Axtarış
The search found 105700 results in 0.085 seconds.
Search results
Türkiyədən Ermənistana keçən 4 nəfər saxlanıldı - VİDEO
Ötən gecə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Ermənistandakı Sərhəd İdarəsinin əməkdaşları Türkiyə - Ermənistan sərhədini pozan şəxsləri saxlayıb.
Oktyabrın 15-dən 16-na keçən gecə sərhəd pozucuları Araz çayı sahilində ərazini müşahidə etdikdən sonra Ermənistan tərəfə keçməyə çalışıblar. Lakin bu vaxt rus sərhədçilər onları saxlayıb.
İlkin məlumatlara görə, saxlanılan 4 nəfər Cənubi Asiyadandır. Qanunvericiliklə müəyyən edilmiş qaydada, sərhəd pozucuları Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil veriləcək./AzVision/Muxalifet - 17-10-2018
Qurban Qurbanovun mövqeyi dəyişmədi
Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, siyahıda yer alan millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 463-cü pillədə yer alıb. Qurbanovun ötən həftə ilə müqayisədə mövqeyində dəyişiklik baş verməyib.
"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1015 xalla 478-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən həftə ilə müqayisədə 3 pillə irəliləyib.Muxalifet - 17-10-2018
Kerç teraktının şahidi: “Dərsdə yatmışdım, bu da məni xilas etdi” - VIDEO
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, Krımda terror aktı baş vermiş kollecin tələbələrindən biri jurnalistlərə deyib:
“Düzü, gecə yatmamışdım deyə, dərsdə yuxu aparmışdı, elə bu da məni xilas etdi. Möhkəm səs-küydən ayıldım. Kabinetdən dəhlizə baxanda gördüm ki, əlində silah olan bir nəfər hamını güllələyir.
Muxalifet - 17-10-2018
"ACCESSBANK" ŞƏHİD AİLƏSİNİN EVİNİ ƏLİNDƏN ALIR – Şəhid xanımı: “Kredit borcumu artıqlaması ilə ödəmişəm...”
Ucar rayonu, Qarabörk kənd sakini, şəhid ailəsi Abdullayeva Qəmər İkram qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şəhid xanımı yazır: “Həyat yoldaşım Abdullayev Maarif Nəzər oğlu 08 iyun 1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Himayəmdə olan iki övladımızı özüm namus-qeyrətlə atasız böyütmüşəm. Mən həyat yoldaşım Maarifin vətən uğrunda gedən döyüşlərdə şəhid olmasına görə fəxr edirəm, qürur duyuram. Həyat yoldaşım Maarif millət-torpaq uğrunda şəhid olub.
Muxalifet4 - 17-10-2018
Ermənistan Qarabağa üçüncü yolu çəkir
Bu həftənin bazar ertəsi Qarabağda Ermənistanla işğal altındakı Azərbaycan ərazilərini birləşdirən arasında üçüncü yolun tikintisinə dair müzakirələr keçirilib. Bu yol Araz çayı boyunca, yəni, Zəngilan, Cəbrayıl və Füzulidən keçməlidir.
Ermənistan KİV-in məlumatına görə, layihənin reallaşması ilə "Arsax Ruts İnvestment" (ARİ) investisiya şirkəti məşğul olacaq. Bundan əlavə, şirkət Laçın rayonunda 20, Kəlbəcərdə 50 mənzil inşa edəcək. Mənbənin məlumatına görə, ARİ-nin arxasında avstraliyalı ermənilər durur.Muxalifet - 17-10-2018
SOCAR, Hollandiya şirkətinin aktivlərini alır – RAZILAŞAMA
Hollandiyanın “APM Terminals” şirkəti Türkiyədəki “APM Terminalleri Liman Isletmeciligi A.S.”in yeganə aktivinin SOCAR-a (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) satılması ilə bağlı razılığa gəlib.
Bu barədə Türkiyə mətbuatı xəbər verir.
Razılaşmaya əsasən, “SOCAR Turkiye Enerji” “APM Terminalleri Liman Isletmeciligi A.S.”nin səhmlərinin 100%-nə sahib olacaq.
