Axtarış

The search found 105700 results in 0.099 seconds.

Search results

  1. İNANILMAZ DƏLƏDUZLUQ: Xərçəng xəstəsi olan uşağı öz övladı kimi təqdim etdi və...

    Bərdə rayon sakini Xəyyam Rzayev rayon polis şöbəsinə müraciət edərək Ruslan adlı şəxsin sosial şəbəkələrdə hesab açaraq onun xərçəng xəstəliyindən əziyyət çəkən oğlunu öz övladı kimi təqdim etdiyini və oğlunun şəkillərini paylaşdığını bildirib.
    Şikayətçi qeyd edib ki, Ruslan sosial şəbəkə istifadəçilərindən onun oğlunun şəkilləri vasitəsilə “Kapital bank”da açdığı hesaba pul köçürmələrini xahiş edib. Daha sonra X.Rzayev oğlunun müalicəsi üçün yığılan pulları tələb etdikdə, Ruslan vəsaiti verməkdən boyun qaçırıb.

    Muxalifet - 18-10-2018

  2. Pompeo, Səudiyyə Şahzadəsini krallıq kürsüsü ilə hədələyib

    ABŞ-ın dövlət katibi Mayk Pompeo çərşənbə günü Səudiyyə Ərəbistanına səfər etmiş, bu çərçivədə vəliəhd şahzadə Məhəmməd bin Salman ilə də bir araya gəlmişdi. Görüşdə kameralara gülümsəyərək poza verən Pompeonun, mətbuat nümayəndələrinin çölə çıxışından sonra bin Salmanı hədələdiyi iddia edilib. Bağlı qapılar arxasında ciddi söhbət Pompeonun çərşənbə günü Səudiyyə şahzadəsi ilə keçirdiyi görüş haqqında məlumat sahibi bir mənbə, CNN kanalına, ikilinin jurnalistlərə gülümsəyən pozalar verməsi, görüşün dostluq şəraitində keçdiyinə dair işarə olmadığını söyləyib.

    Muxalifet3 - 18-10-2018

  3. "Rus mafiyası" yenə sudan quru çıxdı

    İspaniya məhkəməsi çirkli pulların yuyulmasında ittiham olunan Rusiya millət vəkili Vladsilav Reznik də daxil olmaqla 17 nəfərdən ibarət "rus mafiyası" na bəraət qazandərmaqla bağlı qərar qəbul edib.

    Bu barədə RİA Novosti məlumat yayıb.

    Məhkəmə təqsirləndirilən şəxslərin iki böyük mütəşəkkil qrup - Tambov və Malışev bandaları ilə əlaqələri olmadığı qənaətinə gəlib.

    Muxalifet - 18-10-2018

  4. ABŞ Səudiyyə şahzadəsinə 72 saat vaxt verib

    ABŞ-da nəşr edilən “Axios” internet saytının dövlət katibi Pompeo ilə Səudiyyənin vəliəhd şahzadəsi arasında baş tutan görüş haqqında məlumatı olan bir səlahiyyətliyə əsaslandırdığı xəbərinə görə, görüşdə Pompeo, şahzadə bin Salmanı Qaşıqçı hadisəsində həqiqətlərin ortaya çıxarılmadığı təqdirdə ölkənin beynəlxalq nüfuzunun zədələnəcəyi xəbərdarlığını edərək, bu məsələdə araşdırmanın 72 saat (3 gün) ərzində başa çatdırılmasını istəyib.
     
    Səlahiyyətli, Pompeonun artan beynəlxalq təzyiqlər qarşısında "zaman məhdudiyyətini” xüsusilə qeyd etdiyini deyib.

    Muxalifet3 - 18-10-2018

  5. ​MTN generallarının məhkəməsi başladı: sabiq nazirin ifadəsi yoxa çıxıb

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev və Elşad Əzizovun apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

    Muxalifet - 18-10-2018

  6. ​Zığ şosesində uçqun tipli sürüşmə baş verib

    18 oktyabr 2018-ci il tarixində Zığ şosesində uçqun tipli sürüşmə prosesi baş verib
    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən Azvision - a verilən məlumata görə, uçqun zamanı yol kənarına çəkilmiş istinad divarının 30 metr uzunluğunda olan hissəsi uçaraq cənub istiqamətində hərəkət edib. Divarın digər hissəsində qabarmalar müşahidə olunur. Piyada səkisində deformasiya və əyilmələr hiss edilir. Proses davam edir.

