Axtarış

The search found 105700 results in 0.111 seconds.

Search results

  1. ​Cəlilabadda faciə: İki nəfər UÇQUN altında qaldı

    Cəlilabad rayonunda fəhlə tikinti sahəsində uçulan divarın altında qalıb ölüb.
    Muxalifet.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Şıxlar kəndi ərazisində baş verib.
    Rayonun Komanlı kənd sakinləri, 1988-ci il təvəllüdlü İsmayılov Emin Cəbrayıl oğlu 1995-ci il təvəllüdlü Əbilov Ruslan Xosrov oğlu ilə birlikdə Şıxlar kəndində Quliyeva Sevil Mansur qızına məxsus həyətyanı sahədə yarımçıq tikilini sökərkən divar onların üzərinə aşıb.
    Hər iki yaralı xəstəxanaya yerləşdirilsə də, E.İsmayılov xəstəxanada ölüb.

    Muxalifet - 18-10-2018

  2. ŞOK: ​III Dünya müharibəsinin başlayacağı vaxt bilindi – ABŞ ordusu bu tarixdə...

    Praktik olaraq Amerika hərbi qulluqçularının yarısı əmindir ki, ABŞ növbəti ildə genişmiqyaslı müharibəyə cəlb ediləcək.
    Muxalifet.az xəbər verir ki, bunu “Military Times” portalı tərəfindən dərc edilmiş sorğunun nəticələri göstərir.
    Rəyi soruşulanların 46 faizi əmindir ki, genişmiqyaslı toqquşma 2019-cu ildə olacaq. 2017-ci ildə isə belə düşünənlərin sayı cəmi 5 faiz idi. Respondentlərin 50 faizi güman edir ki, ABŞ hərbi münaqişədə iştirak etməyəcək. Qalan 4 faiz hərbçi isə cavab verməkdən çəkinib.

    Muxalifet - 18-10-2018

  3. ​"Röyanı çox qınamışam, tez böyüdü" - Roza

    6 ildir heç bir sənət dostuma, insanlara inanmıram. Belə bir yol seçdim ki, ancaq özümə inanacam. Hətta övladlarımla sirr bölüşmürəm ki, sonra onlardan şübhələnməyim.
    Muxalifet.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli "Hər şey daxil" verilişində deyib. İfaçı əməkdar artist Röya Ayxanla bir vaxtlar dost olduğunu söyləyib:

    Muxalifet - 18-10-2018

  4. ABŞ-ın xaraba qoyduğu Rakka-da minlərlə cəsəd çıxarılır

    Rakka, 17 oktyabr 2017-də ABŞ-ın hava dəstəyi ilə terror təşkilatı YPG/PKK tərəfindən İŞİD-dən ələ keçirilmişdi.
     
    Ötən bir ildə şəhərdə bir çox kütləvi məzarlıqlar aşkar edilib.
    Toqquşmalarda həyatını itirən mülki insanların ailələrinin müraciətindən sonra açılan məzarlardan fövqəladə vəziyyətdə basdırılmış çox sayda cəsəd yenidən çıxarılır. Yaxınları, cəsədləri İslami üsullara uyğun dəfn olunmaq üçün qəbiristanlıqlara aparır.
     
    Kütləvi məzarlardan indiyə qədər təxminən 3 min cəsəd çıxarılıb
     

    Muxalifet3 - 18-10-2018

  5. ​Ərəblər Azərbaycanda lüks istirahət edirlər

    Azərbaycana Yaxın Şərq ölkələrindən gələn turistlər bahalı otellərə, lüks istirahətə, dadlı yeməklərə daha çox üstünlük verirlər.
    Bunu Azərbaycan Turizm Bürosunun Beynəlxalq bazarların idarə olunması departamentinin direktoru Sevinc Zeynallı deyib. 

    Muxalifet - 18-10-2018

  6. Zərdabın Maliyyə İdarəsinin rəisi haqda ŞOK İDDİA - Sakit Məmmədov cinayət yoluyla dövlətin pulunu mənimsəyir, Namiq Süleymanov isə..."

    Zərdab şəhər M.Xəlilov küçəsi ev 14-də yaşayan Mirzəyev Rövşən Cəfər oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımızı vasitəsilə pezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Cənab Prezident! Mən Zərdab şəhərində yaşayan Mirzəyev Rövşən Cəfər oğlu, yazıb sizə bildirirəm ki, Zərdab rayon Maliyyə İdarəsinin rəisi vəzifəsini icra edən Məmmədov Sakit İfrat oğlu cinayət yoluyla dövlətin əmlakını mənimsəyir. Özbaşınalıq edərək Sakit Məmmədova bu işdə havadarlıq edən Maliyyə Nazirliyi Aparatının rəhbəri Namiq Süleymanovdur. Hörmətli Prezident!

