Axtarış
The search found 105701 results in 0.074 seconds.
Search results
SON DƏQİQƏ: Paşinyan 2 saat sonra İSTEFA VERƏCƏK
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ermənistan vaxtı ilə sat 20:00-da istefa verəcək.
Bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Arman Yeqoyan deyib.
Növbədənkənar parlament seçkilərinə hazırlaşan Ermənistanda prosedur qaydalarına görə, əvvəlcə baş nazir istefa verməli, sonra parlament buraxılmalı və daha sonra yeni seçkilər keçirilməlidir./Publika/Muxalifet - 16-10-2018
Taxıl sahəsini qəsdən yandıran şəxs tutuldu
Sentyabrın 16-da Şəki şəhərinin Cumakənd kəndi ərazisində kənd sakinlərinə məxsus 50 hektar biçilmiş taxıl sahəsindəki küləş yanıb.
DİN-dən verilən xəbərə görə, yanğın söndürülüb, xəsarət alan olmayıb. Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sahənin yandırıldığı müəyyən edilib.
Görülmüş tədbirlərlə yanğını törətməkdə şübhəli bilinən Baş Layısqı kənd sakini İdris Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən məsuliyyətə cəlb olunub.Muxalifet - 16-10-2018
Son dəqiqə: Səudiyyənin İstanbuldakı baş konsulu ölkəsinə qayıtdı
CNN Türk-ün xəbərinə görə, Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulu, bu gün saat 17:00 radələrində təyyarəsi ilə ölkəsinə qayıdıb.
Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr, Səudiyyə baş konsul ilə bağlı Türkiyə tərəfindən alınmış bir qərar olmadığını bildirib. Baş konsulun Səudiyyə orqanlarla məsləhətləşmələr məqsədilə çağırılmış ola biləcəyi iddia edilir.Muxalifet3 - 16-10-2018
Prezidentdən sərəncam - Məmmədov başçı təyin edildi
Prezident İlham Əliyev Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Muxalifet.az xəbər verir ki, səncamda qeyd edilir ki, Qaya Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilsin.Muxalifet - 16-10-2018
Prezident bir qrup şəxsi təltif etdi - SİYAHI
Prezident İlham Əliyev Sumqayıt Dövlət Dram Teatrı əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:
Cəfərova Rüxsarə Əliağa qızı
Xanlarov Habil Tehran oğlu
Qurbanova Vəfa Əli qızı
Məmmədov Vidadi Mansur oğlu
Məmmədova Mayə Əliağa qızı
Mirzəyev Akif Əziz oğlu
Müzəffərov Arif Valeh oğlu.Muxalifet - 16-10-2018
Yaqub Eyyubovun oğlu Avropa Şurasından GERİ ÇAĞIRILDI - Prezidentdən SƏRƏNCAM
Prezident İlham Əliyev Fəxrəddin İsmayılovun Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Fəxrəddin Nəcəf oğlu İsmayılov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi təyin edilsin.
Dövlət başçısının digər sərəncamı ilə Emin Yaqub oğlu Eyyubov Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.
Xatırladaq ki, Emin Eyyubov baş nazirin müavini Yaqub Eyyubovun oğludur.
Muxalifet4 - 16-10-2018
Türkiyədən ABŞ-a XƏBƏRDARLIQ : Əvvəlki vəziyyətə qayıtmaq istəmirsinizsə TƏMİZLƏYİN
Menbiçdən terrorçuların təmizlənməsi kifayət deyil.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu danışıb.
“Terrorçuların təkcə Menbiçdən deyil, Fəratın şərqindən də təmizlənməsi lazımdır. ABŞ-ın öhdəliyi bu terrorçuları təmizləməkdir. ABŞ terrorçulara çox böyük dəstək verdi. Pompeo ilə ikitərəfli problemlər barədə danışacağıq. Menbiç barədə ABŞ-da hər hansı bir axsama hiss etsək, əvvəlki vəziyyətə qayıdarıq. Ya siz təmizləyin, ya da biz təmizləyərik”, - Çavuşoğlu bildirib.
Muxalifet3 - 16-10-2018
Xəzər Gəncəliyə “Əməkdar artist” fəxri adı verilib
Xəzər Novruz oğlu Gəncəliyə “Əməkdar artist” fəxri adı verilib.
Muxalifet.az-ın xəbərinə görə, müvafiq sərəncamı oktyabrın 16-da Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
X.Gəncəli Azərbaycanda teatr sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.
Muxalifet3 - 16-10-2018
Nazirlik açıqladı: Xırda uçqunlar və qopmalar baş verir
Badamdar sürüşmə zonasında monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqin nəticələrinə əsasən, sahədə nisbi stabil gərginlik qalmaqdadır:
"Divarı uçan hasarın içərisində olan tikilinin bünövrəsinin alt hissəsində torpaq qatı nəm haldadır, xırda uçqunlar və torpaq qopmaları baş verir".
Muxalifet3 - 16-10-2018
Ukraynada qırıcı yerə çırpıldı: Pilotun taleyi...
Ukraynanın Vinnisk əyalətində Su-27 qırıcısı qəzaya uğrayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qırıcının yerli vaxtla 17:00 radələrində Ulanov rayonunda, Berdiçev və Xmelnik yaşayış sahələri arasında yerə çırpıldığı bildirilib.
Pilotun taleyi barədə məlumat yoxdur.
Axtarış-xilasetmə tədbirlərinin keçirildiyi bildirilib.
