Axtarış
The search found 105701 results in 0.161 seconds.
Search results
BakuBus-un 3 avtobusu TOQQUŞDU - Video
Gecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Muxalifet - 17-10-2018
ABŞ “Qaşıqçı” istintaqına müdaxilə etmək istəyir
ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Hazer Nayert, dövlət katibi Mayk Pompeo'nun Səudiyyə jurnalisti Camal Qaşıqçı'nın itməsi ilə əlaqədar danışıqlar çərçivəsində sabah Türkiyəyə gələcəyini bildirib.
Nayert verdiyi açıqlamada, "Nazir Pompeo itkin düşən Səudiyyəli jurnalist Camal Qaşıqçı məsələsini müzakirə edəcək və ABŞ-ın Türkiyəyə etdiyi istintaqa yardım mövzusunda kömək təklifini yeniləyəcək" deyə söyləyib.Muxalifet3 - 17-10-2018
Şagirdləri ilə cinsi əlaqədə olan müəllimin ifadəsi DƏHŞƏTƏ GƏTİRDİ - Video
Türkiyənin Tokat rayonunda 9 qız şagirdi iə cinsi əlaqədə olduğu iddia edilən müəllim A.A.A.-nın (58) məhkəmə prosesi başlayıb.
Muxalifet.az Haberler-ə istinadən xəbər verir ki, barəsindəki iddiaları qəbul etməyən müəllim: "31 illik müəllimlik həyatımda şagirdlərimə öz uşaqlarım gözü ilə baxdım. Mən bu qədər xaraktersiz deyiləm" deyib.
Prokuror müəllimin 81 ilə qədər həbsini tələb edir.
Proses təxirə salınıb.
Videonu izləmək üçün şəklə klikləyin:Muxalifet - 17-10-2018
UFC prezidenti Həbiblə bağlı QƏRARINI AÇIQLADI
UFC prezidenti Dena Vayt rusiyalı döyüşçü Həbib Nurməhəmmədovla bağlı yekun qərarı açıqlayıb.
Muxalifet.az xəbər verir ki, təşkilat prezidentinin sözlərinə görə, Həbib UFC çempionu olaraq təşkilatın dəstəyi altında fəaliyyətinə davam edəcək:Muxalifet - 17-10-2018
Çeçen-inquş gərginliyinə Kadırovdan REAKSİYA: Bəzi şəxslərin...
Çeçenistanla İnquşetiya arasında sərhəd məsələsiylə bağlı imzalanan razılaşma ətrafında situasiyanı qızışdırmaq və xalqlar arasında ədavət yaratmaq qəbuledilməzdir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Vkontakte səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb.Muxalifet - 17-10-2018
NEFTİN QİYMƏTİ QALXIR, RUBL UCUZLAŞIR! – Putin rubl uğrunda döyüşü də uduzur
Bizim dünyamızda ölkənin qüdrəti təkcə onun hərbi imkanlarına söykənə bilməz. XXI əsrdə, dərin enerji və texnoloji yenilənmələr dövründə ölkənin qüdrəti onun güclü iqtisadiyyatı ilə ölçülür və əslində bu yanaşma heç də yeni bir şey deyil.
Ölkənin qüdrəti zirehli tank diviziyalarının və nüvə başlıqlarının sayı ilə yanaşı, iqtisadiyyatın və valyutanın gücü ilə də ölçülür.
Muxalifet - 17-10-2018
Cəbhədə düşmən təxribatı davam edir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Müdafiə Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.Muxalifet - 17-10-2018
DƏHŞƏTLİ AVTOBUS QƏZASI: 7 ölü, 24 yaralı (VİDEO)
Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 7 nəfər ölüb, 24 nəfər yaralanıb.
Muxalifet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş əyalətinin Göksun rayonunda qeydə alınıb.
Hadisə yerinə xeyli sayda təcili tibbi yardım briqadası və xilasedicilər cəlb olunub. Yaralılar Kahramanmaraşdakı xəstəxanalara yerləşdiriliblər.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.