    Muxalifet4 - 18-10-2018

  7. “Ermənistan Amerikanın sanksiyaları altına düşə bilər” – POLİTOLOQ

    “Ermənistanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də. Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil. Bu sözləri “EVN Report”a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.

    Muxalifet4 - 18-10-2018

  8. ​ABŞ müttəfiqlərini bombardman etdi: 6 ölü, 15 yaralı

    ABŞ-ın Hərbi Hava Qüvvələri Suriyanın Deyr-ez-Zor əyalətində PYD (PKK terror qruplaşmasının Suriya qolu –red.) güclərinə səhvən aviazərbələr endirib.
    Muxalifet.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda hərbi-diplomatik mənbə bildirib.
    Nəticədə 6 döyüşçü həlak olub, daha 15-i yaralanıb. Bombardmanda iki “F-15” qırıcısı iştirak edirdi.
    Qeyd edək ki, PYD Suriyada ABŞ-ın əsas müttəfiqi hesab edilir.

    Muxalifet - 18-10-2018

  9. Qəbiristanlıqda özünü asan 18 yaşlı qız intiharını nişanlısına izlətdi - VİDEO - FOTO

    Türkiyənin Burdur vilayətində məzarlıqda özünü asaraq intihar edən 18 yaşlı Başak A. intiharını canlı yayımda nişanlısına izlədib.
     
    Milli.Az Haberler-ə istinadən xəbər verir ki, dünən özünü asan universitet tələbəsi Başak A.-nın (18), intiharını Hatayda yaşayan nişanlısı Hakan O.-ya mobil telefonuyla canlı yayımda izlətdiyi iddia edilir.

    Qızlarının intihar xəbəri ailəsini yasa boğub.

    Videonu izləmək üçün şəklə klikləyin:

    Muxalifet4 - 18-10-2018

  10. ​Sabah Bakıda 22 dərəcə isti olacaq

    Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Muxalifet.az-a verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 14-17, gündüz 19-22, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.

    Muxalifet - 18-10-2018

  11. Gürcüstanda heç bir namizəd prezidentlik iddiasından çəkilmədi

    Seçkilərdə bülletendə 25 namizədin adı olacaq Gürcüstan Mərkəzi Seçki Komissiyasında (MSK) 25 nəfərin prezidentliyə namizədliyi rəsmi qeydiyyata alınıb. Bu barədə Gürcüstan MSK-nın mətbuat katibi Anna Dolidze məlumat verib. O deyib ki, mövcud qanunvericiliyə görə, prezidentliyə namizədlər səsverməyə 12 gün qalanadək, yəni oktyabrın 16-da öz namizədliyini geri götürə bilərdi. Lakin 16 oktyabradək namizədlərin heç biri müvafiq məsələ ilə bağlı MSK-ya müraciət etməyib. Odur ki, seçki bülleteninə 25 namizədin hamısının adı daxil ediləcək.

    Muxalifet4 - 18-10-2018

  12. Krım faciəsinin dəhşətləri – 3 günlük matəm elan edildi

    Dünən Krımdakı bir məktəbdə baş verən partlayış səsi və sonra baş verənlər dünyanı dəhşətə salıb. Şəxslər əvvəlcə hadisənin terror aktı olduğunu bildirsə də, keçən zaman gerçəkləri ortaya çıxarıb.
     

    Muxalifet3 - 18-10-2018

  13. Xaricə daşınan korrupsiya pulları təhlükədə

    Vahid Əhmədov: “O vəsaitlər kənarda saxlanmayıb Azərbaycana gətirilsin, qanunsuz işlərə deyil, iqtisadiyyata yatırılsın”

    Ötən bir ildə yaşananlar göstərir ki, korrupsiya yolu ilə əldə edilən pullar təhlükə qarşısındadır. Uzun illər boyu Avropa bankları xüsusilə postsovet ölkələrindən daşınan milyardlar üçün təhlükəsiz məkan olub.

    Muxalifet4 - 18-10-2018

  14. ​Rusiya NATO-nun Azova girişinə imkan vermədi

    Ukrayna və NATO Azov dənizində təlim keçirə bilməz.
    Bunu “RT Frans”a müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, təlimin keçirilməsi üçün mütləq Rusiyanın razılığı lazımdır:
    “NATO-nun Rusiya sərhədində fəaliyyəti provokativ xarakter daşıyır. Ukrayna indi Azov dənizində təlim keçirtmək istəyir, amma buraya artıq keçmək mümkün deyil. Ukrayna ilə olan razılığımız Azov dənizinə gəmilərin keçməsi üçün qarşılıqlı razılaşmanın olmasını tələb edir”.