Muxalifet3 - 16-10-2018
Şəhid ailələri ilə bağlı AÇIQLAMA
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli 1 nömrəli fərmanının icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təmin olunması məqsədilə sənədlərin qəbulu prosesi davam etdirilir.Muxalifet3 - 16-10-2018
DTX-nın Feysbuk, Tvitter səhifələri və Yutub kanalı açıldı
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəsmi Feysbuk, Tvitter səhifələri və Yutub kanalı fəaliyyətə başlayıb.
Muxalifet.az xəbər verir ki, bu barədə DTX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasında söz və məlumat azadlığının, o cümlədən dövlət qurumlarının fəaliyyətində şəffaflığın və aşkarlığın təmin olunması ölkəmizdə uğurla həyata keçirilən və dövlət-vətəndaş birliyinin daha da möhkəmlənməsinə xidmət edən siyasətin prioritet istiqamətlərindəndir:Muxalifet3 - 16-10-2018
AZAL İsrailə uçuşları artırır
"Azərbaycan Hava Yolları” QSC (AZAL) Tel-Əvivə olan reyslərinin sayını artırır.
AZAL-dan bildirilib ki, dekabrın 6-dan etibarən Bakı-Tel-Əviv istiqaməti üzrə əlavə J2-021/022 reyslərinin yerinə yetirilməsinə başlanılacaq. Beləliklə, uçuşlar çərşənbə, cümə axşamı və bazar günləri yerinə yetiriləcək.
Muxalifet3 - 16-10-2018
Məşhur futbolçu İngiltərə Liqasına qayıda bilər
Fransanın “Pari Sen-Jermen” (PSG) klubunun argentinalı yarımmüdafiəçisi Anxel Di Marianın karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcəyi gözlənilir.
Muxalifet.az xəbər verir ki, əvvəllər “Mançester Yunayted”in şərəfini qoruyan futbolçunun PSG ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Çox güman ki, klub argentinalı ilə müqaviləni uzatmayacaq. O, Premyer Liqaya öz arzusu ilə qayıtmaq istəyir. Otuz yaşlı futbolçunun agentləri hesab edirlər ki, İngiltərə klubları yarımmüdafiəçiyə həftədə 200 min funt sterlinq (227 min avro) məvacib ödəyə biləcəklər.Muxalifet3 - 16-10-2018
Azərbaycan parlamentində “erotika” söhbəti
Azərbaycanda zərərli informasiyaları dərsliklər yayır. Bunu saytlarda, qəzetlərdə yazılan məqalələr, ekspertlər deyir.
Muxalifet.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə deputat Aqil Abbas “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili dərsliklərdə şagirdlərin yaşına uyğun olmayan materialların yer aldığını deyib:Muxalifet3 - 16-10-2018
Paşinyan istefa verdi - Yeniləndi
Paşinyanın 20:00-da istefa verəcəyi bildirilib.
Bu barədə Arman Yeqoyan deyib.
Nikol Paşinyan özü də parlamentdə çıxışı zamanı istefa verdiyini açıqlayıb.
Muxalifet3 - 16-10-2018
ABŞ-dan ən ölümcül zərbə: 60 terrorçu məhv edildi
ABŞ qırıcıları Somalidə Əş-Şəbab terror qruplaşmalarının mövqelərini hədəf alıb.
Muxalifet.az xəbər verir ki, bombardmanın Mudu əyalətində Harardere birliyinin yaxınlığında baş tutduğu deyilib.
60 terrorçunun öldüyü hücum son illərin ən ölümcül zərbəsi adlandırılıb.
Rəsmi məlumata görə, əməliyyatda mülki şəxs ölümü qeydə alınmayıb.
Muxalifet3 - 16-10-2018
Tədqiqat zamanı uçqun baş verdi: AMEA əməkdaşları... - Foto
Badamdar-20-ci sahə şosesində sürüşmənin aktiv fazaya keçməsi uçqunların baş verməsi ilə müşayət olunur.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsindən məlumat verilib.
Mərkəzin əməkdaşları bu gün ərazidə tədqiqat aparan zaman evlərdən birinin hasarı uçub.
Qeyd edək ki, Mərkəzin əməkdaşları oktyabrın 12-dən başlayaraq ərazidə profillər üzrə bir neçə istiqamətdə tədqiqatlar aparırlar. İlkin nəticələrə görə, sürüşmə prosesi hələlik aktiv fazada qalır və yeni uçqunların baş vermə ehtimalı yüksəkdir.Muxalifet3 - 16-10-2018
Zakir Həsənovdan əmr: Adyunkturaya qəbul başladı
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə qüvvəyə minmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində elmi və elmi-pedaqoji kadrların hazırlanması haqqında Təlimat”ın tələblərinə uyğun olaraq, oktyabrın 16-da Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunkturasına qəbul prosesi həyata keçirilib.
Muxalifet3 - 16-10-2018
Rusiyadan Qaşıqçı açıqlaması: Ən qısa zamanda...
Türkiyə və Rusiyanın Camal Qaşıqçı olayı ilə bağlı atdığı addımlar məmnunedicidir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
“İstintaqın ən qısa zamanda başa çatması ilə bağlı edilən çağırışları dəstəkləyirəm. İstintaqın nəticəsinin beynəlxalq ictimaiyyətə təqdim edilməsini arzu edirik”, - deyə nazir bildirib.
Muxalifet3 - 16-10-2018