Hadisə ilə bağlı araşdırma aparılır.Muxalifet - 17-10-2018
ABŞ səfiri: "Ermənistanda ərazilərin Azərbaycana qaytarılması haqda heç düşünmürlər də...”
Tutulmuş müəyyən ərazilər qaytarılmadan Dağlıq Qarabağ probleminin nizama salınması mümkün deyil.
Muxalifet.az xəbər verir ki, bunu EVN Report-a müsahibəsində ABŞ-ın Ermənistandakı səfiri Riçard Millz deyib.
Səfir qeyd edib ki, erməni xalqı hansı nizama salınmaya hazır olduğunu müəyyən etməlidir.Muxalifet - 17-10-2018
“NEW YORK TIMES” Qaşıqçının qatillərinin adlarını yazdı
New York Times (NYT) qəzeti Türkiyənin cinayətə qarışan beş nəfərin kimliyini müəyyən etdiyini bildirib.
Mahər Abdulaziz Mutreb, 2017-də Səudiyyə Ərəbistanının Londondakı səfirliyinə təyin olunmuş diplomatdır və Səudiyyə Şahzadəsi ilə qoruması kimi bir çox yeri ziyarət edib.
Səudiyyə kral ailəsi ilə çalışan Fransız bir peşəkar isə ikinci şübhəlidir. Şahzadə Məhəmməd bin Salman ilə səyahət edir və təhlükəsizlik qrupunun bir hissəsi olan bu şəxs Abdulaziz Muhəmməd al-Hawsawi-dir.Muxalifet3 - 17-10-2018
Azərbaycanda rus dili problemi - “qızıl orta”nı necə tapmalı?
Fərəc Quliyev: “Uşaqlarımızın qafasına rusmeylliyi salmaq yanlışdır”; Tənzilə Rüstəmxanlı: “Müstəqilliyi qazanmadıq ki, dilimiz əldən getsin”
Azərbaycanda rus dili ilə bağlı müzakirələr son günlərdə yenidən qızışıb. Parlamentdə rus dili ilə bağlı son müzakirələrdən sonra bu məsələ xüsusilə aktuallaşıb.
Muxalifet - 17-10-2018
Bakıda ŞOK OLAY: Gənc oğlan özünü 20-ci mərtəbədən atdı
Bakıda 24 yaşlı oğlan intihar edib.
Hadisə paytaxtın Xətai rayonu Gəncə prospektində qeydə alınıb. 1994-cü il təvəllüdlü Ceyhun Elxan oğlu Rəhimli 20 mərtəbəli "Panaram Park" yayayış kompleksinin damına çıxaraq özünü atıb. Nəticədə o aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./Open.az/Muxalifet - 17-10-2018
Qaçan Səudiyyə konsulu İstanbula geri qayıdır!
Ölkəsinə qaçan Səudiyyə Ərəbistanının İstanbul baş konsulu Məhəmməd əl Uteybinin 18 oktyabr üçün İstanbula geri qayıtma bileti aldığı iddia edilib.
Səudiyyənin baş konsulu Məhəmməd Uteybi ölkəsinə qayıtsa da, əlbəttə normal olaraq dərhal ağlımıza onun qaçdığı gəlir.Muxalifet3 - 17-10-2018
Adnan Oktarın villasından geriyə bunlar qaldı - VİDEO
Türkiyədə təriqət lideri, müxtəlif cinayətlərdə ittiham edilərək həbs edilən Adnan Oktarın İstanbulun Qandilli səmtindəki villası sökülüb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2 həftə öncə start verilən söküntü işləri nəticəsində ərazidəki bütün qanunsuz tikililər dağıdılıb.
Hazırda dağıntıların daşınaraq ərazidən çıxarılır.
Bir zamanlar Adnan Oktarın "kediciklər" adlandırdığı "müridləri" ilə lüks həyat yaşadığı villadan isə geriyə qalan mənzərə səmadan çəkilişlə görüntülənib.Muxalifet - 17-10-2018
Pompeo Türkiyədə! Ərdoğanla görüşəcək
ABŞ-ın dövlət katibi Mayk Pompeo, jurnalist Camal Qaşıqçı hadisəsini müzakirə etmək üçün Türkiyəyə gəlib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Moldovaya səfəri öncəsi Pompeo ilə görüşəcəyi öyrənilib. Görüşün bir azdan başlaması gözlənilir.
