaşdırmaq üçün onun bioqrafiyasını dəqiq bilmək vacib deyil. Həyatını necə başa vurduğunu bilmək kifayətdir. Çünki ölüm həyatın son akkordudur...
Muxalifet4 - 18-10-2018
Azərbaycan baş nazirinin keçmiş müavininin kürəkəni belə güllələndi - VİDEO
İstanbulun Beykoz məhəlləsində lüks avtomobilində silahlı hücuma məruz qalan Azərbaycan baş nazirinin keçmiş müavini Musa Məmmədovun kürəkəni Mustafa Erkin Kahramana silahlı hücumun videogörüntüləri ortaya çıxıb. Virtualaz.org xəbər verir ki, bu barədə “Sözçü” qəzeti məlumat yayıb.
Kadrlardan görünür ki, iş adamı ağ rəngli BMV X6 markalı avtomobilin sükanı araxsına keçəndən az sonra killer ona yaxınlaşır. Qapını açmaq istəyir, lakin qapı açılmır. İş adamına avtomobilin pəncərəsindən bir neçə dəfə atəş açaraq qaçır.
Muxalifet - 18-10-2018
QƏRB YENİ TƏCRÜBƏYƏ AZƏRBAYCANDAN BAŞLADI - “Bizdən oğurlanan pulları özünə götürdü”
Vahid Əhmədov: “. O pulu onlar onsuz da oğurluq-doğurluq əldə ediblər, Azərbaycana gətirilsinlər, iqtisadiyyata yatırılsın”
Muxalifet - 18-10-2018
TRAMP BOLTONU CƏNUBİ QAFQAZA NİYƏ GÖNDƏRİB? –Müşavirin Bakı, Yerevan və Tiflisə səfəri çoxlu suallar yaradıb – TƏHLİL
İrina Corbenadze
rosbalt.ru, 17.10.2018
ABŞ prezidentinin milli təhlükləsizlik üzrə müşaviri Azərbaycan, Ermənistan və Gürcüstanı nə ilə hədələyəcək və Moskvadan nə qoparmağa başlayacaq? Bolton buna qədər Ukraynada təkcə ölkə rəhbərliyi ilə təmasda olmamaqla nəsə “axtarıb”.
Muxalifet - 18-10-2018
"Kürəkənim Fransada yaşayır, toy isə..." - Dilarə Əliyeva
"İdmanla məşğulam, sağlam qidalanıram, çoxlu su içirəm, hər gün 12 kilometr bulvarda yürüş edirəm. Çox nadir hallarda olur ki, yürüşə çıxa bilmirəm. Amma artıq 4 ildir ki, bunu edirəm".
Muxalifet.az xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa son günlər arıqlığının çox müzakirə edildiyini söyləyib:
"O qədər də çox çəki atmamışam. Ümumilikdə 7 kiloqram çəki atmışam. Əslində həmişə olduğumdan artıq çəkidə görünürdüm. İndi idmanla məşğul olduğum üçün bədənim yığılıb".Muxalifet - 18-10-2018
Bakıda DƏHŞƏT: "Arxamca liftə soxularaq, mənə..." - Video
"Mən bloka daxil olub, liftə mindim. Bu zaman bibim oğlu mənim arxamca liftə soxularaq, mənə 4-5 bıçaq zərbəsi vurdu. Əgər, lift bağlanmasaydı, bəlkə də mən ölmüşdüm”.
Muxalifet.az xəbər verir ki, bu sözləri musavat.com-a bibisi oğlu tərəfindən bıçaqlanan Qarayeva Qəmər Vaqif qızı deyib.
O, deyib ki, bibisi oğlu Cəfərov Elyas Azər oğlu tərəfindən bıçaqlanandan sonra əməliyyat olunub.
30 yaşlı Qəmər Qarayevə bibisi oğlu ilə pul üstündə mübahisə etdiklərini bildirib:Muxalifet - 18-10-2018
21 nəfəri öldürməzdən bir neçə dəqiqə əvvəl – Qatilin SON VİDEOSU
Krım yarımadasının Kerç şəhərində Texnologiya Kollecində terror aktını törədən şəxsin hadisədən bir neçə dəqiqə əvvəl çəkilən görüntüləri ortaya çıxıb. “Mash” teleqram kanalı müşahidə kameraları tərəfindən qeydə alınan videonu yayıb. Kadrlarda görünür ki, Vladislav Roslyakov qara geyimdə və qara çanta ilə kollecin ərazisi üzrə gedərək binaya girir. Xatırladaq ki, ötən gün törədilən terror aktında 21 nəfər həlak olub, 50 nəfər yaralanıb. 22 yaşlı Vladislav Roslyakov kollecin dördüncü kursunda oxuyurdu. O, partlayışdan sonra intihar edib.
Muxalifet - 18-10-2018
Türkiyə Baş prokurorluğundan kritik “Qaşıqçı” açıqlaması!
İstanbul Baş Prokurorluğu, “İstintaq (Qaşıqçı) beynəlxalq hüquq və müqavilə müddəalarına riayət edilərək bütün ölçüləri ilə aparılır. İstintaq prosesində, irəliləyən mərhələlərdə lazım olduğu təqdirdə ictimaiyyətə açıqlamalar veriləcəkdir” deyə bəyan edib.