“Sövdələşmə Türkiyənin tənzimləyici orqanları tərəfindən qəbul edilməlidir və yaxın aylarda başa çatacağı gözlənilir”, – deyə “APM Terminals”ın məlumatında qeyd olunur.Muxalifet - 17-10-2018
Elmar Rüstəmovla Samir Şərifov arasında savaş – MALİYYƏ NAZİRİ “QALİB” DURUMDA
Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Muxalifet4 - 17-10-2018
Krımda terror törədən gənc intihar edib
Krımın şərqində yerləşən Kerç şəhərindəki kolleclərin birində baş verən partlayışı törətməkdə şübhəli bilinən şəxs intihar edib.
Muxalifet.az "Ria-Novosti" yə istinadən xəbər verir ki, intihar edən şəxsin adı açıqlanmasa da onun 22 yaşı olduğu bildirilir.Muxalifet - 17-10-2018
Bir qrup AŞPA üzvü Azərbaycanda insan hüquqlarının pozulmasının araşdırılmasına çağırıb
Rasmus Vesterqaard Madzehin rəhbərliyilə Avropa Şurası Parlament Assambleyasının 25 üzvünün təqdim etdiyi qətnamədə Azərbaycanda insan hüquqlarının pozulması və korrupsiya pislənilib.
"Çoxmilyardlıq ələ alınma sxemini aşkar edən Laundromat araşdırmasından bir il sonra Azərbaycanda vəziyyət dəyişməyib. Heç bir cinayət işi başlamayıb, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib.Muxalifet - 17-10-2018
Şehiç “Qalatasaray”da?
Ötən mövsüm “Qarabağ”dan ayrılaraq, Türkiyə Super Liqa təmsilçisi “Ərzurumspor”a keçən İbrahim Şehiç “Qalatasaray”ın transfer hədəfinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Fotomaç” məlumat yayıb. Məlumata görə, İstanbul klubu 30 yaşlı qapıçını əsas heyət üzvü olan Fernando Musleraya əvəzləyici olaraq, düşünür. Ərzurum klubunda maaş problemi yaşayan Bosniya və Herseqovina yığmasının üzvü ayrılığa hazırlaşır. Əgər bu baş versə, Şehiç “Qalatasaray”a keçə bilər.
Qeyd edək ki, İbrahim Şehiç 2013/18-ci illərdə “Qarabağ”da çıxış edib.Muxalifet - 17-10-2018
Müvəqqəti yaşamaq üçün qaçqın ailəsinə evini verdi, indi onları çıxara bilmir – İSMAYILLI SAKİNİ PREZİDENTƏ MÜRACİƏT ETDİ
“Atamın infarkt olmasının səbəbkarları Ədliyyə Nazirliyinin Baş İcra İdarəsinin rəisi Nürəddin Mustafayev və İsmayıllı İcra Şöbəsinin rəisi Taleh Quliyevdir” İsmayıllı şəhəri, H. Zərdabi küçəsi ev 10-da yaşayan Hacızadə Elvin Babaverdi oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır: “Cənab Prezident!
Muxalifet4 - 17-10-2018
Krımda teraktı törətmiş gəncin fotoşəkli yayıldı
Xəbər verdiyimiz kimi, bu gün Bakı vaxtı ilə saat 13:20-də Krımın Kerç şəhərindəki politexnik kollecdə terror aktı törədilib.
Muxalifet.az Rusiya mənbələrinə istinadən xəbər verir ki. hadisə nəticəsində 10 nəfər həlak olub, 40 nəfər yaralanıb və daha 15 nəfər itkin düşüb.
Hüquq-mühafizə orqanları terror aktını törətməkdə şübhəli bilinən şəxsin kameralara düşmüş şəklini yayıblar.Muxalifet - 17-10-2018
Səudiyyə Ərəbistanı Türkiyədəki səfirini vəzifəsindən uzaqlaşdırdı
Səudiyyə Ərəbistanının İstanbuldakı səfiri Məhəmməd Uteybinin vəzifədən uzaqlaşdırıldığı iddia olunub.
Muxalifet.az "Reuters"ə istinadən xəbvər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mərkəzli "Sabq" qəzeti məlumat yayıb.
Məlumatda Ər-Riyad rəhbərliyinin rəsmi açıqlaması olduğu bildirilib.
Səfir barədə istintaq başladılıb.