    Muxalifet - 18-10-2018

  15. ​"Niva"nı aşıran sərxoş sürücü öldü

    Cəlilabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb. 
    Belə ki, rayonun Adnalı kənd sakini, 1960-ci il təvəllüdlü Füzuli Saran oğlu Qubadov idarə etdiyi "Niva" markalı avtomobili aşırıb və nəticədə baş nahiyəsindən aldığı ağır xəsarətlərdən ölüb.
    F.Qubadov Cəlilabad Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisidir. İlkin məlumatlara görə, o, avtomobili idarə edən zaman sərxoş olub.

    Muxalifet - 18-10-2018

  16. ​Koçaryan GERİ DÖNÜR - Partiya yaradır

    Ermənistanın sabiq prezidenti Robert Koçaryan öz partiyasını yaratmağa və müxalifətə getməyə hazırlaşır.
    Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, Koçaryan bu haqda “RİA-Novosti” agentliyinə müsahibəsində bildirib.
    “Əgər siyasətə qayıdırsansa, onda bu haqda düşünmək lazımdır. İndi müxalifət düşərgəsində çox ciddi boşluğu görürəm və hesab edirəm ki, ölkənin xeyrinə bu boşluğu doldurmaq lazımdır”, - Koçaryan əlavə edib.
    Sabiq prezident qeyd edib ki, hər hansı yüksək vəzifəni tutmağa cəhd göstərmir:

    Muxalifet - 18-10-2018

  17. Türkiyədə ikinci "FƏTÖ dalğası" - MƏŞHUR FUTBOLÇULAR İSTİNTAQA CƏLB OLUNDU

    Futboldakı FƏTÖ şəbəkəsi ilə əlaqədar Türkiyədə araşdırmaların ikinci dalğası başlanıb.
    Belə ki, Türkiyənin məşhur futbolçuları olan Emre Belözoğlu, Arda Turan, Okan Buruk və Bülent Korkmazın, “FƏTÖ-yə üzv olmaq və təşkilata üzv olmayaraq, könüllü surətdə təşkilata kömək eləmək” ittihamı ilə bağlı istintaqa cəlib olunduqları bəlli olub. 2018-158015 və 2018-119375 nömrəli istintaq işləri barəsində mətbuata mütəmadi oldaraq məlumat veriləcəyi bildirilir.

    Hurriyyet.org

    Muxalifet4 - 18-10-2018

  18. ​Azərbaycanda turistlər üçün "Qaynar xətt" açılacaq

    "Azərbaycanda turistlər üçün "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək". 
    Muxalifet.az-ın məlumatına görə, bunu Milli Turizm Sammitində çıxış edən Azərbaycan Turizm Bürosunun Qonaq təcrübəsinin idarəedilməsi departamentinin rəhbəri Vüsal Şahbazov bildirib.

    Muxalifet - 18-10-2018

  19. Öldürmək üçün edamçı axtarırlar: 81 adam illərdir ölməyi gözləyir

    Afrika ölkəsi olan Zimbabve, ölkədə 2005-ci ildən bu yana edam edilməyi gözləyən 81 nəfər üçün edamçı axtardığını bildirib.
     
    Zimbabvedə haqqında ölüm hökmü qərarı verilən 81 nəfərin edamı, ölkədə rəsmi edamçı olmaması səbəbiylə 2005-ci ildən bu yana təxirə salınır.
    Son edamçının 2006-ci ildə təqaüdə çıxdığı Zimbabvedə, hökumət bütün səylərə baxmayaraq edamçı tapa bilmir.
    Zimbabvedə verilən edam qərarları əsasən ip ilə asılaraq həyata keçirilir.

    Muxalifet3 - 18-10-2018

  20. Gürcüstanda oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb

    Gürcüstanın Saqareco rayonunun Ləmbəli kəndində oktyabrın 12-də yaşadığı evindən oğurlanmış 17 yaşlı azərbaycanlı qız tapılıb.
    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Nazirlikdən bildirilib ki, beş gün davam edən axtarışlardan sonra H.M. adlı qız Marneuli rayonunun Candar kəndində aşkarlanıb. Gəncin sağlamlıq durumunda hər hansı bir problemin olmadığı qeyd olunub.
    Hazırda qız psixoloqların nəzarəti altındadır.
    Faktla bağlı istintaq təbdirləri davam etdirilir.

    Muxalifet - 18-10-2018

Pages