Müxalifət.azMuxalifet3 - 17-10-2018
Ermənistana keçərkən tutulan şəxs barədə təfərrüatlar ORTAYA ÇIXDI
Ermənistan sərhədini keçərkən saxlanılan Türkiyə vətəndaşı haqqında təfərrüatlar məlum olub.
Ermənistan-Türkiyə sərhədini qoruya Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidməti saxlanılan Türkiyə vətəndaşı haqqında ilkin məlumatları yayıb.
Məlumata görə, Türkiyə vətəndaşı kürd əsillidir, Türkiyədə ağır cinayətlərdə şübhəli bilinir və Türkiyə hüquq-mühafizə orqanlarından qaçmaq üçün Ermənistana keçmək istəyib.
Rusiya sərhədçilər adı açıqlanmayan qaçağı Ermənistan hüquq-mühafizə orqanlarına təhvil verib.Muxalifet - 17-10-2018
Bakıda ölümlə nəticələnən yol qəzasının TƏFƏRRÜATLARI
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Şəhər sakini Məmmədov Tehran Akif oğlu idarə etdiyi “Mercedes” markalı 90-MD-396 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonunun Ramana qəsəbəsi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz borusuna çırpılıb.
Hadisə nəticəsində sürücü aldığı xəsarətdən ölüb.
Muxalifet - 17-10-2018
Səhiyyə Nazirliyi qripə qarşı hücuma keçir
Yeni tədris ilinin başlaması ilə övladını məktəbə göndərən valideynlərin qayğıları da artdı. Və bu qayğılar yalnız keyfiyyətli təhsil, çantaların ağırlığı, yaxud uşağın məktəbdə qidalanması ilə yekunlaşmır. Hava soyuyur və fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər də yayılır. Xüsusilə də günün yarısını məktəbdə keçirən uşaqlar bir-biri ilə yaxın təmasda olduqlarından daha tez yoluxurlar. Şagirdlərin sağlamlığının qayğısına qalmaqda əsas yük isə təkcə valideynlərin deyil, həm də məktəblərdəki tibb kabinetlərində çalışan həkimlərin, tibb bacılarının üzərinə düşür.
Muxalifet - 17-10-2018
“PKK-nı 20 gündə Münbiçdən silərik” – ASO komandiri
Türk Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusunun (ASO) Münbiçdə terror təşkilatı PKK-ya qarşı hazırlıqlarına davam edir. Əməliyyat hazırlıqlarından bəhs edən ASO Münbiç Hərbi Şurasının sədri Adnan Əbu Faysal, "Ankara təlimat versin, PKK-nı 20 gündə Münbiçdən silərik" - deyib. Əbu Faysal, prezident Rəcəb Tayyib Ərdoğanın sözünü xatırladaraq, "PKK-nı öz qazdığı xəndəklərə basdırmaq üçün hamımız and içdik. Münbiç bu alçaq qrupdan təmizlənəcək və yenə əsil sahiblərinə qayıdacaq" deyə söyləyib.
PKK şəhəri partladacaq
Muxalifet3 - 17-10-2018
Bakıda QƏZA: Kirayə götürdüyü “Gelandewagen”i “Şaqman”a çırpdı - VİDEO
Bakının Heydər Əliyev prospektində gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Muxalifet.az Oxu.Az-a istinadən xəbər verir ki, "Gelandewagen”in sürücüsü, 1991-ci il təvəllüdlü Məmmədov Nicat Şamil oğlu sürət həddini aşaraq qarşıda gedən "Şaqman” yük maşınının çırpılıb.
Qəza nəticəsində "Gelandewagen” yolun əks istiqamətinə keçib.
Avtomobilin sürücüsü Məmmədov Nicat və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəz çatdırılıblar. Onların vəziyyəti qənaətbəxşdir.Muxalifet - 17-10-2018