Qeyd edək ki, səfir Məhəmməd Uteybi ötən gün Türkiyədən qaçıb.Muxalifet - 17-10-2018
“ÖLÜ DOĞULAN SAZİŞ” – Ukraynada müharibənin bitməsi mümkünsüz görünür (TƏHLİL)
“The Economist”, 17 oktyabr 2018-ci il
Kiyevin nəzarətində olan ərazi ilə şərq bölgəsində müharibənin əhatə etdiyi ərazi arasındakı sərhəddə xidmət göstərən Andrey adlı ukraynalı əsgər gözlərini geniş açaraq soruşur: “Siz heç hara getdiyinizi bilirsiniz?”
Muxalifet - 17-10-2018
Boltonun Bakı səfərinin tarixi bəlli oldu
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri oktyabrın 24-də baş tutacaq.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə RİA diplomatik mənbələrə istinadən informasiya yayıb.
“Səfər oktyabrın 24-də baş tutacaq. Rəsmi şəxslərlə bir sıra görüşlər keçiriləcək, regional məsələlər müzakirə ediləcək”, - mənbə bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Bolton oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcəyini açıqlamışdı.Muxalifet - 17-10-2018
Tramp 2020-ci il seçkilərinə bu şüarla gedəcək
ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərinə hazırlaşır.
Muxalifet.az xəbər verir ki, Tramp 2020-ci ildə keçiriləcək prezident seçkilərində də namizədliyini irəli sürəcəyini bildirib. O, “The Associated Press” nəşrinə müsahibəsində deyib:
“Hər zaman görüləsi işlər var. Bizim yeni şüarımız “Amerikanın böyüklüyünü qoruyaq”dır.
Dövlət başçısı bildirib ki, “düzgün olmayan insan”ın onun uğurlarını dağıtmasını istəmir: “Mən öz işimin öhdəsindən əla gəlirəm”.
Tramp sabiq vitse-prezident Cozef Baydeni özünə rəqib görür.Muxalifet - 17-10-2018
Rəsmi Bakı: "Rusiya XİN yaxşı bilir ki, münaqişənin iki tərəfi var"
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Rusiya Dövlət Dumasının üzvü və digər Rusiya vətəndaşlarının iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinə dair şərhində “münaqişənin bütün tərəfləri” ifadəsinin işlədilməsi təəccüb doğurur.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən verilən xəbərdə deyilir. Qeyd olunub ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Rusiya XİN çox yaxşı bilir ki, münaqişənin iki tərəfi vardır və bunlar Ermənistan və Azərbaycandır.Muxalifet - 17-10-2018
Yunanıstanın Xarici İşlər naziri istefa etdi
Yunanıstanın Xarici İşlər naziri Nikos Kocyas istefa verib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti məlumat yayıb.
Nikos Kocyas Müdafiə naziri Panos Kammenos ilə Prespes müqaviləsi məsələsində gərginlik yaşadığı iclasdan sonrea istefa ərizəsini təqdim edib.
Qəzetin bəzi mənbələrə əsaslandırdığı xəbərinə görə, Kocyas ölkənin baş naziri Aleksis Çiprasın Kammenosa qarşı onu müdafiə etməməsindən narahat olub.Muxalifet - 17-10-2018
Putin Türkiyəyə səfər edəcək
Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa Prezidenti Emmanuel Makron arasında 4 tərəfli zirvə toplantısı keçiriləcək. Toplantının yaxın zamanlarda gerçəkləşəcəyi gözlənilir. Sammitdə Suriyadakı vəziyyətin müzakirə edilməsi planlaşdırılır.Muxalifet - 17-10-2018
Əməkdar artist: “Elariz məni sevirdi, hətta mənə...” - Video
Əməkdar artist Mehriban Xanlarova aparıcısı olduğu “Canım sizə desin” verilişində müğənni Elariz Məmmədoğlu ilə bağlı etiraf edib.
Muxalifet.az - ın məlumatına görə, aktrisa bildirib ki, Elariz onu sevirmiş: “İndi özünü elə aparır ki, guya bundan sakit, fağırı yoxdur. Elə bil ki, universitet illərində mənə sevgi etirafları edən adam deyil. Dərdimdən sino gedirdi. Bəlkə elə deyil?”
Mehriban Xanlarovanın sözlərinə Elariz Məmmədoğlunun da cavabı anında olub: “Nə olsun? İndi peşman olmusan. Gözlərindən oxuyuram”.Muxalifet - 17-10-2018