    Muxalifet - 18-10-2018

  7. ​Elmira Axundovanın oğlunun adı keçən 1 milyonluq dələduzluq işi ilə bağlı növbəti MƏHKƏMƏ

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
    "Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin vəkili vəsatət qaldırıb.
    O daha əvvəl prosesdə şahid qismində dindirilmiş bacı-qardaş - Murad və Müjgan Mehdiyevlərin yenidən məhkəmədə ifadə vermələrini istəyib.
    Vəsatət təmin edilib.
    Məhkəmə iclası oktyabrın 25-nə təyin edilib.

    Muxalifet - 18-10-2018

  8. “Mustafa Kamal” - Yılmaz Özdildan bir portret

    Yılmaz Özdildan: “Mustafa Kamal evlənəcəyi qızın adını Azərbaycanın Ankara səfirliyində açıqlayacaq qədər Azərbaycanı özünə doğma bilirdi”

    ***

    Muxalifet.az ilk tirajı 1.7 milyon olan "Mustafa Kamal" kitabının müəllifi, Türkiyənin tanınmış yazarı Yılmaz Özdilin "Turan" agentliyinə müsahibəsini təqdim edir:

    Muxalifet4 - 18-10-2018

  9. ​Putin Trampla münasibətləri HAQDA

    Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda Krım barədə suala cavab verib.
    Muxalifet.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Putin Krımın demokratik yolla Rusiya birləşdiyini deyib.
    “Demokratiya necə yoxlanılır? Referendumla, seçki ilə və s. İnsanlar seçkiyə gedərək Krımın Rusiyaya birləşməsinə səs veriblər. Xatırladım ki, Kosovada xalq səsverməsi olmayıb. Orada yalnız parlament müstəqilliyə dəstək vermişdi”.
    Bundan başqa, Putin Trampla münasibətlərinə toxunub.

    Muxalifet - 18-10-2018

  10. Badamdarda sürüşmə zonasında SON VƏZİYYƏT

    Badamdarda sürüşmə zonasında vəziyyət dəyişməz olaraq qalır.

    Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən gərginlik qalmaqdadır. Sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.

    Muxalifet - 18-10-2018

  11. Dünyanın ən seksual hava aparıcısını tərk edən şəxs: “Məndən pul istəyirdi”

    E-idman oyunçusu Duqlas Martin “dünyanın ən seksual hava aparıcısı” ünvanını daşıyan Yanet Qarsiya ilə bir müddət əvvəl ayrılmışdı.
    Muxalifet.az xəbər verir ki, iddiaya əsasən, Duqlas elektron oyunlara daha çox vaxt ayırmaq üçün Yanetdən ayrılıb.
    Martin bu yaxınlarda sosial şəbəkədə yeni video çarx yayımlayıb və baş verənlərin elə olmadığını deyib və ayrılığın səbəbini açıqlayıb. Martin bildirib ki, ayrıldıqdan sonra müntəzəm olaraq lağla dolu mesajlar alır. O, ayrılığın əsl səbəbi haqqında deyib:

    Muxalifet - 18-10-2018

  12. 46 minə yaxın əhalinin gediş-gəlişi asanlaşacaq

    Uzunluğu 13.8 km olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.

    Muxalifet - 18-10-2018

  13. ​Erməni nasistinin bu şəhərlərdə heykəli var - Kuznetsov

    Erməni diasporu tərəfindən Njdenin qəhrəman kimi tanınması və onun açıq nasizm ideologiyasının əbədiləşdirilməsi, ona heykəl və digər abidələrin qoyulması tək Ermənistanda deyil, həm də Rusiyanın Armavir və Bolqarıstanın Pliska şəhərlərində qeydə alınıb.
    Muxalifet.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, analitik və qafqazşünas Oleq Kuznetsov bu gün “Ermənistan: nasizmin icazə verildiyi ölkə” üzrə mətbuat konfransının üçüncü sessiyasında çıxışı zamanı deyib.