Hiss olunur ki, Baş Prokurorluğun açıqlaması informasiya kirliliyinə yönəlik açıqlamadır. Həm də bu açıqlamanı müəyyən dairələrə, o cümlədən Səudiyyə rejiminə və havadarlarına yönəlik bir xəbərdarlıq da hesab etmək olar.
Müxalifət.azMuxalifet3 - 18-10-2018
Bütün dünyanın danışdığı adam: “2045-ci ildən gəlmişəm” — VİDEO SÜBUT
2045-ci ildən gəldiyini deyən şəxsin görüntüləri sosial şəbəkədə rezonansa səbəb olub.
Gələcəkdən gələn qonaq olduğunu iddia edən şəxs əlindəki video çarxı da sübut kimi göstərib. O, gəldiyi ildə süni intellektin qlobal hökuməti idarə etdiyini və gələcəkdə dövlətlər deə bir məhfumun olmayacağını söyləyib.Muxalifet - 18-10-2018
Bakıda daş karxanasında FACİƏ: çilingər öldü
Bakıda daş karxanasında ölüm hadisəsi baş verib.
Muxalifet.az open.az-a istinaden xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən daş karxanasında qeydə alınıb. Orada çilingər işləyən, Yardımlı rayon sakini, 1965-ci il təvəlüdlü Abidin Ağamir oğlu Əzimov daş kəsən kombaynın mişarını itiləyərkən itiləmə daşı sınıb və onun bir parçası A. Əzimovun sinəsinə dəyib. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.Muxalifet - 18-10-2018
81 nəfərin edamı üçün cəllad axtarılır – 50 NƏFƏR MÜRACİƏT EDİB, AMMA...
Zimbavedə 81 nəfərin edam edilməsi üçün cəllad axtarılır.
“CNNTurk” xəbər verir ki, sonuncu cəllad 2006-cı ildə pensiyaya çıxıb.
Məlumata görə, 2005-ci ildən indiyədək 81 nəfərin ölüm hökmünün icrası cəllad olmaması səbəbindən təxirə salınır.
Artıq Zimbabve Ədliyyə Nazirliyi cəllad müsabiqəsi elan edib. İş üçün 50 nəfərin müraciət etməsinə baxmayaraq, onların göstəriciləri uyğun gəlməyib. Ölüm hökmünün icrasını gözləyənlər 21 yaşdan kiçik və 70 yaşdan böyükdürlər.Muxalifet4 - 18-10-2018
Türk polisi Belqrad meşəsində Qaşıqçının cəsədini axtarır
Polis itkin düşən jurnalist Camal Qaşıqçı-nın izini Belqrad meşəsində axtarır. Meşəyə giriş çıxışa aid təhlükəsizlik kamera görüntülərinin hamısı toplanıb.
Qaşıqçının itkin düşdüyü gün konsulluqdan çıxan avtomobillərin Belqrad meşəliyinə getmə ehtimalı üzərində istintaq qrupu kamera qeydlərini toplayıb və meşədə araşdırma aparıb.
Kamera qeydlərinin araşdırılmasın sonra polisin bir dəlil tapa biləcəyi ehtimalı üzərində dayanılır.
Müxalifət.azMuxalifet3 - 18-10-2018
"Beşiktaş" Azərbaycanın müstəqillik gününü təbrik etdi - FOTO
Türkiyənin "Beşiktaş" klubu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü münasibəti ilə sosial şəbəkə hesablarında təbrik statusları paylaşıb.
Muxalifet.az xəbər verir ki, Azərbaycan və Türkiyə bayraqlarının birgə paylaşıldığı şəkildə "18 oktyabr 1991. Qardaş Azərbaycanın Müstəqillik Günü mübarək olsun. Tək millət, iki dövlət" sözləri qeyd edilib.Muxalifet - 18-10-2018
Putindən son dəqiqə açıqlaması!
Rusiya prezidenti Vladimir Putin təcili açıqlama verib. Putin, “Terrorçular Fəratın cənubunda bəzi ABŞ vətəndaşlarını girov götürüb” deyib.
Müxalifət.azMuxalifet3 - 18-10-2018
Azərbaycanda DƏHŞƏTLİ OLAY: Əmisinin gəlinini qaçıran evli kişiyə belə işgəncə verdilər - VİDEO
Azərbaycanda əmisi oğlunun həyat yoldaşını qaçıran gənc oğlan gəlinin qohumları tərəfindən tutularaq işgəncələrə məruz qalıb.
Muxalifet.az xəbər verir ki, A24.az-ın əldə etdiyi məlumata görə, əmisinin gəlini ilə eşq yaşayan gənc oğlan bir müddət əvvəl öz həyat yoldaşından boşanıb. Daha sonra isə əmisi oğlunun arvadını qaçırıb.Muxalifet - 18-10-2018
Polis soyğunçunu “iş başında” yaxaladı
Polis əməkdaşları xidmətdən kənar vaxtı belə ictimai qaydanın qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə fəallıq göstərirlər.
Muxalifet - 18-10-2018