    Muxalifet3 - 18-10-2018

  14. ​Putin: Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik

    Moskva yalnız kiminsə analoji şəkildə Rusiyanın ərazisinə zərbə endirəcəyinə əmin olduqda, nüvə silahından istifadə edəcək.
    Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” forumunda çıxışı zamanı deyib.
    “Təcavüzkar bilməlidir ki, qisas qaçılmazdır, və o, məhv ediləcək. Biz təcavüz qurbanları kimi cənnətə düşəcəyik. Onlar isə sadəcə məhv olacaqlar, çünki hətta tövbə etməyə vaxt tapmayacaqlar”, - Rusiya lideri deyib.

    Muxalifet3 - 18-10-2018

  15. ​Baş nazir Meredovla görüşdü

    Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov oktyabrın 18-də Türkmənistanın Nazirlər Kabineti Sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.

    Muxalifet3 - 18-10-2018

  16. ​Nazirdən şəhid ailələri ilə bağlı açıqlama: 50 faizlik ödəniş...

    Şəhid ailələrinə veriləcək 11 000 manat birdəfəlik ödəmə ilə bağlı heç bir problem yoxdur.
    Muxalifet.az xəbər verir ki, bunu Cocuq Mərcanlıda jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
    Onun sözlərinə görə, hazırda bu istiqamətdə notarial qaydada sənədləşmə prosesi aparılır:

    Muxalifet3 - 18-10-2018

  17. ​Qaqauzlardan Ərdoğanı kövrəldən hədiyyə - Foto

    Moldova səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan moldovalı həmkarı İqor Dodonla birlikdə Qaqauziya Muxtar Respublikasının paytaxtı Komrat şəhərini ziyarət edib.
    Muxalifet.az xəbər verir ki, Ərdoğan və rəhbərlik etdiyi nümayəndə heyətini Qaqauziya lideri İrina Vlax qarşılayıb.
    Ərdoğan burada qaqauz rəsmilərlə görüşüb, mədəniyyət evinin açılışında və mətbuat konfransında iştirak edib.

    Muxalifet3 - 18-10-2018

  18. ​Putin Qaşıqçı olayında günahkarı göstərdi...

    Jurnalist Camal Qaşıqçı ABŞ-da yaşadığından onun itkin düşməsinə görə, bu ölkə məsuliyyyət daşıyır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin deyib.
    “Axı, o ABŞ-da yaşayırdı. O, Rusiyada deyil, ABŞ-da yaşayırdı. Bu mənada onunla bağlı baş verənlərə görə, ABŞ müəyyən mənada məsuliyyət daşıyır. Sözsüz ki, bu, belədir”, - deyə Kreml rəhbəri bildirib.
     

    Muxalifet3 - 18-10-2018

  19. ”İstəsələr Qarabağı Azərbaycana qaytarmağa hazırıq...” – Ermənistandan AÇIQLAMA

    “Ermənistanın yeni hökuməti əraziləri Azərbaycana qaytarmağa hazırdır”.

    Muxalifet.az xəbər verir ki, bu iddia ilə Ermənistanın Demokrat Partiyasının sədri Aram Sarkisyan ABŞ-ın İrəvandakı səfiri Riçard Millsin “İstəsələr münaqişənin istənilən həll variantı ərazilərin müəyyən qisminin qaytarılması ilə nəticələnəcək” açıqlamasını şərh edərkən çıxış edib.

    A. Sarkisyan hesab edir ki, ABŞ səfirinin işğal altındakı ərazilərin qaytarılması ilə bağlı fikirlərini təkcə öz missiyasını başa çatdıran diplomatın son sözləri olaraq qiymətləndirmək olmaz.

    Muxalifet3 - 18-10-2018

  20. ​Bu stansiyada təmir işləri ilin sonuna yekunlaşır

    Bakı Metropoliteninin “Bakmil” stansiyasında təmirin bu ilin sonu, gələn ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır.
    Bu barədə “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov azərtac -a açıqlamasında deyib.

    Muxalifet3 - 18-10-2018

Pages